PDF Oxu

Araşdırma

  • 1 305

NİYƏ “ƏRƏB BAHARI” ERMƏNİSTANA “GETMİR”?

NİYƏ “ƏRƏB BAHARI” ERMƏNİSTANA “GETMİR”?

Vərəqləyirəm, o kağız parçasını, vərəqlədikcə, baxıram, oradakı hərf yığınına baxdıqca, görürəm, oradakı siya(sət)purlaşmış varlıqların şəkillərini görə bildikcə, amma vallah da, billah da, heç nə anlamıram. Lap rəhmətlik Məşədi İbad demişkən, mən bu "Tarixi-Nadiri" yarıya qədər oxumuşam, amma belə şey görməmişəm. Görməmişəm ki, hansısa müharibə şəraitində olan bir ölkənin bir qəzeti düşmən ölkəsinin "propoqandasını", yəni təbliğatını aparsın! Hələ bu azmış kimi, öz ölkəsinin əleyhinə də təbliğat apararaq desin ki, lap açığını deyim, ay erməni, "ərəb baharı" Azərbaycana gəlir ey, kef elə, Qarabağ bundan bir neçə il sonra da sənin olacaq (?!)


SARIQULAQ BRUNONUN

QARAQULAQ "AZADLIĞ"A EŞQİ


Bu rəzaləti, bu şərəfsizliyi isə AXCP (i) sədri Əli Kərimlinin bilavasitə nəzarət etdiyi "Azadlıq" adlı kağız parçası yazır. Hələ, üstəlik, öz yazdığına "haqq qazandırmaqdan" ötrü onlara pul xərcləyərək ağalıq edən, bu kimi murdar yazıları silsilə sifarişlər şəklində gündəmdə saxlamağı tapşıran xarici ağalarının dediklərini də manşetlərinə çıxarır. Bu arada Belçikanın Gent Universitetinin "siyasi eksperti" Bruno de Kordyenin müsahibəsini verən "Azadlıq" həmin bu sarıqulağın bilavasitə dövlətçiliyimizə qarşı yönəlmiş ifadələrini "böyük fəxr hissi" ilə "peçatlayır". Və düşünürəm ki, "Azadlıq" adlı kağız parçasını oxuyanlar çox azdır, ona görə də həmin bu belçikalı sarıqulaq Bruno de Kordyenin sərsəm "ideyalarının" müxalifət qaraqulaqları tərəfindən yazılan bir neçə ifadəsini hörmətli oxucularımıza təqdim edirəm: "Ərəb baharı" Azərbaycana gəlir", "Bu, o zaman baş verəcək ki, insanların qəzəb və həqarət hissi qorxuya üstün gələcək", "Azərbaycanın Misir və Tunisə oxşarlığı var" və s.


YALINIZ ƏKSİK OLMASIN!


Lakin məsələyə yalnız sözügedən kontekst prizmasında münasibət bildirmək istəməyərək, keçirəm bu biri məsələyə. Yəni istər-istəməz, bayaq qeyd olunan xarici "siyasi ekspert"in fikirlərini oxuyaraq, ona ünvanlanmış suallara və soruşuram ondan ki, ayə, ay Bruno, kimsə sənə özünə lazım olan qızışdırıcı sualları verərkən, düşünmürsənmi ki, mənsub olmadığın xalqın, millətin və dövlətin daxilində qaragüruhçuluq etmək sənə baha başa otura bilər?! Nəyə görə sən demirsən ki, "ərəb baharı" Ermənistana doğru gedir?! Ona görə ki, sən Ermənistandan fərqli olaraq, Azərbaycana həmin ölkə kimi baxmırsan, ona görə ki, sən Ermənistanın siyasətini "Azadlıq" adlı kağız parçaları vasitəsilə Azərbaycanda təbliğ edirsən, ona görə ki, sən bu kimi vasitələrdən istifadə edərək, radikal müxalifətə daha yüksək yerlərin mesajlarını çatdırırsan, özü də müsahibə yolu ilə və ona görə ki, sən...

Amma təəssüflər olsun ki, "Azadlıq" adında kağız parçasının içindən bir dənə də olsun "qeyrətlisi"çıxmadı ki, həmin bu sarıqulağın cavabını yerindəcə versin və ən azından ümummilli problem olan Dağlıq Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında reallıqlar barədə düşündüklərini öyrənsin. Sonra da sual etsin ki, "ərəb baharı" niyə Ermənistana "getmir"? (halbuki getmək üzrədir-R.) Ona görə yox ki, orada qeyrətli fərd yoxdur (zatən şaşırdım-R.) , ona görə ki, orada hürən itlərə səs verərək, zing-zing zingildəyən küçüklər çoxdur ki, onların yal vaxtları gələndə Bruno kimi sarıqulaqlar verdikləri bu kimi müsahibələri ilə onların yallarını doldururlar. Yalları əksik olmasın.


RÖVŞƏN

Digər xəbərlər