PDF Oxu

Araşdırma

  • 721

İran Ermənistanla gizli hərbi yardımlaşmalar aparır

İran Ermənistanla gizli hərbi yardımlaşmalar aparır
Bu gün İranın Ermənistanla siyasi, hərbi, iqtisadi və sosial sahədə sıx əməkdaşlıq etməsi artıq davamlı xarakter almaqla yanaşı, hər iki ölkənin, əslində, hansı məqsədə xidmət etmələrini də təsdiq edir. Belə ki, Ermənistanın müsəlman Azərbaycanına qarşı yürütdüyü işğalçılıq, terrorçuluq siyasəti fonunda özünü "islam mühafizəçisi" kimi təqdim etməsi, nəinki ölkəmizdə, eləcə də, başqa dövlətlərdə də hiddətlə qarşılanır. Bu baxımdan, İranın həqiqətən də, "müsəlmanların əsas hamisi" olması məsələsi, haqlı olaraq, dünyanın islam ölkələrində əsas dəyər kimi qiymətləndirilmir. İran isə, öz növbəsində, bu kimi siyasətini yenidən nəzərdən keçirmək yerinə, təhdid dili ilə danışır, bununla da özünü daha çətin vəziyyətə doğru sürükləyir.

İran rəsmiləri "Ararat"
cəmiyyətinə yalnız milliyətcə erməni olan şəxslərin və
Ermənistan vətəndaşlarının girişini mümkün edib

Qeyd edək ki, hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu ölkələr arasında 15-dən çox qarşılıqlı səfərlər olmuşdur. Həmin səfərlər çərçivəsində döyüş silahı və hərbi sursatların istehsalı üçün birgə müəssisələrin yaradılması, Ermənistandan İrana pərdələnmiş şəkildə hərbi xarakterli yüklərin daşınması üzrə 20-dən çox gizli əməkdaşlıq sazişləri imzalanmışdır. Bu sazişlərin əsas məqsədlərindən biri də İranın beynəlxalq sanksiyaların təsirindən maksimum yayınmasına köməklik göstərmək olmuşdur. Belə ki, Ermənistan tərəfi İranın hərbi-sənaye kompleksinin inkişafı üçün tələb olunan bəzi materialları müxtəlif ad altında (kitab, müxtəlif mədəniyyət nümunələri və s.) Tehran şəhərindəki ermənilərə məxsus və qapalı fəaliyyət göstərən "Ararat" idman cəmiyyətinə gətirir, İranın müvafiq orqanları isə sonradan həmin avadanlıqları lazımi ünvanlara çatdırırlar. Digər məlumatlara görə, İran rəsmiləri "Məntəqə 3", "Vənək" meydanında yerləşən "Ararat" cəmiyyətinə yalnız milliyyətcə erməni olan şəxslərin və Ermənistan vətəndaşlarının girişini mümkün edib.
Təbriz, Şiraz və İsfahan şəhərlərində də ermənilərin buna bənzər qapalı cəmiyyətləri mövcuddur ki, İran tərəfinin eyni məqsədlə sözügedən cəmiyyətlərin da imkanlarından istifadə etməsi barədə bilgilər daxil olmaqdadır. Əgər belə olmasaydı, Ermənistandan gələn yük maşınları Təbriz şəhərinin Baş Gömrük İdarəsinin yeraltı anbarlarında gizli şəkildə boşaldılmaz (hətta yüklərin avtomaşınlardan sürücülərin iştirakı olmadan boşaldıldığı və yüklənildiyi bildirilir), "Nurduz-Mehri" körpüsündən keçərkən, xüsusi yoxlamaya məruz qalmadan və İran ərazisində heç bir maneəyə tuş gəlmədən "təyinat nöqtəsinə" rahatlıqla çatmazdı.

Rəsmi Tehran beynəlxalq aləmdən təcrid
olunmamaqdan ötrü
Ermənistanla planlaşdırılmış layihələrin xərclərini
üzərinə götürüb

Ermənistan-İran münasibətlərində enerji istiqaməti daha sürətlə inkişaf etmişdir. Diqqəti çəkən məqamlardan biri də rəsmi Tehranı beynəlxalq aləmdən təcrid olunmaqdan qorumağa çalışması ilə əlaqədar İranın Ermənistanla planlaşdırılmış əksər layihələrin xərclərini öz üzərinə götürməsidir. Belə ki, İran tərəfi təkcə enerji sahəsində imzalanan müqavilələrdən olan və 20 il ərzində Ermənistana 36 milyard kubmetrə qədər qaz ixracını nəzərdə tutan layihənin reallaşması üçün tələb olunan 250 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitini ödəməyi öz üzərinə götürmüşdür. Bundan əlavə, Ermənistandakı 9200 kilometrlik qaz kəməri xəttinin 60%-nin yararsız olması səbəbindən İran tərəfi bu şəbəkəni bərpa etməyi öhdəsinə götürmüşdür. Ermənistanın Mehri rayonunda tikilməsi nəzərdə tutulmuş və dəyəri 2 milyard ABŞ dolları olan "Nairiti" neft emalı zavodunun tikintisi İran tərəfindən maliyyələşdiriləcəkdir. İl ərzində 7,5 milyon ton neft emal edəcək sözügedən zavod üçün xammal islam respublikasından gətiriləcəkdir.
Bu kontekstdə Culfa Azad Ticarət Zonası və Culfa bazarının rolunu xüsusilə qeyd etmək lazımdır. Belə ki, son zamanlar həmin bölgəyə xeyli sayda erməni şirkətləri gəlir ki, İran hökuməti də sanksiyalardan yayınaraq, istədiyi malı bu bazar vasitəsilə əldə edə bilir. Yəni bu kanalla Ermənistandan müxtəlif adlar altında qonşu İrana ikili təyinatlı məhsullar gətirilir.

Ermənistanın nüvə alimləri iranlı həmkarlarına yaxından kömək göstərirlər

İİR-lə Ermənistan dəmiryol xətlərini birləşdirəcək Mərənd-Culfa-Mehri layihəsi də İran üçün bu baxımından həyati əhəmiyyət daşıyır. Texniki göstəricilərinə bir o qədər də əhəmiyyət verilməyən sözügedən nəqliyyat kanalının qısa bir zaman kəsiyində işə salınmasına cəhd göstərilməsi, əslində, İİR-in beynəlxalq aləmdən təcrid olunmasının qarşısını almağa yönəlmiş istəkdən başqa bir şey deyildir. Beynəlxalq sanksiyalardan yayınmaqla nüvə proqramının inkişafı ilə bağlı öz fəaliyyətini davam etdirmək istiqamətində də İran tərəfi ermənilərin yardımından faydalanmaqdadır. Belə ki, Ermənistanın nüvə alimləri iranlı həmkarlarına yaxından kömək göstərirlər. Son məlumatlara görə, "Metsamor" AES-dən işdən çıxmış erməni nüvə alimləri yenidən İrana üz tutmuşlar. İran Ermənistan istehsalı olan yarımkeçiriciləri idxal etməklə, təkrar emal sayəsində onlardan nüvə proqramının inkişafında geniş istifadə edir.

QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər