PDF Oxu

Araşdırma

  • 893

“Amnestiya İnternational”ın  “Eurovision-2012”-ni boykot etmək çağırışı yalan çıxdı

“Amnestiya İnternational”ın “Eurovision-2012”-ni boykot etmək çağırışı yalan çıxdı

Bakıda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinin vaxtı yaxınlaşdıqca, bəzi daxili və xarici dairələr tərəfindən bu əhəmiyyətli mədəniyyət hadisəsinə siyasi don geyindirmək cəhdləri daha da artmaqdadır. Bu müstəvidə radikal müxalifətin canfəşanlığı xüsusilə özünü büruzə verir. Daha dəqiq desək, heç də erməni mətbuatından geri qalmayan, hətta çox hallarda erməni mətbuatından da qərəzli anti-Azərbaycan xarakterli siyasət yürüdən, dezinformasiyalar yayan radikal müxalifətin "Azadlıq", "Yeni Müsavat" kimi qəzetləri bir sıra rüşvətxor xarici dairələrin sifarişlərini canla-başla yerinə yetirərək şəxsi mənafeləri, siyasi dividendləri barədə düşünürlər.

Beləliklə, bir daha bəlli olur ki, burada həm daxili, həm də xarici anti-Azərbaycan meyilli qüvvələrə xaricdə fəaliyyət göstərən güclü erməni lobbisi də maliyyə dəstəyi göstərir. Bu günlər də "Yeni Müsavat" qəzeti yenidən "Eurovision" Mahnı Müsabiqəsi ilə bağlı dezinformasiya xarakterli məlumat yayaraq "Amnestiya İnternational" təşkilatının adından qeyd etmişdir ki, guya təşkilat "Eurovision" Mahnı Müsabiqəsini boykot etməyə çağırış edib. Amma bu məlumatın da " Yeni Müsavat" qəzetinin digər məlumatları kimi yalan olduğu üzə çıxıb. Çünki "Amnestiya İnternational" beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalhuysen təşkilatın belə bir çağırışla çıxış etmədiyini bəyan edib. Təşkilatın sözçüsü "Yeni Müsavat" qəzetinə təkzib məktubu da ünvanlayıb. "Amnestiya İnternational"ın yaydığı məlumatda isə deyilir: " Təşkilat inanır ki, "Eurovision" Mahnı Müsabiqəsi xaricdən gələn qonaqlara Azərbaycanı tanımağa imkanlar yaradacaq".


"The Guardian"

London hadisələrini

unutmamalıdır!


"Azadlıq" qəzeti isterikaya qapılaraq, "böyük fəxr hissi" ilə "The Guardian" qəzeti tərəfindən süni şəkildə düzülüb-qoşulmuş qondarma "boykot" çağırışından ağızdolusu yazır. Bu səbəbdən də "The Guardian"ın bu kimi çağırışlarından "feyziyab" olan "Azadlığ"ın nədənsə, London hadisələri yadından çıxır. Yəni qəzetin "siyasət şöbəsi" ( xatırladaq ki, "siyasət şöbəsi" bilavasitə AXCP (i) sədri Ə.Kərimovun gizli imzasıdır) unudur ki, məhz demokratiyanın beşiklərindən biri kimi hesab olunan Böyük Britaniyada bu günə qədər həbsdə olan bloggerlər mövcuddur və onların azadlığa çıxmaması üçün İngiltərə hökuməti əlindən gələni edir. Digər tərəfdən, məlum London iğtişaşları zamanı "The Guardian" qəzeti bir dəfə də olsun həbsə atılmış ingilis gənclərin azadlığa çıxmaları üçün səy göstərməyib. Və təbii ki, burada sual yaranır: Azərbaycanda baş verən hər hansı bir məişət hadisəsini böyüdərək, şişirdərək siyasiləşdirməyə cəhd göstərən "The Guardian"ın məqsədi nədir? Kimlərin sifarişlərini həyata keçirir və neçəyə satılıb? Bu sualın cavabını almaqdan ötrü isə, hər halda, "Azadlıq" qəzetinin "siyasət şöbəsinə", yəni AXCP (i) sədri Ə.Kərimova müraciət etmək lazımdır. Çünki onlar da bu kimi satılmışların içində "peşka" rolu oynamaqdadırlar.

Qəzet, eyni zamanda, olmayan hadisələri öz səhifəsinə çıxarmaqla, guya Avropa ölkələrindən olan bir neçə dövlətin "Eurovision"da iştirak etməməsi, "boykotları" barədə uydurmalara qapılır. Bu isə, onu deməyə əsas verir ki, burada bütün məqamlarda yalan və böhtanlar çirkabında bulaşan "The Guardian" kimi mətbu orqanları yalnız öz nüfuzlarını alçaltmaqla məşğuldurlar. Belə təəssüfedici hallar isə onların xeyirinə deyil, yalnız ziyanlarına işləyən amillərdəndir.


R.RƏSULOV

Digər xəbərlər