PDF Oxu

Araşdırma

  • 1 038

Fransanı “Eurovision-2012”-də təmsil edəcək müğənninin etirafı

Fransanı “Eurovision-2012”-də təmsil edəcək müğənninin etirafı

"Eurovision-2012" mahnı müsabiqəsində Fransanı təmsil edəcək müğənni Anqqun Bakıya qarşıdakı səfəri ilə bağlı həyəcanlıdır. "Mən Bakıya səfərimlə bağlı həyəcan keçirirəm. Çünki Azərbaycan bir çox - Avropa, Asiya və Orta Şərq mədəniyyətlərinin kəsişdiyi ölkədir", - müğənni Trend-ə müsahibəsində deyib. Onun sözlərinə görə, o heç vaxt Bakıda olmayıb. "Bax, buna görə də mən həyəcanlanıram. Mən CNN-in Azərbaycanın sürətli inkişafı və regionun mühüm iqtisadi platformasına çevrilən ölkə olması haqqında reportajını izləmişəm. Həmin materiala baxaraq "Eurovision"un keçirilməsi üçün yeni kompleksin tikintisinin necə sürətlə getdiyindən təsirləndim. Bakıda çoxlu dostlar qazanacağıma ümid edirəm", - Anqqun deyib. Onun sözlərinə görə, ötənilki müsabiqənin qalibləri El və Nikki sadəcə fantastik idilər. "Onların mahnıları asan yadda qalan idi və Azərbaycan duetinin çıxışı riqqət doğururdu. Onlar ayrı-ayrılıqda birinci yerə layiq idilər. Ümid edirəm ki, onlarla görüşə biləcəyəm", - müğənni deyib. Onun sözlərinə görə, "Eurovision" bütün Avropadan olan çoxlu insanın görüşməsi üçün səbəbdir və maraqlı artistlərlə tanış olmaq, bir çox ölkələrin gözəl musiqisini dinləmək və ən başlıcası mahnı və musiqini Azərbaycan tamaşaçıları və bütün dünyanın 200 milyonluq televiziya tamaşaçısı ilə bölüşmək üçün əfsanəvi imkandır.

Digər xəbərlər