PDF Oxu

Araşdırma

  • 950

Ermənilər aclıqdan çıxış yolu tapıblar

Ermənilər aclıqdan çıxış yolu tapıblar

Ermənilər ümid edirdilər ki, ölkədə keçirilən seçkilərdən sonra müsbət istiqamətdə dəyişikliklər baş verəcək və Ermənistanı böhrandan çıxara biləcək yeni hökumət qurulacaq. Lakin gözlənilənlərin əksinə, vəziyyət daha da pisləşib. Ölkədə, demək olar ki, hər bir sahədə böhran hökm sürür. Oliqarxlar bütün sahələrdə monopoliyalar yaratmaqla, ölkə iqtisadiyyatını özlərindən asılı vəziyyətə salıblar.


Gömrük və vergi sektorunda problemlər mövcuddur


Ermənistandakı mövcud vəziyyəti dəyərləndirən ABŞ-ın Yerevandakı səfiri John Heffern bildirib ki, Ermənistandakı biznes mühitinin əlverişli olacağı təqdirdə, amerikalı iş adamları buraya böyük sərmayələr yatıra bilər. Səfir bir çox amerikalı iş adamının Ermənistanda böyük həcmli yardım layihələri həyata keçirdiklərini, abidə və kilsələri təmir etdiklərini, ancaq sərmayə yatırmağa müsbət yanaşmadıqlarını deyib.

Səfirin sözlərinə görə, əsas maneə, xüsusilə, gömrük və vergi sektorundakı gerilik və təcrübəsizliklə bağlıdır. Bundan başqa, Amerika firmaları hüquq və qanunun üstünlüyünə böyük əhəmiyyət verir. John Heffernə fikrincə, xüsusilə, gömrük sahəsindəki problemlər amerikalı sərmayəçiləri Ermənistanda investisiya qoymağa təşviq etmir.

Amerikalı diplomat ABŞ-ın hər zaman Ermənistana daha azad və demokratik bir ölkə olması üçün köməyə hazır olduğunu deyib.


Daşınmaz əmlak bazarında ağır vəziyyət müşahidə olunur


"Aktsern" Daşınmaz Əmlak Agentliyinin direktoru Hakob Baqdasaryan bildirib ki, Ermənistanın əmlak bazarında stabil ağır vəziyyət davam edir.

"Hayatsk" qəzetində dərc olunan xəbərdə qeyd olunur ki, Baqdasaryana görə, daşınmaz əmlak bazarında tələbat aşağı olsa da, qiymət ucuzlaşması qeydə alınmayıb. Buna səbəbi isə inşaat sektorunda inkişafın olmaması, eyni zamanda, inşaat materiallarında qiymətlərin stabil qalması, hətta bəzi tikinti materiallarının qiymətin artmasıdır. Bölgədə yaranan vəziyyəti dəyərləndirən H.Baqdasaryan əmlak bazarında mənzillərin satışına təsir edəcək səviyyədə İran və Suriyadan insan axının olmadığını ifadə edib. Ümumilikdə, tikinti sektorunda 2012-ci ilin ilk 4 ayında 5 faiz geriləmə müşahidə olunub.


Hökumət xalqı aldadır


Bu ilin ilk rübündə Ermənistanda kənd təsərrüfatı və ticarətdə də artım qeydə alınmayıb. Ermənistan Milli Statistika İdarəsinin hesabatında qeyd olunur ki, Ermənistanda iqtisadi geriləmənin əsas səbəbi dünya bazarında mis və digər əlvan metalların qiymətinin sürətlə ucuzlaşmasıdır. Bu vəziyyət büdcəni əsas gəlir mənbəyindən məhrum edib. İqtisadiyyat nazirliyinin əməkdaşları ölkənin 2009-cu ildə başlayan böhrandan tədricən çıxdığını desə də, müstəqil ekspertlər belə düşünmür.

Erməni iqtisadçı eksperti Baqrat Asatrian Nuvel Darmeni isə bu ölkənin "Nouvelles d'Armenie" saytına bildirib ki, Ermənistanın Statistika İdarəsi rəqəmləri təhrif edir. Onun sözlərinə görə, bəzi sektorlarda baş verən irəliləyişin sadə xalqa heç bir faydası yoxdur və Ermənistanda iqtisadi geriləmə artır.


Dollar artmaqda davam edir


Bu arada dünyada dolların qiymətində ucuzlaşma müşahidə olunsa da, Ermənistanda artmaqdadır. "NASDAQ OMX-Armenia" Fond Birjasında 19 iyun tarixində ortalama əməliyyat kursu 415,58 dram olub. İyun ayının 13-dən bu tərəfə dramın kursunda növbəti artım olub. Ancaq bahalanan dollara o qədər tələbat olmayıb. Birjada cəmi 600 min dollarlıq əməliyyat gerçəkləşib.

Effektiv kurs bazarında tətil günlərinə müqayisədə dollar yarım dram bahalanıb. Dolların alış kursu 414,50 drama, satışı isə 416,50 dramdan başlayır.


Ac qalan ermənilər böyrəklərini satır


Ermənistanda mövcud sosial-maddi vəziyyət insanları böyrəklərini satmağa məcbur edir. İnternet saytlarında Ermənistan vətəndaşlarının böyrək satmaqla bağlı çox sayda elanları yerləşdirilib.

"Erməni vaxtı" ("Aykakan jamanak") qəzeti yazır ki, insanları buna ağır sosial vəziyyət məcbur edir. Qəzetin yazdığına görə, böyrəyin qiyməti 15-45 min dollar arasında dəyişir. Ermənistanda donor orqanlarının alqı-satqısı qanunla qadağan olunduğundan, maraqlı şəxslər sövdələşmə üçün dolayı yollardan istifadə edirlər.

"Arabki" tibb mərkəzinin həkimi Elen Nazaryan il ərzində ölkədə 10-12 min böyrək köçürməsi əməliyyatının reallaşdırıldığını bildirib.

Ermənistan vətəndaşları üçün əməliyyatın qiyməti 2 milyon 500 min dram (6 min dollar), əcnəbi vətəndaşlar üçün 5-7,5 milyon dram (12 min dollar) təşkil edir.


Cabir

Digər xəbərlər