PDF Oxu

Araşdırma

  • 746

İranın anti-Azərbaycan fəaliyyəti

İranın anti-Azərbaycan fəaliyyəti
Dünən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu İran-Azərbaycan münasibətləri ilə bağlı keçirdiyi mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirdi: "İranın Azərbaycan Respublikasının inkişafına, ölkədə uğurlu idarəçiliyi əleyhinə yönəlmiş sərsəmləmələri hələ də davam edir. Çünki son tədbirlərində ortalığa yeni arqumentlər, əsaslandırmalar qoya bilmirlər və cılız, öz intellektual səviyyələrinə uyğun tezisciklər düzəldirlər".
Politoloq bildirdi ki, İranın intellektual səviyyəsi aşağı olan din xadimləri Azərbaycanla bağlı apardıqları siyasətin iflasa uğradığını başa düşüblər: "Həm də onların beyninin böyük hissəsini freydizm məşğul edib. Ən azı, Bəhreynlə müqayisədə bunu rahat görmək olar. Azərbaycan Respublikasının daxilində bir adam İranın sözü ilə ciddi etiraza qoşulmayıb, əksinə, ciddi mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycan Respublikasındakı İranla ciddi əməkdaşlıqda olan müəyyən qruplar bu mövzuda İran tərəfi ilə əməkdaşlıq etməyəcəklərini bildiriblər. Mövqelərini iki arqumentlə əsaslandırıblar: əvvəla, Azərbaycanda gey-parad keçirilə bilməz. Azərbaycanın, hətta ən kosmopolit təbəqəsi üçün bu ideya yaddır; ikincisi, "Eurovision" Mahnı Müsabiqəsi Azərbaycanın dünyada mövqeyini möhkəmləndirə bilən tədbirdir. "Eurovision" müsabiqəsi tipli tədbirlərin imicə təsir etməsi İranın yox, aparıcı dövlətlərin müəyyənləşdirdiyi metoddur. Bəhreyndə imic xarakterli tədbir olan "Formula-1" yarışının keçirilməsinə qarşı çıxış edən İran günü-gündən etirazçıların sayını artıra və Avropadan və digər dövlətlərdən onlara dəstəkçi yarada bilirdisə, Azərbaycanda İran öz tərəfdarlarını itirməyə başlayıb. İranın dini liderləri içərisində Azərbaycan Respublikasına qarşı aktiv mübarizəsi ilə seçilənlərdən biri Ərdəbilin imamcüməsidir. "Eurovision" Mahnı Müsabiqəsinin başlanması ərəfəsində bu tədbirə qarşı ən böyük tədbiri də Ərdəbilin imamcüməsi S.H.Amili təşkil etdi. O, dünyanın 40-dan çox ölkəsinin alimlərini yığıb Azərbaycan Respublikası üçün əsil "əmr be-məruf" və "nəhy əz-munkər" vaxtının çatdığını elan etdi. Əlbəttə, ağlı onu kəsir, onu da danışır. Beyninin imkanları bir az yüksək olsaydı, yəqin belə işlərlə heç məşğul olmazdı".
M.Əhmədoğlu onu da bildirdi ki, İranın dini elitasının ümidverici gənc mollası, Ərdəbilin imamcüməsi Amili tərəfindən Azərbaycana qarşı "Eurovision" müsabiqəsi ilə bağlı yeni arqument ortalığa qoyuldu: "Guya İsrail Azərbaycanda "Eurovision" müsabiqəsi keçirməklə, İranın böyründə mədəniyyətlə bağlı təxribat ocağı yaradır və məqsəd İranın mədəniyyətinə, əhalisinin davranışına təsir etməkdir. Bu gün İran etdiyi kəşflər, yaratdığı silahlar, nüvə texnologiyaları haqqında nağılları özləri üçün saxlasın. Son yarımildə İranda əhalinin sosial-iqtisadi vəziyyətinə baxsınlar. Təbliğatda nə deyirlər o da mollalar üçün, amma real vəziyyəti özü üçün təhlil etsinlər. Millətin yarısını qıra bilməyəcəklər. Nəinki müasir dövrdə, ümumilikdə, bəşər tarixində hakimiyyətdən ən rüsvayçı şəkildə qovulanlar İranın indiki mollaları olacaqlar. Qərbin Azərbaycanın mədəniyyətinə təcavüz edə bilməsi mümkün deyil. Çünki Şərq mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan mədəniyyəti, eyni zamanda, Qərb mədəniyyətinin də tərkib hissəsidir. Müasir Azərbaycana təkcə neft və qaz ixracatçısı kimi baxmaq səhvdir. İranın mollalarına bildirək ki, Azərbaycan Respublikası həm də mədəniyyət ixracatçısıdır. Yeri gəlmişkən, biz regionun da ən böyük informasiya ixracatçısıyıq. Azərbaycan mədəniyyətinin Qərb mədəniyyəti ilə ilk ciddi təması 101 il bundan qabaq Şövkət Məmmədovanın Milana getməsilə başlayıb. Azərbaycanın məşhur varlısı, xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev azərbaycanlı xanım Şövkət Məmmədovanı İtaliyanın Milan şəhərinə opera sənətini öyrənməyə göndərdi. Əlbəttə bundan əvvəl də, bundan sonra da Azərbaycanın Avropa mədəniyyəti ilə güclü təmasları olub. Amma bu gün Azərbaycan mədəniyyəti ilə Qərb mədəniyyəti arasındakı mübarizədən danışa bilərik. Azərbaycanın güclü inkişaf etmiş mədəniyyəti Avropa mədəniyyətinin qabağında yetim uşaq vəziyyətində deyil. Müsəlman dünyasında ilk teatr, opera, yeni muğam üslubu-bunlar hamısı Azərbaycan mədəniyyətinin nailiyyətlərinin cüzi bir qismidir. Alim Qasımov dünya xalq musiqiçiləri içərisində birincidir. Dünyanın ən aparıcı orkestrləri və musiqiçiləri adının Alim Qasımovun adı ilə yanaşı çəkilməsinə çalışırlar".

"İranın mollalarının son iyirmi ildə ən ciddi uğuru freydizmin inkişafındadır"

M.Əhmədoğlu İran mollalarının son iyirmi ildə ən ciddi uğurunun freydizmin inkişafında olduğunu bildirdi: "Bu sahədə İranda əməlli-başlı bünövrə var imiş. Ermənistanla eyni mədəniyyətin daşıyıcısı olan İranın müəyyən qrupu da Azərbaycan mədəniyyətindən, bu mədəniyyət vasitəsilə xarici təsirlərdən qorxmamalıdır. Azərbaycanın mədəniyyəti erməni mədəniyyəti deyil,İrana yalnız müsbət təsir edə bilər. Azərbaycan təmsilçisinin bu il də "Eurovision" müsabiqəsinin qalibi olmaq şansı çox realdır. Bu halda, İran mollalarına xeyli miqdarda təcili yardım maşınları, bəlkə də reanimobil lazım olacaq".

Aytən Səmədova

Digər xəbərlər