Panorama.am erməni xəbər portalına açıqlama verən politoliq Saro Saroyan bildirib ki, vətəndaş müharibəsi gedən Suriyada ölkə ermənilərinin maraqları Bəşər Əsədin siyasəti ilə üst-üstə düşür: "Ancaq Suriya erməniləri nə vaxtsa hər hansı qüvvəni açıq dəstəkləyəcəklərini bildirsələr, bu amil onlar üçün çox qorxulu addım ola bilər. Lakin bütün bunlara baxmayaraq, orada yaşayan ermənilərin maraqları Bəşər Əsədin siyasi kursu ilə üst-üstə düşür".
S.Saroyan Suriya ermənilərinin Ermənistana ehtimal olunan köçlərinə də ehtiyatlı münasibət bildirib. Çünki Ermənistan əhalisinin böyük əksəriyyəti hazırda bu ölkəni tərk edir. Suriya ermənilərinin ölkəyə axını isə onsuz da çətin vəziyyətdə olan rəsmi Yerevanı daha pis vəziyyətdə qoya bilər. Bu baxımdan, S.Saroyan daha "relevant" təkliflə çıxış edib: "Ermənistan hakimiyyəti bununla bağlı daha dəqiq konsepsiya hazırlamalıdır. Məsələn, Suriyada yaşayan ermənilərin təhlükəsizliklərini həll etmək. Çünki həmin konsepsiya hazırlanmasa onların Avropaya köçləri daha da sürətlənə bilər".
"Aykakan jamanak" qəzeti: "Abovyanda müharibə başlaya bilər"
Ermənistanın nəqliyyat nazirliyində yoxlamalara başlanılıb. Belə ki, "Aykakan jamanak"ın yazdığına görə, həmin yoxlamaların başladılmasını Aram Arutunyan tələb edib. Məlumatda bildirilir ki, "Cəllad" ləqəbli A.Arutunyan hətta məsələ ilə bağlı prezidentə də müraciət edib. O, Abovyan şəhərində müəyyən marşrutlar üzrə hərəkət edən avtobus xəttini mənimsəmək arzusundadır: "Hətta Yerevan-Çarçenavan xəttində müvəqqəti pulsuz işləyən avtobuslar marşruta salınıb. Hakimiyyətyönümlü "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan "Cəllad" ləqəbli Artur Arutunyana qarşı müharibəyə başlayacağını, onu məhv edəcəyini bildirib. "Kinq de Lüks" kompaniyasının rəhbəri Artur Dallakyan isə bildirib ki, hazırda sürücülər yoxlamaların sonunu gözləyirlər. Əgər hər şey onların istədikləri kimi baş verməsə, Abovyan şəhərində müharibə başalaycaq".
"Qraparak" qəzeti: "Aviabiletlər sürətlə bahalaşır"
Erməni qəzetinin yazdığına görə, ötən bir neçə gün ərzində Ermənistanda aviabiletlər sürətlə bahalaşmağa başlayıb: "Biletlərdə 200-300 dollar arasında artımlar müşahidə edilməkdədir".
Qəzet daha sonra yazır ki, bahalaşmada manipulyasiyalara yol verməyin səbəblərindən biri də biletlərə olan tələbatın artımından irəli gəlir. "Ölkəni tərk edən insanlar məcburiyyət qarşılığında süni şəkildə bahalaşmıdırılmış biletləri almağa məhkumdurlar"- deyə "Qraparak" yazır.
QİSMƏT ZƏNGİBASARLI