PDF Oxu

Araşdırma

  • 5 762

Erməni mətbuatı nə yazır?

"Ayots aşxar": "Ermənistanda inflyasiya artımı müşahidə olunur"

Erməni mətbuatı nə yazır?

Ermənistanda iqtisadi böhran nəticəsində inflyasiya artımı müşahidə olunmaqdadır. Bu barədə ölkənin "Ayots aşxar" qəzeti yazır. Erməni qəzetinin yazdığına görə, bu tendensiya artan xətt üzrə inkişaf edir: "Təsadüfi deyil ki, iyun ayında inflyasiya 0,7% təşkil edirdisə, iyul ayında bu rəqəm 2,3%-ə, avqustda isə 2,5%-ə çatıb. Artıq qiymətlərin artımı tendensiyası da istisna edilmir. Artım iqtisadiyyatın bütün sahələrini əhatə edəcək".

"Çorrord inknişxanutyun": "Ermənistan 1 mart səhifəsini bağlamayıb"

Qəzetin yazdığına görə, Avropa Şurasının rəsmisi Herman Van Rompey Ermənistana etdiyi sonuncu səfərində ciddi bəyanatla çıxş edib. Belə ki, Rompeyin səfəri çərçivəsində ölkə parlamentarilərinin ona ünvanlanmış suallarına yerində cavab verməyə vaxtı olmadığına görə, o, fraksiyalardan olan deputatlara elektron poçt vasitəsilə cavab verib: " Rompey Ermənistan Milli Konqresinin, Ermənistan Respublikaçılar Partiyasının, "Çiçəklənən Ermənistan" Partiyasının və "Orinats Yerkir"in suallarını cabalandırıb. Ermənstan Milli Konqresinin rəsmisi Levon Zurabyanın məlum 1 mart hadisələri ilə bağlı sualına cavab verən Avropa Şurasının rəsmisi bildirib ki, Ermənistanda 1 mart səhifəsi hələ bağlanmayıb. Effektli araşdırmalar aparılmalı, günahkarlar tapılaraq cəzalandırılmalıdırlar".

"News.am" : " Macarıstanla diplomatik əlaqələrin kəsilməsi Ermənistana nəinki xeyir verəcək, hətta ziyanlı olacaq"

Ermənistan müxalifətinin deputatı, erməni milli konqresinin üzvü Qrant Baqratyan Macarıstanla diplomatik əlaqələrin kəsilməsini müsbət qarşılamayıb. Onun "News.am" saytına verdiyi açıqlamasından bəlli olub ki, verilmiş qərar tələsik olub: "Macarıstanla diplomatik əlaqələrin kəsilməsi qərarı çox tez qəbul olunmuş qərardır və bu Ermənistana nəinki xeyir verəcək, hətta ziyanlı olacaq".

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər