PDF Oxu

Araşdırma

  • 684

Məcburi köçkünlərə evlərin verilməsində heç bir neqativ hala yol verilə bilməz

Məcburi köçkünlərə evlərin verilməsində heç bir neqativ hala yol verilə bilməz

Son dövrlərdə bəzi kütləvi informasiya vasitələrində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədilə heç bir əsası olmayan, həqiqətə söykənməyən qərəzli yazılar dərc edilmişdir.

Bu yazı müəllifləri özlərinin təfəkkür tərzinə uyğun olaraq hətta bir az uzağa getməklə məcburi köçkünlər üçün salınan qəsəbələrdə evlərin məcburi köçkünlərə guya pulla satılması ilə bağlı şər -böhtan xarakterli fikirlər səsləndirməkdən də çəkinmirlər. Belə ki, onlar xüsusən Naftalandakı sanatoriya və pansionatlarda məskunlaşmış məcburi köçkünlər üçün bu yaxınlarda Goranboy rayonu ərazisində salınıb istifadəyə verilmiş qəsəbələrdə məskunlaşdırma ilə bağlı aparılan işlərdən "narahatlıqlarını" dilə gətirir, guya burada məcburi köçkünlərə evlərin verilməsində neqativ hallara yol verildiyini heç bir mənbəyə əsaslanmadan qabartmağa çalışırlar.

Əslində isə onlar unudurlar ki, həmin məhəlləyə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin siyahısı hələ bir neçə il bundan əvvəl məskunlaşma və işğal rayonlarının icra hakimiyyətlərinin məsul işçilərinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya üzvlərinin birlikdə iştirakı ilə araşdırılaraq dəqiqləşdirilmiş, buraya köçürüləcək məcburi köçkünlərin adlı siyahıları, ailə tərkibləri müəyyənləşdirilmişdir.

Yeni qəsəbədə salınan binaların və mənzillərin sayı da məhz ailələrin və onların üzvlərinin say tərkibinə müvafiq inşa edilmişdir. Lakin yeni mənzillərə köçürülmədə "problemlərlə üzləşən" məcburi köçkünlərin "qayğıkeşinə" çevrilməyə çalışan bu cür yazı müəllifləri nədənsə həqiqətə yox, müxtəlif vaxtlardakı siyahıyalma proseslərində orada yaşamadıqlarından mənzil almaq üçün növbəyə düşməyən, indisə nə yolla olur olsun mənzil almaq üçün dəridən- qabıqdan çıxan məcburi köçkünlərin şər-böhtan xarakterli fikirlərini əsas gətirərək özləri də nə dediklərini başa düşmədən reallıqdan uzaqlaşırlar. Onlar bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər gündəlik nəzarətdə olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilə bilməz. Ona görə də bu cür yazı müəllifləri şər-böhtana yox, yalnız reallığa əsaslanmalıdırlar.

Digər xəbərlər