PDF Oxu

Araşdırma

  • 1 710

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən

TARİXİ XƏYANƏTİN ƏLİ KƏRİMOV "SİMASI"

(Əvvəli ötən sayımızda)

Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərlərinin müəmmalı şəraitdə həyatlarını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi.

Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.

Əli Kərimlinin daha bir məqsədi fəaliyyətində ona mane ola biləcək istənilən "cəbhəçini" kənarlaşdırmaq, onun yerinə isə özünə yaxın ola biləcək və xəyanət törətməkdə çətinlik çəkməyən şəxsləri təyin etməkdən ibarət olub. Lakin "Yurd" şefinin cəhdlərinə baxmayaraq, partiya, hələ ki, müəyyən qurultaylarını, toplantı və sessiyalarını keçirməyi bacarırdı. Amma buna rəğmən, Ə.Kərimlinin problem yaratmaq cəhdləri də ara vermirdi. Buna misal kimi, partiyanın Ali Məclisinin 30 aprel 1994-cü ildə yarımçıq qalmış iclasını, eyni zamanda, AM-nin 11 iyun 1994-cü ildə yarımçıq qalmış iclasın davamını və orada baş verən hadisələri xatırlatmaq mümkündür. AXC-AXCP Ali Məclisinin reqlamentlərində yaradılan problemlərdən biri də məhz 11.06.1994-cü il iclasında AM reqlamentində dəyişikliklə müşahidə olunub. "Yurd"çular Ə.Kərimlinin planı əsasında keçirilən iclasın davamında reqlamentdə seçki qaydasını dəyişdirərək, bir seçkini iki müxtəlif qayda ilə keçirməyə nail olmağa cəhd göstərdilər. Ali Məclisin digər üzvləri AXCP sədrinin və Ali Məclisin Rəyasət Heyətinin birgə təqdimatına əsasən Ali Məclisin qurultayqabağı sonuncu iclasında seçilir. Bu məsələyə dair səsvermədə yalnız şöbələrin səlahiyyətli nümayəndələri olan Ali Məclis üzvləri iştirak edirlər. Ali Məclisin digər üzvləri AXCP sədrinin və Ali Məclisin Rəyasət Heyətinin birgə təqdimatına əsasən Ali Məclisin qurultayqabağı sonuncu iclasında seçilir. Bu məsələyə dair səsvermədə yalnız şöbələrin səlahiyyətli nümayəndələri olan Ali Məclis üzvləri iştirak edirlər.

Qurultaylararası müddətdə Ali Məclisin 1/3 tərkibinə təqdimatın partiya sədri ilə birlikdə Rəyasət Heyəti tərəfindən verilməsi də həmin cəhdlərin reallaşdırılması ilə nəticəsini tapdı:

Maddə I.5. b) Ali Məclisin digər üzvlərinin səlahiyyətlərinə xitam verildikdə, boş olan yerlərə AXCP sədrinin və Ali Məclisin Rəyasət Heyətinin birgə təqdimatına əsasən Ali Məclisin qərarı ilə seçilir. Bu zaman səsvermədə Ali Məclisin bütün üzvləri iştirak edir.

Digər problemlər və xəyanətlər bahasına əldə edilmiş "nailiyyətlər"

- Qurultaylararası müddətdə rayon (şəhər) şöbələrindən seçilmiş Ali Məclis üzvlərinin səlahiyyətlərinin Ali Məclis tərəfindən təsdiqi ilə (təsdiqə Rəyasət Heyəti təfindən tövsiyə verilməsi və təsdiqin özünün yaratdığı) yaradılan problemlər:

Maddə I.6: Şöbələrdən seçilmiş yeni Ali Məclis üzvlərinin səlahiyyətləri AXCP Təşkilat Şöbəsinin təqdimatı əsasında və AXCP NTK-nın rəyi nəzərə alınmaqla Ali Məclisin Rəyasət Heyətinin tövsiyəsi ilə Ali Məclis tərəfindən təsdiq edilir.

- Ali Məclis üzvünün səlahiyyətlərinə xitam verilməsi ilə yaradılan problemlər:

Maddə I.9: Ali Məclis üzvünün səlahiyyətlərinə xitam verilməsi Ali Məclisin qərarı ilə rəsmiləşdirilir.

- Növbədənkənar iclasların çağırılması ilə bağlı yaradılan problemlər:

Maddə II.4: Rəyasət Heyəti növbədənkənar iclasının çağırılması haqqında təklif aldığı vaxtdan etibarən 48 saat müddətinə aşağıdakı qərarlardan birini qəbul edir:

a) 5 gündən gec olmayaraq növbədənkənar iclasın çağırılması haqqında;

b) təklif edilən məsələnin Rəyasət Heyətində həll edilməsi haqqında; həmin məsələyə baxılmasının nəticələri haqqında növbədənkənar iclasın təşəbbüsçülərinə xəbər verilir. Onlar bu qərarla razılaşmayıb, iclasın çağırılmasını israr etdikdə, Rəyasət Heyəti növbədənkənar iclasın üç gündən gec olmayaraq çağırılması haqqında qərar qəbul etməlidir.

- Rəyasət Heyətinin Ali Məclisin bütün səlahiyyətlərini yerinə yetirməsi ilə bağlı yaradılan (Ali Məclisin bütün səlahiyyətlərini yerinə yetirməsi, Ali Məclisin qərarlarının partiyanın bütün strukturlarında icrasına nəzarət etməsi, Ali Məclisin fəaliyyəti ilə bağlı digər məsələləri həll etməsi) problemlər: Maddə IV.4. Ali Məclisin Rəyasət Heyəti:

c) Ali Məclisin qərarlarının partiyanın bütün strukturlarında icrasına nəzarət edir.

- Rəyasət Heyəti özünün qəbul etdiyi reqlament əsasında fəaliyyət göstərməsi ilə yaradılan problemlər:

II. 5.Rəyasət Heyəti özünün qəbul etdiyi reqlament əsasında fəaliyyət göstərir.

IV.AXCP Ali Məclisi Rəyasət Heyətinin reqlamentində (26.06.1996) yaradılan problemlər:

I. 4. Rəyasət Heyətinin işinə AXCP Ali Məclisinin sədri və AXCP sədrinin birinci müavini rəhbərlik edir.

II. 2. Rəyasət Heyətinin növbədənkənar iclasları AXCP sədri, onun birinci müavini, Ali Məclisin sədri,AXCP NTK və Rəyasət Heyəti üzvlərinin üçdə birinin tələbi ilə 48 saat müddətində çağırılır.

11.3. Rəyasət Heyətinin iclasları bir qayda olaraq qapalı keçirilir. Rəyasət Heyətinin qərarı ilə açıq iclaslar keçirilə bilər.

11.4. Rəyasət Heyətinin iclaslarında AXCP Ali Məclisinin sədri və ya AXCP sədrinin birinci müavini, onlar olmadıqda isə Rəyasət Heyətinin üzvlərindən biri sədrlik edir.

II.6. Rəyasət Heyəti üzvlərinin iclasda iştirakı məcburidir. İclasda iştirak edə bilməyən RH-in üzvü bu barədə AXCP Ali Məclisinin sədrinə, AXCP sədrinin birinci müavininə və ya Ali Məclisin katibinə qabaqcadan məlumat verməlidir.

II.8. Rəyasət Heyətinin iclaslarında AXCP sədri, AXCP NTK sədri, dəvət olunduqda isə, həmçinin, digər şəxslər də iştirak edə bilər.

II. 16. Çıxış etmək istəyənlərə müraciət etmə ardıcıllığına görə söz verilir. AXCP sədri, onun birinci müavini, Ali Məclisinin sədri istənilən zaman söz ala bilərlər.

III. 3. RH-nin ayrıca sənəd formasında tərtib olunmuş qərarı AXCP Ali Məclisinin sədri, o, iştirak etmədikdə isə iclasa sədrlik edən tərəfindən imzalanır və iclasın protokoluna əlavə edilir.

III. 4. Rəyasət Heyətinin iclasları arasındakı dövrdə ayrı-ayrı qərarlar Rəyasət Heyəti üzvləri arasında sorğu keçirmək yolu ilə də qəbul edilə bilər.

111.5. Rəyasət Heyətinin istənilən üzvü sorğu yolu ilə qərar qəbul olunması haqqında təklif verə bilər və uyğun qərar layihəsi təqdim edə bilər.

111.6. Sorğu yolu ilə qərar qəbul edilməsi haqqında təklif (qərar layihəsi) Rəyasət Heyətinin rəhbərliyinə təqdim olunur və RH rəhbərliyi sorğunun keçirilməsini təşkil edir.

III.7. Sorğu nəticəsində Rəyasət Heyəti üzvlərinin ümumi sayının yarıdan çoxu təqdim olunmuş layihəyə tərəfdar çıxarsa, Rəyasət Heyətinin qərarı qəbul edilmiş sayılır.

III. 10. Rəyasət Heyətinin qərarının icrası partiyanın bütün təşkilatları, orqanları (NTK istisna olmaqla) vəzifəli şəxsləri və üzvləri üçün məcburidir.

IV. 1.Rəyasət Heyətinin üzvü AXCP-nin, onun bütün təşkilatlarının və orqanlarının tədbirlərində (o cümlədən, qapalı iclaslarında) iştirak edə bilər.

IV. Rəyasət Heyətinin iclaslarının keçirilməsi üçün zəruri şəraiti AXCP sədrinin birinci müavini və Ali Məclisin sədri təmin edir.

AM RH-yə rəhbərlik edən AXCP Sədrinin birinci müavini paralel olaraq Sədr Aparatına rəhbərlik etməsi ilə yaranan problemlər:

II.1.Aparata AXCP sədrinin birinci müavini rəhbərlik edir.

11.3. Aparatın işinə rəhbərliyi və onun planlaşdırılmasını həyata keçirir.

11.4. Aparatla AXCP Ali Məclisi, onun Rəyasət Heyəti və AXCP NTK-nın qarşılıqlı fəaliyyətini əlaqələndirir.

11.6. AXCP sədrinin göstərişi ilə sərəncam, əmr və digər sənədlərin layihələrinin hazırlanmasını təşkil edir, müvafiq qaydada onlara viza qoyur və imzalamaq üçün təqdim edir.

11.7. Aparatın şöbələrinin bölmə rəhbərlərini və əməkdaşlarını aidiyyətli müavinlərlə razılaşdıraraq təyin və azad edir.

11.8. Hüquq şöbəsi, ümumi şöbə, mətbuat xidməti və işlər idarəsinin işinə bilavasitə rəhbərliyi həyata keçirir.

11.9. Aparatın işçilərinin daxili əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edir.

AXCP rayon (şəhər) şöbələrinin konfranslarının hazırlanması və keçirilməsi qaydaları haqqında Təlimatla (05.03.1997) yaradılan problemlər:

- Bu təlimatla Rəyasət Heyəti Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin, rayon (şəhər) şöbələri Məclisləri və Konfranslarının və AXCP Təşkilat şöbəsinin səlahiyyətlərini mənimsəmiş, AXCP Nəzarət-Təftiş Komitəsini kənarda saxlamaqla təşkilat işləri ilə əlaqədar kütləvi problemlər yaratmışdır:

11. Rayon (şəhər) şöbəsindəki bütün dayaq dəstələrində yığıncaqlar keçirildikdən sonra Təşkilat Komitəsi görülən işlər və konfransa hazırlığın vəziyyəti haqqında şöbə Məclisinə yazılı hesabat verir. Həmin hesabat əsasında Məclis konfransın keçirilmə vaxtı və yerini Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi (qurultaylararası dövrlərdə isə Ali Məclisin Rəyasət Heyəti) ilə razılaşdırmaqla müəyyən edir.

VIII. AXCP Ali Məclisinin Nizamnamə pozuntusu ilə qəbul etdiyi və məqsədyönlü olaraq təşkilat daxilində problem yaratmaq məqsədi daşıyan qərarları:

27 yanvar 1996-cı il qərarları - 004-AXCP Ali Məclisinin tərkibinə yeni üzvlərin seçilməsi haqqında

AXCP Ali Məclisi AXCP Nizamnaməsinin VI.6 bəndinə müvafiq olaraq qərara alır: Əli Əmirhüseyin oğlu Kərimov, Mirmahmud Mirəli oğlu Fəttayev, Arif Fəxrəddin oğlu Paşayev, Asim Nazim oğlu Mollazadə, Kamil Nəriman oğlu Vəliyev AXCP Ali Məclisinin üzvü seçilsinlər.

008-AXCP Ali Məclisi Rəyasət Heyətinin tərkibi haqqında AXCP Ali Məclisi qərara alır:

Müəyyən edilsin ki, AXCP Ali Məclisi Rəyasət Heyətinin fərdi tərkibinə Ali Məclisin sədri, AXCP sədrinin müavinləri, Ali Məclis sədrinin müavinləri, Ali Məclisin katibi və Ali Məclisin tərkibindən gizli səsvermə ilə seçilən 6 üzv daxildir.

010-AXCP Ali Məclisi Rəyasət Heyətinin seçilməsi haqqında AXCP Ali Məclisi qərara alır:

AXCP Ali Məclisi Rəyasət Heyəti aşağıdakı tərkibdə seçilsin: Qulamhüseyn Surxay oğlu Əliyev, Əli Əmirhüseyn oğlu Kərimov, Mirmahmud Mirəli oğlu Fəttayev, Arif Fəxrəddin oğlu Paşayev, Asim Nazim oğlu Mollazadə, Nəriman Qasım oğlu Qasımzadə, Zəlimxan Adil oğlu Məmmədov, Novella Cəfər qızı Cəfərova, Məşədi Vaqif Bayram oğlu Pənahov, Akif Qədir oğlu İslamzadə, Qüdrət Müzəffər oğlu Həsənquliyev, Hüseynbala Məhəmmədəli oğlu Səlimov, Həsən Hüseyn oğlu Kərimov, Əliməmməd Mali oğlu Nuriyev, Cəmil Poladxan oğlu Həsənov.

012-AXCP Gəncə şəhər şöbəsində vəziyyət haqqında AXCP Ali Məclisi qərara alır:

2. AXCP Gəncə şəhər şöbəsində vəziyyəti nizama salmaq üçün şöbənin konfransının keçirilməsi məqsədəuyğun sayılsın.

3. Ali Məclisin Rəyasət Heyətinə tapşırılsın ki, AXCP Gəncə şəhər şöbəsinin konfransının keçirilməsini təşkil etmək üçün təşkilat komitəsinin tərkibini bir həftə müddətinə təsdiq etsin və zəruri olan digər tədbirlər görsün.

12 aprel 1997-ci il qərarı:

AXCP üzvlüyünə qəbulun bəzi qaydaları haqqında AXCP Ali Məclisi qərara alır:

Müəyyən edilsin ki, respublika miqyasında tanınan, məsul vəzifə tutmuş və tutan şəxslər yalnız AXCP ali orqanlarının razılığı ilə AXCP üzvlüyünə qəbul edilə bilər.

Haqlı ittihamlara qarşı "Yurd"un 21 sentyabr 1997-ci il qərarı:

- Bir qrup AXCP üzvünün həmin müraciətində Ali Məclisin Rəyasət Heyətinə ünvanlanmış ittihamlar əsassız hesab edilsin;

- Ali Məclisin sessiyaları arasındakı dövrdə partiyanın rəhbər orqanı kimi Rəyasət Heyətinin (RH) AXCP Nizamnaməsinə tamamilə uyğun fəaliyyət göstərdiyi qeyd edilsin və RH-nın fəaliyyəti bəyənilsin;

- Partiyanın növbəti qurultayı və AXCP sədri Elçibəyin Bakıya qayıdışı ərəfəsində bir qrup AXCP üzvünün göstərilən müraciəti bəzi qüvvələrin aparmaq istədiyi pozuculuq fəaliyyətinə rəvac verməyə, partiyanı və onun rəhbərliyini qəsdən nüfuzdan salmağa, təşkilatın strukturlarını dağıtmağa yönəldilən qərəzli cəhdlər kimi qiymətləndirilsin; Partiyanın Nizamnamə strukturlarına ultimatum şəkilli müraciətlə hər hansı qərarların ləğvinin tələb olunmasının yolverilməzliyi qeyd edilsin və belə hərəkətlər AXCP Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirilsin; bir qrup AXCP üzvünün müraciəti ilə bağlı məsələnin və bu qərarın partiya strukturlarının və ayrı- ayrı AXCP üzvlərinin müzakirəsi və bu məsələlərlə bağlı partiyadaxili diskussiyalar məqsədəuyğun hesab edilməsin.

Göründütü kimi, artıq bütün rıçaqlar Ə.Kərimlinin AXCP-də aparılan struktur dəyişiklikləri nəticəsində "Yurd" qruplaşmasının əlinə keçmişdi. Artıq Elçibəyin partiya sədrliyindən hansı üsulla kənarlaşdırılması palanı üzərində baş sındırılırdı.

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər