PDF Oxu

Araşdırma

  • 1 163

Dağıdıcılar Qərbdə real müxalifət kimi qəbul edilmirlər

Dağıdıcılar Qərbdə real müxalifət kimi qəbul edilmirlər

Cənubi Qafqaz ölkələrinə səfər edən ABŞ dövlət katibinin müavini Hillari Klinton Azərbaycana səfəri zamanı müxalifətlə görüşməməsi gündəmin əsas və maraqlı mövzularından biri kimi diqqət mərkəzindədir. Bu gün özünü "aparıcı müxalifətçilərin birliyi" kimi cəmiyyətə sırıyan "İctimai Palata"da ölü sükut, pəjmürdəlik və pərtlik hökm sürür. Xanım Klintonun müxalifət adına oturuşmuş və institutlaşmış müxalifətlə görüşməməsindən ən çox üzülən "İctimai Palata"nı inhisarlarında saxlaya "liderlərdir". Onların daha öncədən müxtəlif proqnozlarla çıxışları, Klintonun onların hər biri ilə ayrı-ayrılıqda görüşəcəyini iddia etmələri bir daha göstərdi ki, onların yanaşmaları kökündən yanlış idi.


Bir zamanlar Corc Buşun şəkillərini başları üzərinə qaldıranlar indi də xanım Klintondan gözlədiklərini ala bilmədilər


Onu da xatırlatmaq mümkündür ki, ümumiyyətlə, aqressiv və dağıdıcılıq tərzini özlərinə xətt kimi götürmüş "liderlər" hər dəfə ABŞ və Qərb siyasilərinin Azərbaycana səfərləri öncəsi pafoslu çıxışlar ediblər. Hələ 2005-ci ilin mitinqlərində müxalifət o zamankı ABŞ prezidenti Coprc Buşun şəkillərini öz başları üzərinə qaldırırdılar. Ancaq onların həmin xəyalları da gerçəkləşməmiş qalmışdı.

Bu baxımdan, "İctimai Palata" rəhbərləri bütövlükdə yanlış taktika yürütməklə özlərini daha çətin vəziyyətə qoyurlar. Tunisdə başlanan ərəb inqilablarının Azərbaycana gələcəyini zənn edən dağıdıcı müxalifətin həmin xülyaları dalana dirəndi.

Bir zamanlar Gürcüstan, Ukrayna və Qırğızıstanda inqilablar baş verəndə də ümidlər yaranmışdı. O zaman da deyilirdi ki, proseslər Azərbaycana keçəcək. Amma Gürcüstandakı "qızılgül" inqilabının üstündən 9 il keçib. O proses nəinki Azərbaycana, heç Ermənistana keçmədi. Qırğız inqilabı da müxalifətdə ümidlər yaratdı. Bu hadisələrin də ölkəmizə təsiri olmadı. Müxalifət bir də ərəb inqilabları dalğası zamanı ayıldı. Ümidlər yarandı, inqilabi çağırışlar edildi. "İP" rəhbərləri açıq-aşkar inqilaba çağırışlar edir, xalqı meydanlara səsləyirdi.


Dağıdıcı müxalifət özünə təsəlli verir


Hətta Müsavat başqanının müavini Arif Hacıyev sosial şəbəkədə hətta "Gəlin inqilab komitəsi yaradaq" deyə çağırış etmişdi. Bir il keçdi, müxalifət anladı ki, ərəb dalğası da Azərbaycandakı proseslərə təsir etməyəcək. Klintonun müxalifəti saya almamasını şərh edən müxalifət funksionerlərindən biri "ABŞ belə həssas məqamda Azərbaycan hakimiyyətini incik salmadı" deyə özünə təsəlli verir. Ondan soruşan lazımdır: həssas məqam tək Azərbaycan üçündürmü? Məgər Ermənistan, Gürcüstan bu bölgədə deyilmi? Niyə xanım Klinton onların müxalifəti ilə görüşdü, Azərbaycan müxalifəti ilə görüşmədi? Saakaşvilini anladıq: deyəcəklər ki, o, demokrat prezidentdi, tolerantdı, müxalifətlə görüşməyə icazə verdi. Yerevan küçələrində müxalifəti gülləbaran etmiş Sarkisyandamı demokratdı? Xeyr, sadəcə Ermənistanın (elə Gürcüstanın da) hakimiyyəti də, müxalifəti də ABŞ üçün o qədər də önəmli deyil. Bu dövlətlərin heç birinin önəmi Azərbaycan qədər ola bilməz Qərb üçün. ABŞ dövlət katibi Azərbaycan hakimiyyətinin saydığı üçün müxalifətlə görüşü səfər proqramına salmayıb. Azərbaycan bölgənin lider dövlətidir. Nəhayət, Klintonun müxalifətlə görüşməməsi Qərbin hesab kitabında müxalifətin olmadığını göstərdi. "İP" iki icazəli mitinqlə yenidən guya reablitasiya olunduğunu, Qərbdən maliyyə yardımlarının axacağını güman edirdi. Amma hadisələr göstərdi ki, Qərbdə Azərbaycandakı siyasi proseslərlə bağlı fikir fərqlidir. Qərbdə Azərbaycan da siyasi düzənin dəyişdiyini, "ənənəvi müxalifətin" qüvvə olmadığını yaxşı bilirlər. Ona görə də burada Hillari Klintonun atdığı addım bir çox məsələləri agah edir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər