PDF Oxu

Araşdırma

  • 1 223

Ramil Səfərovun azadlığa çıxması Ermənistan hakimiyyətini təşvişə salıb

Bu, həm də Sarkisyan rejiminin məğlubiyyətidir

Ramil Səfərovun azadlığa çıxması Ermənistan hakimiyyətini təşvişə salıb

Milli Ordumuzun zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya olunması və zabitimizin ayağı Vətən torpağına dəyən kimi ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin onun əfv olunması barədə Sərəncam imzalaması xalqımızı, bütün türk dünyasının sevincinə səbəb olub.

Mehriban Abasquliyeva: "Bu gün Qafqazda sülh və sabitlik arzulayan istənilən ölkə və ya güc mərkəzi, məhz Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olmalıdır"

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva öz sevincini bizimlə bölüşərək bildirdi ki, bu gün Qafqazda sülh və sabitlik arzulayan istənilən ölkə və ya güc mərkəzi, məhz Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olmalıdır: "Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərov bayrağımızı təhqir etmiş Qurgen Markaryan adlı erməni zabitinin təxribatının qurbanı olmuşdu. R.Səfərov 8 il ildən çox idi ki, uğrunda canından keçməyə hazır olduğu vətəninin həsrətində idi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev R.Səfərovun bu həsrətinə son qoyaraq əfv olunması ilə bağlı Sərəncam verdi. Xalqımız çox böyük bir sevinc içindədir. Bu, ədalətin bərpasıdır. Dövlət başçımız İlham Əliyevin bu cəsarətli addımı onu göstərir ki, O, hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durur".

M.Abasquliyeva, onu da vurğuladı ki, Ramil Səfərovun ölkəmizə ekstradisiya olunaraq əfv olunması ilə barışa bilməyən ermənilər Yerevandakı Macarıstan Konsulluğunun qarşısında etiraz aksiyası keçiriblər: "Sual olunur: Bu hadisə ikili standart yeridən ölkələri və güc mərkəzlərini niyə narahat edir? Nə üçün özünü demokratiyanın qarantı, insan hüquq və azadlıqlarının ən ali təminatçısı hesab edən dövlətlər onlara sərf edən bütün məqamlarda demokratiyanı "unudur"lar? Nə üçün yüzlərlə azəri türkünü qanına qəltan etmiş qatil, quldur Serj Sarkisyanın əməllərinə göz yumulur? Cavab verməyə çalışanlara demək istərdik ki, dünya çapında quduz cani kimi tanınan terrorçu Monte Melkonyanı gətirib ermənilərin milli qəhrəmanı elan edəndə, həmin demokratiyadan danışanlar İrəvanı niyə yerinə oturtmadınız? Bu yerdə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə bir ovuc erməninin hüsn-rəğbətini qazanmaq istəyənlərə bir məqamı da xatırlatmaq istərdim: Bu gün Qafqazda sülh və sabitlik arzulayan istənilən ölkə və ya güc mərkəzləri, məhz Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olmalıdır. Çünki Azərbaycan xalqının ermənilərə qarşı gündən-günə aşıb-daşan nifrətini məhz Prezident İlham Əliyevin müdrikliyi nizamlayır.

Ramiz Şabanov: "Bu uğur Azərbaycanın dövlət başçısı İlham Əliyevin birmənalı dəstəyi olmasaydı, mümkün ola bilməzdi"

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Ramil Səfərovun azadlığa çıxmasının Ermənistan hakimiyyətini təşvişə saldığını real hadisə kimi qəbul etdiyini söyləyibdir: "Ramil Səfərovun azadlığa çıxması Azərbaycanın Ermənistan üzərində növbəti psixoloji qələbəsi idi. Bu uğur Azərbaycanın dövlət başçısı İlham Əliyevin birmənalı dəstəyi olmasaydı, mümkün ola bilməzdi. Uğurumuzla bərabər torpaqlarımız hələ də işğal altındadır. Ancaq çox yaxın zamanlarda Azərbaycan xalqı və Azərbaycan hakimiyyəti işğalçı Ermənistan üzərində növbəti qələbəsini də qazanacaq. Bunun üçün xalqımız cəmiyyətin bütün təbəqələrinin bir yerdə olması vacibdir. Vahid mövqedən çıxış etmək, diplomatiyanın gücünü artırmaq və Dağlıq Qarabağ münaqişəsinin həllində hakimiyyətə köməklik göstərmək hər bir partiyanın, hər bir vətəndaş cəmiyyəti təşkilatının və hər bir Azərbaycan insanının vətəndaşlıq borcudur. Bu qələbənin davamlı olacağına və bütünlükdə Qarabağın işğaldan azad olunacağına da əminik. İnanırıq ki, Azərbaycanın indiki gücü qarşısında bütün düşmənləri geri çəkiləcək, haqq səsimiz dünyada eşidiləcək. Söz yox ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə reallaşacaq qələbədə bir daha sübut olunacaq ki, Azərbaycan xalqı və dövləti güclü və məğlubedilməzdir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər