PDF Oxu

Araşdırma

  • 1 178

ABŞ müxalifəti məyus etdi

ABŞ müxalifəti məyus etdi

ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Adam Sterlinq Dövlət Departamentinin 2011-ci ildə insan hüquqları ilə bağlı mayda dərc olunmuş illik hesabatını müzakirə etmək üçün qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib. İştirakçılar ölkədə insan haqlarının vəziyyətini, o cümlədən, söz və mətbuat azadlığı, qanunun aliliyi, mülkiyyət hüququ və digər məsələləri müzakirə ediblər.


"Bu, bizə optimizm üçün əsas verir"


Həmin görüşə müxalifət düşərgəsinə yaxınlıqları ilə seçilən "hüquq müdafiəçiləri"ndən Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı və digərləri də qatılıb. Onlar dağıdıcı müxalifət "liderlərinin" A.Sterlinqə olan qərəzli ismarıclarını çatdırmağa cəhd göstərsələr də onların bu kimi tələbləri qeyri-ciddi qarşılanıb. Belə ki, ABŞ səfirliyinin rəsmisi bildirib ki, insan haqları sahəsi ABŞ üçün prioritet olaraq qalır: "ABŞ Azərbaycan hökumətinə dəstək verməyə hazırdır".

Adam Sterlinq ölkədə insan haqları sahəsində gedən pozitiv dəyişiklikləri də qeyd edib. O, 2 aprel aksiyası zamanı saxlanan 9 nəfərin azadlığa buraxılmasını alqışlayıb: "Bu bizə optimizm üçün əsas verir".


Dağıdıcı müxalifət "liderlərinin" Qərb gözləntiləri ciddi iflasa uğramaqdadır


Eyni zamanda, amerikalı diplomat Bakı şəhər icra hakimiyyətinin bu ilin yazında müxalifətə aksiya keçirmək üçün razılıq verməsini də pozitiv tendensiya kimi dəyərləndirib. Belə ki, müvəqqəti işlər vəkilinin bildirdiyinə görə, bu kimi addımların atılması demokratiyanın inkişafına töhfələrini verməkdədir.

Qeyd edək ki, A.Sterlinqin sözləri müxalifət düşərgəsini və həmin düşərgəyə xidmət edən "hüquq müdafiəçilərini" möhkəm məyus edib. Onlar öz mətbuat səhifələrində ABŞ səfirliyi səlahiyyətlisinin Azərbaycan hökuməti haqqında irəli sürdüyü müsbət fikirlərdən ciddi narahat olmağa başlayıblar. Bu, isə bir daha onu deməyə əsas verir ki, artıq dağıdıcı müxalifət "liderlərinin" Qərb gözləntiləri ciddi iflasa uğramaqdadır.


R.HÜSEYNOVA

Digər xəbərlər