PDF Oxu

Araşdırma

  • 1 432

Senator Robert Menendezə açıq məktub

Senator Robert Menendezə açıq məktub

Cənab Menendez,

Macarıstanda həbsdə olan Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycana ekstradisiya edildikdən sonra region və beynəlxalq mətbuatda məsələ ilə bağlı müsbət və mənfi bir sıra fikirlər səsləndi. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Tommi Vietor Azərbaycan zabiti Ramil Səfərovun əfvinə münasibət bildirərək Barak Obamanın Macarıstandan Azərbaycana qayıdan Ramil Səfərovun əfvindən narahat olduğunu vurğulayıb: "Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabitini qətlə yetirdiyini etiraf edib və ömürlük həbs cəzası alıb. Biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına və barışığa yardıma xidmət etmir". Ağ ev nümayəndəsi bəyan edib ki, Birləşmiş Ştatlar Macarıstandan da izahat gözləyir.Əlbəttə ABŞ Prezidenti bu və yaxud digər məsələlərə münasibət bildirə bilər. Bu zaman beynəlxalaq münasibətlər sistemində ümumən qəbul edilmiş, ancaq iki qütblü dünyanın dağılmasından sonra bir xeyli korroziyaya uğramış beynəlxalq hüquq, siyasi mədəniyyət və ədalət anlayışı qaydalarına da əməl etməli idi. Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əfv edilməsinin Azərbaycan qanunları və beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyindən nə sizin, nə də Prezident Obamanın şübhəsi olmasın.Siz şəxsi internet səhifənizdə bu məsələyə münasibət bildirərkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qurqen Markaryanın ailəsindən üzr istəməsi, Səfərovun ömürlük həbs cəzasını çəkməsi üçün Macarıstana geri verilməsi gərəkdiyini ifadə etmişsiniz.Senator olmağınıza baxmayaraq, nə beynəlxalq hüquq qaydalarını bilirsiniz, nə də suveren bir ölkənin konstitusiyasına hörmət edəcək qədər əxlaqlı bir davranış sərgiləməmisiniz. Sizin üçün əhəmiyyətli olan senator seçkilərində Nyu Cersi ştatında yaşayan erməni əsilli seçicilərin səslərini toplamaqdır. Ermənilərin diaspor quruluşları vasitəsilə maliyyə imkanlarınızı genişləndirmək ehtirası gözlərinizi o qədər örtüb ki, hədəyan danışmaqdan belə özünüzü saxlaya bilmirsiniz. Sizdən daha məntiqli bir bəyanat gözləyərdim ancaq təəssüflər olsun ki, öz gözünüzdə tiri görmədən başqasının gözündə tük axtarırsınız.

Belə ki;

-Babalarınızın yerli qızıldərililəri kütləvi şəkildə öldürdükləri üçün sizin yerli xalqın son nümayəndələrindən;

-Afrikadan gətirdiyiniz və kölələşdirdiyiniz, heyvan kimi davrandığınız insanların varislərindən;-XX əsrin 70-ci illərinə qədər Afrika əsilli insanlara qarşı aparteid siyasəti həyata keçirərək onların insan hüquq və azadlıqlarını ciddi şəkildə pozduğunuz üçün;

-İkinci Dünya Müharibəsi bitdiyi ərəfədə 6 Avqust 1945-ci ildə Xirosimaya, 9 Avqust 1945-ci ildə Naqasakiyə atdığınız atom bombaları nəticəsində 100 min yaponiyalı mülkü vətəndaşı öldürdüyünüz və yüz minlərlə insanı şikəst qoyduğunuz üçün;

-Vyetnam müharibəsində 1962-1971-ci illər arasında mülkü insanları qətl etdiyiniz, onlara qarşı 80 milyon litr kimyəvi dioksin qazından (dəmir çəlləklərdəki zəhərli qazın etiketinin rənginə görə bu zəhərli qaza portağal qazı da deyirsiniz) istifadə edərək 5 milyon vyetnamlını öldürdüyünüz, milyonlarla insanı şikəst buraxdığınız üçün;

-Koreya xalqını iki yerə bölərək, bir-birinə düşmən etdiyiniz və bu düşmənçiliyin davam etməsi siyasətini həyata keçirdiyiniz üçün;

-Amerikanın İraqın enerji mənbələrinə sahib olması üçün bu ölkəni işğal edib milyonlarla insanı öldürdüyünüz üçün;

-11 sentyabr hadisəsindən sonra Əfqanıstanı işğal edərək yüz minlərlə insanı öldürdüyünüz üçün;

-İraq və Əfqanıstanda sizin iddia etdiyiniz kimi nöqtə vuruşlu silahlarla silahlı hədəfləri deyil, mülki insanları öldürdüyünüz üçün;

-"sülhməramlı" əsgərlərinizin İraq və Əfqanıstanda sivil insanları öldürüb, onların cəsədlərini təhqir edərək uşaqları və nəvələri üçün xatirə şəkilləri çəkdirdiklərinə görə onları cəzalandırmadığınız üçün;

-Liviyada hakimiyyəti devirərək və Suriyada devirməyə cəhd edərək regionda xaos yaratdığınız üçün;

-beynəlxalq terrorizmə müharibə elan edərkən öz dövlətinizdəki erməni terrorçuları vaxtından əvvəl əfv etdiyiniz üçün;

-Xocalı soyqırımını törədən Ermənistan Prezidentləri Robert Köçəryan və Serj Sərkisyanı ittiham etmədiyiniz üçün;

Cənab Menendez,

Sizin və Amerika dövlətinin sadəcə bu qurbanlardan deyil, ümumən bəşəriyyətdən üzr istəməniz gərəkməzmi?

Hörmətlə,

Dr. Hatəm Cabbarlı

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

newtimws.az

Digər xəbərlər