Ermənistan əhalisi aclıq və səfalətdən qurtulmaq üçün kütləvi şəkildə ölkəni tərk edir. Ermənistanın keçmiş baş naziri Tiqran Baqratyanın ardınca Xalq partiyasının sədri Tiqran Karapetyan da ölkədə qorxu höküm sürdüyünü və əmək qabiliyyətli əhalinin yaşamaq ümidi ilə ölkədən qaçdıqlarını söyləyiblər. Millət vəkili Fəzail İbrahimli bizimlə söhbətində Ermənistanda əhalinin kütləvi şəkildə ölkəni tərk edərək getməsinin, orada olan real mənzərəni əks etdirdiyini bildirdi.
F.İbrahimlinin sözlərinə görə, işğalçı Ermənistanda baş verən hadisələr həmin ölkədə ictimai-siyasi durumu əks etdirir. Ermənistanın Dağlıq Qarabağ problemində götürdüyü strateji xəttin uğursuzluğunun diqqəti cəlb etdiyini qeyd etdi. göstərir. Bu da Qarabağ kartı üzərində hakimiyyətə gələn şəxslərin hakimiyyətinin sonunun yaxınlaşdığından xəbər verir. Ermənistanda əhalinin kütləvi şəkildə ölkəni tərk edərək getməsi, orada olan real mənzərəni əks etdirir. Yəni, Ermənistanın keçmiş baş naziri Tiqran Baqratyanın ardınca Xalq partiyasının sədri Tiqran Karapetyan da ölkənin hər yerində qorxunun hökm sürdüyünü bildirir. Əmək qabiliyyətli ermənilərin ölkəni kütləvi şəkildə tərk etməsi nəticəsində Ermənistanda yaşlı əhalinin sayı xeyli artıb fikirlərinin söyləmələri öz ölkələri haqqında gerçəklikləri etiraf etməsi deməkdir. Güman edirəm ki, Ermənistan hakimiyyəti işğalçı ölkədə baş verən hadisələrdən kifayət qədər ciddi nəticələr çıxartaraq, hakimiyyətin sonunun yaxınlaşdığını başa düşməlidir. Millət vəkili bildirdi ki, işğalçı ölkədə təzahür edən hadisələr Ermənistanın tamamilə çökməsinə səbəb olub. Əgər sözügedən ölkənin əhalisi kütləvi şəkildə ölkəni tərk edirsə, iqtisadi durumu zəifdirsə, beynəlxalq projelərdən kənarda qalıbsa və hansısa xarici ölkənin əlinə yazıq bir şəkildə baxırsa, bu, Ermənistanın tamamilə çökməyinin ifadəsidir. Birmənalı şəkildə demək olar ki, hər zaman işğalçı Ermənistan xarici ölkələr tərəfindən maliyyələşdirilir. Çünki sözügedən ölkənin heç bir siyasi gücü yoxdur ki, özü öz gücü ilə ölkəsini hərtərəfli inkişaf etdirsin.
GÜLYANƏ