PDF Oxu

Araşdırma

  • 1 146

İran beynəlxalq təhlükəsizliyə qarşı

İran beynəlxalq təhlükəsizliyə qarşı

Bu günlərdə bir daha bəlli oldu ki, İran öncələr də Azərbaycana qarşı qərəz siyasəti yürütməklə bölgədə gərginlik yaratmağa cəhdlər göstərib. Belə ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ölkəmizdə İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və "Hizbullah"ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirib.

Məlumata görə, dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb. Dəstə üzvləri "Sepah"ın təlimatı ilə kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar. "Sepah"ın əməkdaşı Həmid adlı şəxslə "Hizbullah" terror təşkilatının "Müqavimət" hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb. Xatırladaq ki, bir neçə gün ərzində Azərbaycanda bir qrup şəxs saxlanılmışdı. Onların əksəriyyəti İranın Bakıdakı emissarları olublar. Həbs edilənlər ölkədə silahlı birləşmə yaratma, qanunsuz silah saxlama, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirdilər.


Güclü Azərbaycan MTN-ni mollaların plnlarını puç edib


İran tərəfi isə Tehran casuslarının həbsinə sərt reaksiya vermişdi. Bakıdakı İran səfirliyi və İran Xarici İşlər Nazirliyi bəyanat verərək, həbslərin qanunsuz olaraq aparıldığını bildirmişdilər. Amma İran tərəfi bəyanatlarla kifayətlənmir. Verilən qeyri-rəsmi məlumatlara görə, fevralın 21-də səhər saatlarında İran İslam Respublikasının hərbi vertolyotu Azərbaycan sərhədini pozub. Onu da qeyd edək ki, İranın Azərbaycan hava sərhədlərini pozması ilə bağlı ilk hadisə deyil. Hələ 2001-ci ildə İranın hərbi gəmiləri Xəzərin Azərbaycan sektorundakı neft yatağında işləyən tədqiqat gəmisinə həmlə etmiş, bir müddət sonra İran qırıcıları Xəzər dənizi üzərindən sərhədlərimizi pozaraq Bakının yaxınlığına qədər uçmuşdu. Bəlli məsələdir ki, molla rejiminin bu cür ağılsız hərəkətləri İrana beynəlxalq təzyiqlərin güclənməsi ilə bağlıdır. Superdövlətlər tərəfindən iqtisadi sanksiyalara, neft embarqosuna məruz qalmış İran Qərblə əməkdaşlıq edən qonşu dövlətlərə aqressiv davranır.

Molla hakimiyyəti yaranmış qarışıqlıqdan maksimum yararlanaraq, xüsusilə, Azərbaycan Respublikasına təzyiqlərini artırıb. İran bu il "Eurovision"a ev sahibliyi edəcək Azərbaycanın Qərb dəyələrinə inteqrasiya olunmasına imkan vermək istəmir. İran mollaları bir də ona qəzəblidir ki, Azərbaycan dünyəvi inkişaf yolu keçir. Azərbaycan təhlükəsizlik qüvvələrinin son günlər apardığı uğurlu antiterror əməliyyatları molla hakimiyyətini qıcıqlandırıb. Planları pozulunca molla rejimi daha da azğınlaşır. Çünki güclü Azərbaycan MTN-ni İranın planlarını puç edib.


Q.ZƏNGİBASARLI

Digər xəbərlər