PDF Oxu

Araşdırma

  • 939

Radikal müxalifət cəbhə xəttindəki ağır vəziyyətdən siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərir

Radikal müxalifət cəbhə xəttindəki ağır vəziyyətdən siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərir

Son həftə ərzində ardıcıl olaraq, uğursuzluqla müşayiət olunan böyük pərişanlıq yaşayan radikal müxalifət ətraflarındakı qalan az saylı tərəfdarların da onlardan üz döndərməməsi üçün yalana əl atır. ABŞ dövlət katibi Hillari Klintonun Ermənistanda və Gürcüstanda müxalifətlə görüşdüyü halda, Azərbaycandakı radikallarla görüşməməsi, eyni zamanda, avropalı məruzəçilərlə dağıdıcı müxalifət arasında fikir ayrılığının ortaya çıxması, radikalların təkliflərinin qəbul edilməməsi, həmçinin, Əli Kərimova, İsa Qəmbərova və Leyla Yunusovaya məxsus və ya yaxın olan QHT-lərin maliyyələşdirilməsinə "yox" deyilməsi anti-milli müxalifəti isterik addımlar atmağa sövq edir. Bütün bunlar isə cəmiyyətə bəlli səviyyədə baş verdiyindən, radikal müxalifəti çətin duruma salır. Ona görə də, radikal müxalifət diqqəti yayındırmaq üçün mövzu axtarır.Belə ki, Azərbaycanın istənilən səviyyəli uğursuzluğunu özünün uğuru kimi qələmə verən dağıdıcı müxalifət ənənəsinə sadiq qalaraq, daha bir ağır hadisədən özünün siyasi məqsədləri üçün istifadə etməyə başlayır. Bu dəfə radikal müxalifətin başçıları torpaqları düşmənlərdən azad etmək üçün hər an dövlət başçısının əmrini gözləyən əsgərlərin cəbhə xəttində baş verən atışmalar zamanı şəhid olmasını siyasi şouya çevirməyə cəhd göstərirlər. Nəzarətlərində olan mətbuat orqanlarında cəbhə xəttində yaranmış mürəkkəb vəziyyəti Azərbaycan hakimiyyətinin uğursuz siyasət yürütməsilə əlaqələndirməyə çalışırlar. Bununla da, ictimai şüurla manipulyasiya etməyə cəhd göstərən müxalifət uğursuzluğunu pərdələməyə çalışır. Lakin müxalifətin bu cəhdləri də boşa çıxacaq. Çünki radikal müxalifətin hazırladığı bu çirkin oyun bir daha dağıdıcıların əsil mahiyyətini açıb ortaya qoyur.Qeyd edək ki, Əli Kərimov və İsa Qəmbərov uğursuzluqluğunu pərdələmək üçün seçdiyi bu mövzu heç də düzgün deyildir. Çünki unutmamalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsinin böyüyüb bu miqyasa çatmasında onlar birbaşa məsuliyyət daşıyırlar. Məhz 1992-ci ilin may-iyun aylarında AXC-Müsavatın birgə anti-dövlət fəaliyyəti nəticəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısı alınmadı. Bu gün artıq açılan sirlərə və faktlara əsasən, demək mümkündür ki, Şuşanın, Laçının və digər strateji əhəmiyyətli rayonların işğal olunmasının qarşısını vaxtında almaq imkanı olub. Lakin AXC-Müsavat cütlüyünün siyasi maraqları əsas tutularaq, Dağlıq Qarabağ və ətraf rayonlar düşmənin tapdağı altına verilib. Bu gün isə Dağlaq Qarabağla bağlı hansısa məsələ ortaya çıxarkən, Əli Kərimovun və İsa Qəmbərovun patriot çıxışları olmamalı, sadəcə, onlar Azərbaycan dövlətinin və xalqının tarixinə hansı faciəni gətirdiklərini düşünməlidirlər.Əgər xalq 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, AXC-Müsavatın səhvləri ucbatından Ermənistanın işğalçılıq əməlləri genişlənə bilərdi. Məhz Ulu Öndərin səyləri nəticəsində, Ermənistanın təcavüzü durduruldu və Azərbaycanın torpaqlarını geri qaytarmaq üçün lazım olan qüdrəti əldə etmək strategiyası işlənib hazırlandı. Və bu gün Prezident İlham Əliyevin rəhbərliyilə davam etdirilən bu strategiya Azəbaycanı torpaqlarını hərb və ya diplomatiya yolu ilə düşmən işğalıdan azad etmək imkanlarına sahib edib. Artıq Ermənistan həm diplomatik sferada, həm hərbi sahədə, həm də informasiya müharibəsində Azərbaycandan dəfələrlə geridir və dalana dirənib. Hakimiyyətin, eyni zamanda, münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində atdığı addımlar cəmiyyətdə də qələbə ruhu formalaşdırıb.Ancaq radikal müxalifət hər bir cəhdilə korporativ maraqları naminə hakimiyyətin uğurlarına kölgə salmağa və sosiumdakı monolitliyə zərbə vurmağa çalışır. Bu mənada da, son günlər ərzində cəbhə xəttində gərginliyin artması nəticəsində, əsgərlərimizin şəhid olmasını hakimiyyətin uğursuz siyasəti kimi qələmə verməyə çalışan radikal müxalifətin növbəti anti-milli fəaliyyəti kimi dəyərləndirmək olar. Bütövlükdə, dağıdıcı müxalifətin atdığı bu addımın ermənilərin də xeyirinə olması düşmənlərlə radikalların eyni ssenari üzrə hərəkət etmələrinə işarə edir.İstənilən halda, radikal müxalifət bu cür çirkin əməllərlə və siyasi bleflərlə heç bir zaman nə siyasi kapital, nə də ictimai dəstək əldə edə biləcək. Bununla dağıdıcılar cəmiyyətlə özləri arasındakı uçurumu daha da dərinləşdirirlər.

"Səs" Analitik Qrupu

Digər xəbərlər