"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən
Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərləri müəmmalı şəraitdə həyatını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi.
Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.
(Əvvəli ötən sayımızda)
"Yurd" şefi Elçibəyin razılığı olmadan iclaslar keçirir, süni yoxlmalar aparırdı
"Yurd" şefi Əli Kərimovun Elçibəyə qarşı xəyanətləri sırasında daha bir saxtakarlıq dayanmışdı ki, bu da özünə yaxın şəxslərin "cəbhəyə" müəyyən razılaşmalar və sövdələşmələr sayəsində yazılması ilə bağlıdır. Belə ki, AXC-in nizamnaməsində göstərlimişdir ki, partiya ayda bir dəfə iclas keçirə bilər. Ancaq bəlli idi ki, iclaslar aylarla keçirilmirdi. Lakin buna baxmayaraq, Ə.Kərimov "Yurd" qruplaşmasının iclaslarını bir ay ərzində dörd dəfə keçirmişdir. Daha dəqiq desək, Elçibəyin razılığı olmadan iclaslar keçirən Ə.Kərimov özünə yaxın olan 26 nəfəri "cəbhəyə" üzv seçdirmiş, sonradan onların adlarını "Yurd"un dayaq dəstələrinə yazdırmışdır.
Başqa tərəfdən, Ə.Kərimov mənimsədiyi Rəyasət Heyəti tərəfindən komissiyalar təşkil edilərək çoxsaylı yoxlamalar təşkil edir, bununla da, sübut etməyə çalışırdı ki, onun imtiyazları sədr Əbülfəz Elçibəyin imtiyazlarından daha artıqdır. Ona qrşı çıxanlara isə "Yurd"un əlində olan qadınlar cavab verirdilər. Belə ki, rayon şöbələrində aparılan belə yoxlamaların birində bir qrup qadın tərəfindən "Yurd" şefinin tapşırığı ilə qarşıdurma yaradılmasına cəhd olunmuşdu.
"Bəy, töhmətlə başını yaxşı qurtardın"
Belə faktlardan biri də Daşkəsəndə baş verib. Belə ki, rayonda yaranacaq AXCP rayon şöbəsinin formalaşmasının qarşısını almaq məqsədi ilə Rəyasət Heyətində təşkilat komitəsinin yaradılmasına imkan verməmək üçün Əli Kərimovun rəhbərliyi və Əliməmməd Nuriyevin təşkilatçılığı ilə RH-nin iclasına saxta sənədlərlə "saxta adamlar" gətirilərək təşkilat komitəsinin yaradılmasının qarşısı alınır.
Bu kimi amillər təbii ki, "Yurd"un Elçibəy tərəfdarlarının təşkilatlanmasının qarşısını almaq üçün istifadə etdikləri üsul kimi anlaşılır. Onu da qeyd edək ki, bu saxtakarlığı üzə çıxaran köhnə "cəbhəçi", Elçibəyə yaxınlığı ilə seçilən Bəybala Əbil baş verənlərlə bağlı Rəyasət Heyətinin hər bir üzvünə saxtalığı sübut olunmuş sənədlər təqdim olunmaqla yazılı "müraciət" etmişdi. Bu məsələ ilə əlaqədar B.Əbilə Ə.Kərimovun sifarişi əsasında Rəyasət Heyəti tərəfindən töhmət verilmişdir. B.Əbilin RH-nin "yurdçu" üzvü İbrahim Vəliyevdən "müraciət"ə münasibətini soruşduqda o, "Bəy, töhmətlə başını yaxşı qurtardın" deyə iztehzalı "təsəlli" vermişdi.
Mirmahmud Fəttayev Elçibəyə hansı arayışı təqdim edib?
Baş verənlərlə əlaqədar AXCP sədrinin təşkilat məsələləri üzrə müavini Mirmahmud Fəttayev "cəbhə" sədri Elçibəyə arayış təqdim edib. Arayışın mətni belədir:"Rəyasət Heyətinə təqdim olunan müraciət və onun ortaya çıxması ilə bağlı baş verənləri nəzərinizə çatdırıram:
24 yanvar- AXCP təşkilat şöbəsinin müdir əvəzi Bəybala Əbil Rəyasət Heyətinə Daşkəsən və Samux rayonları üzrə yaradılacaq Təşkilat Komitələri ilə bağlı təqdimatlar verir. Təqdimatlara baxılmır, saxlanılır növbəti (31 yanvar) iclasa.
31 yanvar- Rəyasət Heyətinin növbəti iclasına Gəncədən "daşkəsənli İfaləddin" adından gəncəli Miraləm gətirilərək RH aldadılır.
31 yanvar- Yunis Nuriyev əvvəldən mənə göndərdiyi, lakin mənə çatmayan AXCP-dən çıxarılmağı haqqında məktubunu şəxsən təqdim edir.
31 yanvar- RH-nin iclasından sonra Bəybala bəy tərəfindən "İfaləddin-Miraləm" saxtakarlığının üstü açılır.
02 fevral- tarixli, saxtakarlıqlarla bağlı sənədlər toplusu ilə Bəybala bəy sizə və mənə məlumat verir və AXCP Nəzarət-Təftiş Komissiyasına müraciət edir.
07 fevral- Bəybala bəy RH-nin hər bir üzvünə saxtakarlıqla bağlı sənədlər toplusu təqdim edir. Lakin Rəyasət Heyəti məsələni növbəti iclasa (14 fevral) saxlayır.
14 fevral (!)- Bəybala bəyin Ali Məclisdə təmsil etdiyi Qaradağ rayon şöbəsindən Rəyasət Heyətinə şikayət daxil olur, (şöbə sədri Məhəbbət Qurbanovun verdiyi məlumata görə, şikayətin təşkilatçıları imza toplayarkən, deyirmişlər ki, 14 fevrala kimi ərizə RH-ə təqdim etməlidir...).
.. .Müraciətdə "Rayon şöbəsində göstərilən neqativ hallar araşdırılıb yoluna qoyulmazsa, onda "Nizamnamə"nin bizə əsas verdiyi ikinci rayon şöbəsinin yaradılmasına cəhd edəcəyik"- məsələsinin ultimativ şəkildə qoyulmasını nəzərə alaraq xüsusi müzakirə predmeti hesab edirəm".
Yəni buradan da aydın olur ki, "Yurd" şefi şəxsi maraqlarının təmin edilməsi istiqamətində artıq, Elçibəylə ultimativ dillə danışmağa başlamışdı. Ona qarşı çıxanlar isə müxtəlif yollarla vurulurdular.
Növbəti saxtakarlıqlar və növbəti faktlar - "Yurd" AXCP şöbələrinin dağıdılaraq zəifləməsi üçün iki istiqamətdə iş aparıb
Belə ki, Ə.Kərimovun quraşdırdığı plana əsasən, AXC daxilində olan güclər məhz AXC-nin özünə qarşı çevirilirdi. Bu məqsədlə şöbələr içərisində davamlı qarşıdurmalar yaratmaqla təşkilat əsas hədəfindən yayındırılırdı. Elçibəy tərəfdarlarına qarşı saxtakarlıq terroru aparılırdı. Köhnə şineldən çıxanlar sıradan çıxarılaraq, əvəzində təşkilatda və cəmiyyətdə nüfuzu olmayan və daha çox pis imiclə tanınan adamlar AXCP-yə cəlb edilirdi. Bu iş müəyyən müddətdən sonra bəzi şöbələrin dağılaraq formal şöbələrə çevrilməsinə şərait yaratdı. Kərimov Əlinin Bakıya dönməsi (1994, mayın axırı) ilə artıq şöbələrdə qarşıdurmaların yaranması, "Azadlıq" qəzetinin AXC-yə və Elçibəyə qarşı kampaniyasının genişlənməsi, kütləvi tədbirlərin səngiməsi prosesi baş verdi. Ə.Kərimov Bakıya qayıtdıqdan sonra iştirak etdiyi və həbs olunduğu yeganə mitinq ilə (10 sentyabr 1994), kütləvi tədbirlərə son qoyuldu, Elçibəy Bakıya dönənə kimi.
Və beləliklə, uzun illər ərzində mərkəzi orqanlara edilən çoxsaylı şikayətlərin, rayon (şəhər) şöbələrinin arayışlarının, sənədlərin araşdırılması göstərdi ki, "Yurd"un rayon (şəhər) şöbələrində apardığı pozuculuq işləri aşağıdakı istiqamətlərdə olmuşdur:
-dayaq dəstələrinin yaradılmasına müxtəlif vasitələrlə maneçilik göstərmək;
-mövcud dayaq dəstələrini buraxmaq;
-"Yurd"un istəyini yerinə yetirməyən cəbhəçiləri tutduğu vəzifədən, partiya sıralarından uzaqlaşdırmaq, hədələmək, döydürmək;
-rayon şöbələri (konfrans, məclis və s.) səlahiyyətlərinə müdaxilə edərək onların normal fəaliyyətlərinə mane olmaq;
-rayon şöbəsinin konfransının və məclisinin qərarlarına əhəmiyyət verməmək;
-rayon şöbələrini aylarla RH-nin və onun yaratdığı müxtəlif komissiyaların təzyiqləri altında saxlamaq, şöbəni buraxmaqla hədələmək;
-RH-nin təhriki ilə rayon şöbələrini saxtakarlığa (saxta dayaq dəstələri "yaratmaq"a və saxta siyahılar tərtib etməyə) məcbur etmək;
-şöbələrin bərpasına mane olmaq;
-süni şikayətlər ("zəhmətkeş məktubları") təşkil etmək;
-AXCP sədri Elçibəyin tapşırıq və sərəncamlarını, AM-in, şöbə məclislərinin qərarlarını yerinə yetirməmək və AXCP NTK-nın rəy və tövsiyələrini nəzərə almamaq;
-yerli hakimiyyət orqanları ilə işbirliyi yaratmaq;
-Elçibəyin əleyhinə təbliğat aparmaq;
-"Yurd"çu olmayan AXCP üzvlərinə qarşı "mühafizəkar", "qaraguruh", "səriştəsiz" və s. təbliğatı aparmaq;
-AXC-AXCP-nin bazasından "Yurd" yönümlü təşkilatlar yaratmaq, seçkilərdən müxtəlif çirkin məqsədlə istifadə etmək;
-Təşkilatı parçalamaq üçün hər cür cəhdlər göstərmək.
Nəticədə, demək olar ki, "Yurd" şefinin bir çox maraqları təmin olunmağa başlasa da, ilk növbədə, Elçibəyin fiziki olaraq sıradan çıxarılması planı, hələ ki, reallaşmamışdı. Ancaq buna da Ə.Kərimovun vaxtı var idi. Çünki AXCP, hələ ki, tamamilə parçalanmamışdı...
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU