Ermənistanda faşist şüarları səsləndirilən etiraz aksiyası keçirilib. Erməni mətbuatının verdiyi məlumata görə, aksiyaçılar Dünya mədəni müxtəliflik günləri çərçivəsində keçirilən "Müxtəliflik nümayişləri" adlı tədbirinə etiraz ediblər. Nümayişçilər bu təbdirin "gey-parad" olduğunu iddia edilər. Etiraz aksiyasında müxtəlif ictimai təşkilatlar, vətəndaş, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Onlar faşist şüarları, hədələyici, təhqiredici şüarlar, xüsusilə də "Zieg heil" kimi sözlər səsləndiriblər, hətta fiziki güc tətbiq etməkdən çəkinməyiblər.