PDF Oxu

Araşdırma

  • 3 124

Darya Aslamova, sən kimsən?...

Darya Aslamova, sən kimsən?...

Darya Aslamova özünü "dəyərsiz qız" adlandırır. Bunu şöhrətə çatmaq üçün etdiyini söyləyir. Xasiyyətindəki qərəzlilik və qısqanclığın kökü bundadır.Bu qadın uşaqlıqdan şöhrət qazanmağa tələsib. 1994-cü ildə "Moskviçka"nın jurnalisti Viktor Barulinə verdiyi müsahibəsində özü bunu etiraf edib. O, Herostrat şöhrəti qazanmağı normal sayır. Həmin müsahibədə deyib ki, "ancaq ona (Herosrtrata – Newtimes.az) haqq qazandırmaq lazımdır: o, yaddaşlarda qalmağı bacardı...".Doğrudan da əfsanəvi Herostrat məşhurlaşdı.

Lakin qısqanclıq və qərəzlilik rəmzi kimi yaddaşlarda qaldı. D.Aslamova da eyni yolu seçib. İyulun 19-23 tarixində "Komsomolskaya pravda" qəzetində Azərbaycan haqqında qərəzli məqaləsini dərc etdirməklə böyük bir xalqın yaddaşına qısqanc və qərəzli adam kimi həkk olundu. Onun qısqanclıq və qərəzlik səviyyəsini təsəvvür etmək çətindir.Azərbaycan haqqında kiçik bir həqiqəti ifadə edən cümləsinin hər sözündə belə bu xüsusiyyətlər hiss edilir. Darya "Bakıda yoxsullar və avaralar olmadığı kimi, küçə cinayəti də sadəcə yoxdur" yazır. Lakin sonra elə bir təsvirə keçir ki, Bakının gözəlliklərindən əsəbiləşdiyi hiss edilir. Görünür, bu, artıq onun xəstəliyidir. Tarixi uşaqlığına gedib çıxan psixi xəstəlik!

Əyalət qızının "fransızlaşmış dünyası"

Uşaqlıqdan natamamlıq kompleksi olub. Oğlanlar həmişə ona sataşar və lağ edərmişlər. Daryanın qüsurlarını üzünə deyirmişlər. Onda bunların heyfini cəmiyyətdən çıxmaq kimi bir qəzəb formalaşıb. Düma, Balzak, Floberin əsərlərinin qadın qəhrəmanlarına bənzəmək istəyib. Etiraf edir ki, "kurtizan" yolu seçib.Lakin bir şeyi nəzərə almayıb. Şəxsi üstünlüyünü bu üsulla dünyaya sübut etmək qadında mütləq qısqanclıq, qərəzlilik, gözəlliyə, müsbət əxlaqi keyfiyyətlərə nifrət tərbiyə edir. Bu cür insanların tarixə, ədalətə, xalqlara münasibətində də "kurtizan" əxlaqı özünü göstərir. D.Aslamovanın jurnalist kimi keçdiyi həyat yolu bunu bir daha sübut edir.Daryanın məhəbbət məsələsində də işləri yaxşı getməyib. Müsahibəsində bir neçə kişini "sındırdığından" açıq danışır. Siyahı hələ tamamlanmayıb... Çünki bu cür qadınlar sevgidə səmimi ola bilmirlər. Qeyri-səmimilik olan yerdə meydan kurtizanındır. "Kurtizanlıq" onun xarakteridir.

"Daryanın yeni paltarı"

D.Aslamova jurnalistliyinə pornoya aid yazılardan başlayıb, tarix, siyasət və müharibə kimi ciddi sahələrə baş vurmaqla davam edir. Təhlükəli oyundur. Bu sahələrdə dərin savadının olmaması, bəlkə də günah deyil. Nə etməli, qədim və yeni tarixdən xəbəri də yoxdur.Onun məqaləsi əslində, H.X.Andersonun "Kralın yeni paltarı" nağılındakı oğlan uşağının düşdüyü vəziyyətə oxşayır. Uşaq kralı görən kimi qışqırıb: "Axı, kral lütdür!" D.Aslamovanın tarix, siyasət və müharibə haqqında yazdıqlarının qərəzli ritorikasını atanda, müəllif və mövzu "lüt qalır"! D.Aslamovanın yazılarını oxuyan orta səviyyəli oxucu belə görür ki, o tarix elmindən bixəbərdir.Bu səbəbdən onun siyasi məsələlərə yanaşması da primitivdir. Bu sahədə tam piyadadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin SSRİ-nin dağılmasının əsas səbəbi olmasını qətiyyətlə təqdim etməsi də başadüşüləndir. Nəticəni səbəb kimi göstərir. Onun üçün fərqi nədir ki?Ancaq anlaya bilmir ki, bu cür düşüncə tərzi elə Rusiya üçün də çox təhlükəlidir. Görünür, burada ermənilərlə xasiyyət oxşarlığı özünü göstərməyə bilmir. Axı kurtizanlıq ermənilərdə də qədimdən sevilən peşədir. Bəlkə elə buna görədir ki, bəzi saytlar onun İrəvanda anadan olduğunu yazır. Ona deyən lazımdır ki, "iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə kömək edə bilən bir addım belə ata bilmirsinizsə, heç olmasa ziyan vurmayın". Ziyan vurmağı, göründüyü kimi, yaxşı bacarır. Peşəkardır.

"Taylı tayını tapar"

Bu fikir qədim yunan filosoflarından birinə məxsusdur. Elə D.Aslamova da Bakıda özünə bənzərləri tapıb danışdırır. Çünki, Rusiya ilə İran imperiyaları arasında gedən müharibələri Daryanın istəyinə uyğun şərh edən elə ona oxşayar. Bu, adi məntiqdir. Tarix elminə ciddi münasibəti olan hər kəs bilir ki, Azərbaycan həmin müharibələrin nəticəsində ikiyə parçalanıb.Bu kimi məsələlərə Daryasayağı yüngül yanaşmaq üçün onun xarakterində olmaq lazımdır. Əks halda həm D.Aslamova, həm də onun Bakıda danışdırdıqları hər kəsə gün kimi aydın olan tarixi hadisə və proseslərdən gülünc fikirlərlə söz açıb özlərini biabır etməzdilər.Hiss olunur ki, əslində, D.Aslamovanın Azərbaycan tarixi haqqında heç bir məlumatı yoxdur. O, Cənubi Qafqazın bütün ərazisinin nə vaxtsa "Böyük Ermənistan"a aid olması haqqında sərsəm fikrini yazmaqla bunu sübut edir.Darya jurnalist olaraq fransız yazıçıları ilə bərabər, heç olmasa məşhur Qriboyedovu oxumalı idi.

Newtimes.az

Digər xəbərlər