PDF Oxu

Araşdırma

  • 1 319

Ermənistan yeni havadar axtarışında

Ermənistan yeni havadar axtarışında

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İrəvan ofisinin rəhbəri Valeri Razloq bəyan edib ki, Ermənistan iqtisadiyyatının ən aktual problemlərindən biri diversifikasiya məsələsidir. Həmin mövzuya hərs edilmiş "dəyirmi masa"da o, Dünya Bankının kölgə iqtisadiyyatını bu ölkənin bir nömrəli problemi hesab etdiyini deyib. AYİB-in tədqiqatında iştirak edən 350 erməni sahibkar isə əsas problemlər sırasında vergi və gömrük inzibatçılığını da göstəriblər. Bunlara siyasi sabitsizliyi əlavə ediblər.

"Alternativ" tədqiqat mərkəzinin rəhbəri professor Tatul Manaseryanın hesablamalarına görə, ölkə iqtisadiyyatında qanunsuz mal dövriyyəsi 75%-i keçir! Kölgə iqtisadiyyatı ölkədə hazırda "üçqat sürətlə" yayılır. Mağaza sahibləri əsas ərzaq məhsullarının 30%-ni monopolistlərdən aldıqlarını deyirlər. Bu zaman faktura yazılmır. Nəticədə, monopolistlər vergidən külli miqdarda pul yayındırırlar. Həmin üsulla Ermənistan iqtisadiyyatı "özü-özünü yeyir".Antverpen universitetinin professoru Lilian Van Huf Ermənistanda demokratiya ilə iqtisadi problemlər arasındakı əlaqəni öyrənib. Beynəlxalq Valyuta Fondunun İrəvan nümayəndəliyinin rəhbəri Giermo Tolos da həmin məsələni araşdırıb. Onların qənaətinə görə, əhalinin müxtəlif təbəqələrinə geniş imkanların yaradılmaması ilə var-dövlətin kiçik qrup əlində cəmləşməsi arasında sıx əlaqə var. Ermənistanda məhdud bir qrup ölkənin zənginliyinin əsas hissəsinə sahibdir. Əhalinin müxtəlif təbəqələrinin gəlir əldə etmək imkanları çox aşağıdır. Ona görə də Ermnəistanda iqtisadi sistem çökür.Müstəqil ekspertlərin hesablamarına görə, Ermənistandan kapital axını 1 milyard dollara yaxınlaşır. Bu, respublikaya gələn pulların miqdarına bərabərdir. Kapitalın xaricə axını kiçik və orta biznesi məhv edir. Ona görə də bütövlükdə vəziyyət monopolistlərin nəzarətinə keçir. Son nəticədə inflyasiya yüksəlir. Dövlət büdcəsinə vergi daxilolmaları zəifləyir. 2012-ci il büdcəsində verginin ÜDM-ə nisbəti 17,4% nəzərdə tutulub. Bunu iqtisadçılar "biabırçı göstərici" adlandırırlar. Hökumət isə "böyük nailiyyətdən" danışır.Ermənistan iqtisadiyyatının çöküşü siyasi böhranın dərinləşməsi ilə müşayiət olunur. İndi bu ölkədə "oliqarxlar kimlərdir?" sualına cavab tapmağa çalışırlar. "Siyasi iqtisadiyyat" tədqiqat mərkəzinin direktoru Andranik Tevanyan üçün isə bu sualın cavabı tam aydındır. O təsdiq edir ki, "Ermənistanda oliqarxiyanın nümayəndələri Serj Sarqsyan və onun kürəkəni Tiqran Sarkisyandır". Onlarla yanaşı, Ermənistan hakimiyyət dairələrindəki çoxlu sayda məmur oliqarxdırlar.Ölkədə baş verən bir sıra hay-küylü ölüm hadisələrində həmin dairələrin birbaşa əli vardır. İqtisadiyyatdakı prosesləri nəzarətdə saxlamaq üçün hər bir üsula əl atırlar. Qanunsuz olaraq qoluzorlular saxlayırlar. Rəqiblərini onların vasitəsi ilə zərərsizləşdirirlər. Həmin proses o dərəcədə genişlənib ki, artıq hakimiyyət və biznes bir-birinə sıx bağlıdır.Məsələn, Robert Koçaryan-Gagik Tsarukyan və Serj Sarqsyan-Mixail Baqdasarov hakimiyyətlə biznesin birləşməsinin konkret nümunələridir. Andranik Manukyan isə vəzifəli şəxslə oliqarxlığı özündə birləşdirən adamdır. Hakimiyyətin yuxarı eşelonlarında baş verən bu cür proseslərə uyğun aşağı təbəqələrdə də hadisələr olur. Bütövlükdə cəmiyyət kriminallaşır.Ermənistanda oliqarxlar arasındakı "razborkalar" siyasi rəng alır. Ölkənin hər hansı regionunda iqtisadi əsasda yaranan intriqaya dərhal siyasi reaksiya verilir. Bu da Ermənistanın dövlət kimi formalaşmasının çox problemli olduğunu göstərir. Belə bir ölkədə sabit xarici siyasətdən danışmaq mümkün deyildir. Bunu son zamanlar Ermənistanın geosiyasi kursu ətrafında baş verən çəkişmələr də sübut edir.Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin İrəvana səfəri zamanı bəyan etmişdi ki, "Ermənistan Avrasiya ittifaqında öz yerini müəyyənləşdirməyə can atır". Buna yerli analitik və ekspertlər birmənalı reaksiya vermədilər. "İrs" partiyasından olan siyasətşünas Stepan Səfəryan bu fikirdədir ki, rəsmi İrəvan Avrasiya inteqrasiyasına görə Avropa kursuna zərər vurmamalıdır. Lakin ermənilər Rusiya ilə əməkdaşlığa hələ də çox diqqət yetirirlər. Onlar buna paralel olaraq Avropaya inteqrasiyanı həyata keçirmək istəyirlər.Moskva isə gözləmək istəmir. Ermənistan rəhbərliyinin qəti qərar verməsini tələb edir. Gömrük ittifaqına israrlı dəvət bununla bağlıdır. Ermənistandakı ekspertlər hesab edirlər ki, ölkə Gömrük ittifaqına daxil olsa, Avropa İttiqafı ilə analoji müqavilə imzalaya bilməyəcək. Bir sözlə, ermənilər Avropa İttifaqını Rusiyaya qurban vermək istəmirlər.Bəzi erməni siyasətşünaslar Rusiya tərəfdən Avrasiyaya inteqrasiyanın həm də Avropaya inteqrasiyaya yardım edəcəyi haqqında fikirlər səsləndirilməsini "ideoloji tələ" hesab edirlər. Məsələn, Saro Saroyan bu qənaətdədir ki, bu kimi fikirlər "yalnız əlavə inandırıcı arqumentlər" qismində söylənilir. Yəni Ermənistanı Avrasiya ittifaqına daxil edəndən sonra onun Avropa qapısını Moskva bağlayacaq.Bunlardan fərqli mövqe tutan siyasətşünaslar və analitiklər də var. Məsələn, MDB ölkələri institutunun Ermənistan filialının direktoru Aleksand Markarov bu mövzuda müzakirələrin yekunlaşmadığını söyləyib. Onun qənaətinə görə, Ermənistan Rusiya ilə iqtisadi inteqrasiyanı saxlayıb, Avropa istiqamətində əlaqələrini genişləndirə bilər. Almaniyanın Ermənistandakı keçmiş səfiri Hans Şmidt isə bu modelin mümkünsüz olduğunu açıq deyib.Hansı variantı təhlil etmələrindən asılı olmayaraq, kəskin ziddiyyətlər göz qabağındadır. Daxili iqtisadi və siyasi sıxıntılar içində çabalayan bu kiçik ölkə qonşu ölkələrin heç biri ilə səmimi ola bilmir.Ekspertlərin heç biri Ermənistana qonşu olan Gürcüstan, Azərbaycan, İran və Türkiyə ilə əlaqələri regional kontekstdə təhlil etmir. Hər birinin gözü ya Qərbdə, ya da Rusiyadadır. Çünki Ermənistan rəhbərləri tərəfdaş yox, havadar axtarırlar. Onlar tərəfdaş olmağı tarixən öyrənməyiblər. Müasir dünyada isə havadarlara dayanan geosiyasi model çökür. İndi dövlətlər regional və qlobal səviyyədə tərəfdaşlığa üstünlük verirlər.

Newtimes.az

Digər xəbərlər