PDF Oxu

Araşdırma

  • 1 258

Müsəlmanların etirazları artır

Müsəlmanların etirazları artır

Məhəmməd Peyğəmbərin təhqir olunmasını əks etdirən sənədli filmə etirazlar genişlənir. İndi Əfqanıstan, Sudan, Bəhreyn, Əlcəzair, Tunis və Misirdən rəsmi etirazlar eşidilir. Müsəlman dövləti başçıları da filmi qınayırlar.Əfqanıstan prezidenti Həmid Kərzayi həmin film haqqında "şeytanca bir əməl" ifadəsini işlədib. O, filmin qadağan edilməsi tələbini irəli sürüb. H.Kərzayi Norveçə nəzərdə tutulan səfərini də təxirə salıb.Sudan Xarici İşlər Nazirliyi Qərb dövlətlərinin filmə dəstək verməməsini istəyib. İslamı təhqir edənlərin cəzasız qalmayacağını bəyan edib. Bəhreyn Xarici İşlər Nazirliyi də bəyanatında "filmin nümayişinin dərhal dayandırılması tələbini ifadə edib. Əlcəzair isə filmi təxribat kimi qiymətləndirib. Misir rəsmiləri xalqı cümə günü məscidlərə toplaşaraq etirazlarını bildirməyə çağırıb.Floridada fəaliyyət göstərən kilsənin keşişi Terri Consun təşəbbüsü ilə çəkilən "Müsəlmanların Peyğəmbəri-Məhəmməd" adlı filmi ABŞ televiziyaları nümayiş etdirməkdən imtina ediblər. Bundan sonra T.Cons filmi internet vasitəsi ilə yayımlamağa nail olub.Xatırladaq ki, keşiş T.Cons müsəlmanlara qarşı olduqca aqressiv mövqeyi ilə məşhurlaşıb. O, 2010-cu ildə də müqəddəs Qurani-Kərimi və Məhəmməd Peyğəmbərin şəklini yandırmaqla dinlərarası münaqişəyə səbəb olub.

newtimes.az

Digər xəbərlər