PDF Oxu

Araşdırma

  • 945

Fransadakı ermənilərin Xocalı soyqırımı xofu

Fransadakı ermənilərin Xocalı soyqırımı xofu

XX əsr tarixinin ən ağrılı və ən qanlı səhifəsini təşkil etmiş Xocalı faciəsinin hər il Azərbaycanda və onun hüdudlarından kənarda geniş şəkildə anılması nəinki Ermənistanda, habelə xarici ölkələrdə, o cümlədən Fransada yaşayan erməniləri xofa salır. Bunu Fransada nəşr olunan erməni mətbu orqanlarında faciə ilə əlaqədar dərc edilmiş yazıların ruhundan aydınca duymaq mümkündür.Dünya ictimaiyyətinə özlərini bəşəriyyətin "sülhsevər və ən humanist xalqı" kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxan ermənilər Fransada nəşr etdirdikləri mətbu orqanlarında Xocalı hadisələrindən söhbət açarkən "faciə" sözünü işlətməkdən çəkinir, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən dəhşətli gecədə baş vermiş vəhşiliyi "Xocalı uğrunda gedən döyüşlər" tək beynəlxalq aləmə çatdırmağa səy göstərirlər.Fransada məskunlaşmış ermənilər 1855-ci ildən başlayaraq güclü erməni lobbisinin vəsaiti hesabına onlarla adda qəzet, jurnal və bülletenlər buraxmağa başlamışlar. Onların bir çoxu sonralar öz nəşrini dayandırmışdır. Hazırda işıq üzü görən "ACAM", "Frans-Armeni", "Hayistan", "Armenizer", "UMAF", "Azadmaqazin", "Ermənistan xəbərləri", "Parev" və digər mətbu orqanları illər boyu Türkiyəyə və Azərbaycana qara yaxmaqla məşğul olmuş və bu gün də onu davam etdirirlər.Fransa Ermənilərinin Əlaqələndirmə Şurasının və əsası XlX əsrin sonlarında Fransada qoyulmuş "Daşnakstyun" partiyasının ideyalarına xidmət edən bu mətbu orqanlarının əksəriyyəti müasir silahlarla silahlanmış erməni hərbi birləşmələrinin rus alayının köməyi sayəsində Xocalıda törətdikləri faciəyə başqa don geydirərək fransız ictimaiyyətini aldatmağa səy göstərir.Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr edilən "Ermənistan xəbərləri" ("Les Nouvelles d’Armenie") jurnalının nömrələrində Xocalı faciəsi ilə bağlı dərc olunmuş yazıların müəllifi hadisələri başqa səmtə yönəltməyə səy göstərir. Belə ki, həmin yazılarda Azərbaycan dövlətinin bundan azərbaycanlılarda ermənilərə qarşı nifrət hissini gücləndirmə və erməniləri dünya ictimaiyyətinin gözündən salma vasitəsi kimi istifadə etməsinə dair gülünc ideyalar əks olunur. Başqa bir yazıda isə 7 minlik əhalisi olan Xocalıda törədilmiş qırğının qəsdən ermənilərin üzərinə yıxıldığı kimi uydurma fikir söyləyərək fransız oxucularını çaşdırmağa səy göstərirlər."Frans-Armeni" mətbu orqanı isə bir qədər irəli gedərək, "Sumqayıt hadisələrini" tez-tez yada salır, azərbaycanlılar tərəfindən onlarla erməninin qətlə yetirilməsinin Ermənistan-Azərbaycan münaqişəsinin yaranmasına səbəb kimi göstərir. Beləliklə daha bir tarixi saxtakarlığa yol verilir, hadisənin əsl mahiyyəti olduğu kimi oxucuya çatdırılmır.Yazının müəllifi tarixə müraciət edib araşdırmalar aparmaq əvəzinə hadisə barədə ermənilərin uydurduğu faktlara əsaslanmaqla özünə asan yol seçmişdir. O, nədənsə ermənilərin bu hadisəyə illər boyu hazırlaşdıqlarını, 1905-1907 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, 1948, 1953 və 1988-ci illərdə tarixən Azərbaycanın ərazisinin bir hissəsi olmuş indiki Ermənistandan ermənilərin apardığı etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarından deportasiya edilməsi faktlarının üzərindən sükutla keçmişdir.Sumqayıt hadisələrinin ermənilərin Azərbaycana qarşı düşünülmüş şəkildə apardıqları mənfur siyasətin təzahürü olmasını, hadisə zamanı bir neçə erməninin öldürülməsində məhz öz həmvətənlərinin əli olmasına dair təkzibolunmaz faktların artıq üzə çıxmasını bu jurnalistə xatırlatmağa ehtiyac yoxdur. Belə yerdə xalqımızın bir atalar sözü yada düşür: Utanmasan oynamağa nə var.Başqa bir erməni mətbu orqanında dərc olunmuş yazıda Xocalı faciəsi ilə bağlı faktlar gizlədilmiş, "Xocalı uğrunda getmiş döyüşlərdə" hərbçilərlə birlikdə 200 nəfərin həlak olduğu qeyd edilmişdir. Doğrunu yalan, yalanı isə doğru kimi qələmə verməklə dünya ictimaiyyətini aldatmağa vərdiş etmiş ata-babalarının yolu ilə gedən erməni mənşəli fransız jurnalisti Xocalı faciə ilə bağlı Azərbaycan mətbuatına deyil, elə yaşadıqları ölkənin həmin dövrdə faciədən bəhs etmiş qəzetlərinə nəzər yetirsəydi yaxşı olardı. "Le Monde", "Le Fiqaro", "Valör aktuel" və digər fransız qəzetləriində XlX əsrdən indiyə qədər ölkəmizin fasiləsiz olaraq erməni vəhşiliklərinə məruz qaldığı diqqətə çəkilmiş, faciə zamanı 613 nəfər günahsız xocalının, o cümlədən 106 qadının və 54 uşağın qətlə yetirildiyi, mindən artıq adamın əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü qeyd edlmişdir.İftira və böhtana əl atmış bu jurnalist ASALA erməni terrorçu təşkilatının fəal üzvlərindən Vazgen Sisyanın onlarla azərbaycanlını vəhşicəsinə qətlə yetirdiyindən öyünməsini, fəxr etməsini, əli günahsız insanların qanına batmış bu caninin Xocalı faciəsində həmvətənindən heç də geri qalmamış Ermənistanın keçmiş prezidenti Pobert Koçaryan tərəfindən "milli qəhrəman" adı verilməsini, törətdikləri cinayətlərin izini itirmək üçün öldürülmüş azərbaycanlıların meyitlərini bir yerə toplayaraq yandımalarını, gözlərini qan tutmuş, vəhşiliyə hərisləmiş ermənilərin hətta meyitlər arasında sağ qalmış uşaqlara belə aman verməyərək tonqala atıb həyatlarına son qoymalarını nə üçün xatırlatmır.Xocalı faciəsinin erməniləri qorxuya salması əbəs deyildir. Bir tərəfdən tarixi faktlata əsaslanan Azərbaycan diplomatiyasının Ermənistan diplomatiyasını üstələməsi, digər tərəfdən isə Xocalı faciəsinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması sahəsində ölkəmizin apardığı siyasət Fransada yaşayan ermənilərdə əməlli-başlı xof yaradıbdır.Əslində ermənilərdə Xocalı faciəsinin qorxusu bir neçə il bundan əvvəl Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərini, Xocalı faciəsini bütün dünya ictimaiyyətinə çatdırmaq məqsədilə müxtəlif dillərdə çap olunmuş kitab, broşür və digər vəsaitlərin müxtəlif ölkələrə yayılması, məşhur dünya kitabxanalarında yerləşdirilməsi, fondun dəstəyi ilə ölkəmizin hüdudlarından kənarda keçirilmiş tədbirlərlə başlamışdır. 2007-ci ilin fevral ayının sonlarında Parisdə ermənilərin keçirdikləri mitinqdə Azərbaycan təbliğatının getdikcə güclənməsini, tələbələrimizin Xocalı faciəsinin dolğun və düzgün şəkildə fransızlara çatdırmaq üçün geniş fəaliyyət göstərmələrini, bu barədə vərəqələr yaymalarından narahat olduqlarını etiraf etmələri onların kürkünə əməlli-başlı birə düşməsindən xəbər vermişdir. Hətta, onlar açıq-açığına Azərbaycan təbliğatına qarşı mübarizə etmək barədə çağırışlar səsləndirməkdən belə çəkinməmişlər.Nəhayət faciəyə siyasi qiymət verilməsi və soyqırım kimi tanınması üçün Azərbaycan dövlətinin beynəlxalq məhkəməyə müraciət etməsinə hazırlaşması ermənilərin qorxusunu bir qədər də artırmışdır.Xalqımız əmindir ki, beynəlxalq ictimaiyyət arasında Xocalı faciəsi ilə bağlı haqq-ədalət beynəlxalq ictimaiyyət tərəfindən öz siyasi qiymətini alacaq, əlləri yüzlərlə xocalının qanına bulaşmış qatillər isə layiqli cəzalarına çatacaqlar.

Newtimes

Digər xəbərlər