PDF Oxu

Araşdırma

  • 1 776

Müxalifətin manipulyasiya cəhdi

Qanunazidd hərəkətlər Azərbaycanda həyata keçirilən uğurlu siyasətin üzərinə kölgə salmaq gücündə deyil

Müxalifətin manipulyasiya cəhdi

Bu gün ölkədə aparılan uğurlu, məqsədyönlü siyasət bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı daim, məhz bu iqtidara, bu uğurlara və müvəffəqiyyətlərə araxalanaraq, ona etibar edir və dəstəkləyir. Çünki iqtidar hər zaman xalqın ən ümdə maraqlarını əsas tutaraq öz siyasətində qətiyyətli mövqe sərgiləmiş, xalq məfhumuna həssalıqla yanaşmış, xalqa və dövlətçiliyə problem yarada biləcək istənilən neqativ olayın qarşısı dərhal alınmışdır.

Lakin bütün bunlara rəğmən, qeyd edilən uğurlara kölgə salmağa cəhd edən destruktiv qüvvələr də mövcud olmuşdur ki, onlar baş verən istənilən hadisədən yalnız öz maraqlarının təminatı üçün istifadə etməyə səy göstərmişlər. Söz yox ki, Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasət fürsətcil, sui-istifadəçi, şəxsi maraqlarını ali insani dəyərlərə qurban verən, özlərini "ənənəvi müxalifət" adlandıran qüvvələrin mənfur siyasi maraqlarına cavab vermir. Həmçinin, buraya dağıdıcı müxalifət dairələrinə məxsus yazılı mətbuatın - "Azadlıq", "Yeni Müsavat" qəzetlərinin, qəzetlərə aid informasiya agentliklərinin canfəşanlıqlarını və onlara bilavasitə göstərişlər verən partiya "liderləri"nin göstərişlərini də əlavə etmək mümkündür. Məhz Gülər Əhmədova və "ABU"-nun keçmiş rektoru Elşad Abdullayevlə bağlı üzə çıxmış videogörüntülərdən sonra, müxalifət yetkililərinin mətbuata çıxaraq, siyasi dividend axtarışlarına əl atmaları, fürsətcil "siyasətləri" ilə itirililmiş sosial bazalarını bərpa etmək cəhdləri də bu sıradandır.

Bütün bunlarla yanaşı, G.Əhmədovanın video-materialından sonra özlərini ənənəvi müxalifətin liderləri adlandıran siyasi fırıldaqçıların parlamentin legitimliyinə dair qeyri-ciddi baxışları da özündə heç bir həqiqəti əks etdirmir. Çünki həmin dairələr və onun nəzarətində olan mətbuat orqanları məlum video-materialdan hakimiyyətə və onun aparıcı simalarına qarşı istifadə etməyə çalışırlar. AXCP sədri Ə.Kərimli tərəfindən bilavasitə idarə olunan "Azadlıq" qəzeti məhz onun tapşırığı ilə sözügedən video-materialı, həm də yüksək vəzifəli şəxslərə qarşı yönəldərək, qərəzli və absurd iddialarla çıxış edir. Buna misal kimi daha bir faktı qeyd etmək mümkündür. Belə ki, əvvəlcə guya G.Əhmədovanın E.Abdullayevdən rüşvət alaraq kimlərəsə ötürdüyü barədə məlumatlar yayan və bunu ciddi-cəhdlə müzakirəyə çıxarmağa çalışan müxalifət mətbuatı məlum video-materialda G.Əhmədovanın açıqlamalarından sonra mövzunu dəyişdirməyə məcbur oldular.

İndi isə belə bir absurd iddia irəli sürülür ki, guya hakimiyyətdəki hansısa "qüvvələr" sözügedən hadisənin ictimailəşməsini qəsdən təşkil ediblər və digər "qüvvəyə" qarşı istifadə edirlər. (?!) Əslində, burada daha bir sual yaranır: görəsən, uzun illərdir hakimiyyət komandasında guya "qruplaşmalar" olduğu, məmurların "bir-birinə qarşı fəaliyyəti" haqqında əsassız iddialarla çıxış edənlər bu yalanlardan, uğursuz şəkildə cəmiyyəti çaşdırmaq cəhdlərindən yorulmayıblar? Cavab isə sadədir. Bu kimi qərəzli, böhtançı iddialara nəinki sağlam düşüncəli ictimaiyyət, eləcə də, onların tərəfdarları da inanmır.

Başqa tərəfdən onların adlarını çəkdikləri və ittiham hədəfinə çevirdikləri yüksək vəzifəli şəxslər, əslində, E.Abdullayev və onun kimilərinə qarşı ən kəskin, barışmaz mövqedə duran şəxslərdir. ABU-da baş verən biabırçılıqlara son qoyulmasında və onun fəaliyyətinin dayandırılmasında həmin şəxslərin böyük rolu olub. Məhz bu səbəbdəndir ki, E.Abdullayev özü də bütün iddialarında onların adlarını hallandırmağa əsassız cəhdlər göstərir. Eyni zamanda, E.Abdullayev iddia etdiyi kimi, heç vaxt Prezident Administrasiyasına müraciət etməmiş və ya hansısa faktı təqdim etməmişdir.

Müxalifət "liderləri"nin qarşılarına qoyulmuş kifayət qədər əsaslı arqumentlər var

Ucuz və yararsız populizmə arxalanaraq, guya "korrupsiyaya meydan oxumaqlarını" min-bir cür fırıldaqçılıq üsulları ilə cəmiyyətə sırımağa cəhd göstərən Əli Kərimli, İsa Qəmbər kimi "liderlər", əslində, daxili "keyfiyyətlərini" ortaya qoymuş olurlar. Onlar unudurlar ki, məhz öz hakimiyyətləri vaxtı korrupsiya hallarının ardı-arası kəslimirdi. Bunu o zamanlar Prezident aparatında keçirilən müşavirələrin stenoqrammlarından, parlamentin arxiv videoçəkilişlərindən də görmək mümkündür. Əbülfəz Elçibəyin "korrupsiyanın qarşısını almaqda acizik", o zamankı Ali Məhkəmənin sədri Tahir Kərimlinin MM-in iclasındakı AXC-Müsavat iqtidarına qarşı unudulmaz etiraz hayqırtıları da xalqın yaddaşından silinməyib. Və maraqlıdır ki, belə bir acizliklər, xəyanətlər və satqınçılıqlar ucbatından iqtidarlarını qoyub qaçan mənfur qüvvələrin bu gün hakimiyyətdən hansısa tələbdə bulunmaları qəribə və anlaşılmaz təsiq bağışlayır. Hansı ki, məhz mövcud iqtidar AXC-Müsavat cütlüyünün buraxdığı nöqsanları aradan qaldırdı, korrupsiya və rüşvətxorluğa, eləcə də, digər cinayətlərə qarşı amansız mübarizə aparıldı. Azərbaycan dövləti bu ölkəni, bu xalqı uçuruma aparan naşı siyasəti uğurlu, zəfər və qələbə siyasəti ilə əvəzlədi.

Və görünür, hələ də hakimiyyəti, xalqı, dövlətçiliyi xarici qüvvələrə satdıqdan sonra dar ayaqda qoyub-qaçan korrupsioner AXC-Müsavat iqtidarı indi də bundan bərk təəssüf hissi keçirirlər. Çünki onların tamamlanmamış daha çox kirli işləri var idi. Ancaq buna da nə yaxşı ki, imkanları, zamanları çatmadı. Bu gün ucuz şoularla istənilən məsələni siyasiləşdirməyə cəhdlər göstərən dağıdıcı müxalifət qüvvələrinin "liderləri" bu kimi danılmaz faktlar qarşısında, əslində, aciz qalıblar. Acizliklərini isə imitasiyalarla, məzhəkəçilikləri ilə gizlətməyə çalışırlar. Amma bu siyasi artistizm metodları da onlarda alınmır. Çünki qarşılarına qoyulmiş kifayət qədər arqumentlər var.

Bu gün "İctimai Palata" adlı qondarma qurumun özündə də kifayət qədər korrupsiya halları mövcuddur. Çünki həmin qurumu öz monopoliyalarında saxlayaraq idarə edən AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər kimi "liderlər" var. Həmin "liderlər" dəfələrlə dövlətçilik maraqlarını xarici siyasi dairələrə sataraq, şəxsi gəlirlərini, maddiyyatlarını artırmaqla məşğuldurlar. Onlardan soruşan yoxdur ki, təkcə partiya sədri olaraq həmin gəlirlərini haradan və necə əldə ediblər? Xarici bank hesablarında yatırılmış maddiyyatlar hansı vasitələrlə əldə edilib? Bahalı son model maşın markaları, şəhərin mərkəzində və ətrafında bağ evləri, villaları, hərəsinin beş-altı nəfər cangüdənləri hansı "halal" əməyin nəticələridir? Bu kimi sualları artırmaq da mümkündür. Ancaq bir əsasa söykənərək vurğulamaq lazımdır ki, onların korrupsiyalarla dolu siyasi həyatları bir gün mütləq müvafiq orqanlar tərəfindən araşdırılacaq. Görəsən, hakimiyyəti korrupsiyada ittiham etməyə çalışan həmin "liderlər" onda hansı siyasi təlxəkliyə gedəcəklər? Bunu, yəqin ki, zaman özü tezliklə göstərəcək.

Əli Həsənov: "İnternet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır"

Bir həqiqət də üzə çıxacaq ki, siyasi baxışlarından, partiya mənsubluğundan, vəzifəsindən, nüfuzundan asılı olmayaraq, Azərbaycanda QANUN ALİLİYİ deyə adlandıran sərt ifadə var. Bu ifadə özü-özlüyündə sübut edir ki, ölkədəki hər bir vətəndaş qanun aliliyi qarşısında cavabdehdir. Və Gülər Əhmədova da bu sıradandır. Onun məlum videogörüntüləri artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmaqdadır. Ona görə də müxalifət "liderləri" heç də narahatçılıq keçirməsinlər. Aparılan araşdırmaların bütün nəticələr xalqa açıqlanacaq. Yəqin ki, Gülər Əhmədovanın taleyi ilə bu qədər maraqlanan müxalif "liderlər"in də canlarına xof düşüb ki, onlar hazırda ciddi nigarançılıq keçirirlər. Təbii ki, bütün bunlara da əsas var. Həmn əsas isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tərəfindən verilən açıqlama ilə öz təsdiqini tapıb. Gülər Əhmədova və hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin iştirakı ilə internetdə yayılmış videomateriala münasibət bildirən Əli Həsənov vurğulayıb ki, son illər korrupsiyaya və ölkənin demokratik inkişafına maneçilik törədən digər mənfi hallara qarşı mübarizə daha da gücləndirilib və sistemli xarakter alıb: "Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti orqanlar tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə ictimaiyyətə müntəzəm məlumat verilir...İnternet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır. Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və "mənsəb" qazanmaq istəyinin baş tutmamasının, habelə, dövlət orqanlarının belə hallara qarşı əsil münasibətinin göstəricisidir. Hakimiyyətin bu tipli hallara münasibəti ondan ibarətdir ki, əyri yollarla vəzifə almaq və yaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq və belələri gec-tez cəmiyyət qarşısında ifşa olunacaqlar. Mən şübhə etmirəm ki, müvafiq orqanlar internetdə yayılan bu materialla əlaqədar olaraq lazımi tədbirlər görəcəklər".

Əli Əhmədov: "Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir"

Bu baxımdan, internet səhifələrində yayımlanmış məlum videogörüntü ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra-katibi, millət vəkili Əli Əhmədov öz əhəmiyyəti, vacibliyi ilə seçilən açıqlamasında vurğulamışdır ki, ayrı-ayrı adamların qanunazidd hərəkətləri ölkəmizdə həyata keçirilən siyasətin üzərinə kölgə salmaq iqtidarında deyil: "Qanunçuluq, şəffaflıq, korrupsiyaya qarşı barışmaz mübarizə və s. kimi mənəvi dəyərlər və fəaliyyət prinsipləri hakimiyyətin əsasını təşkil edir. Qanunu pozanlar, mənəviyyatını itirənlər, dələduzlar isə həmişə ifşa olunub, olunur və bundan sonra da ifşa olunacaq".

Əli Əhmədov qeyd edib ki, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır. Bu baxımdan bir daha belə qənaətə gəlmək mümkündür ki, YAP xalqın və dövlətçiliyin partiyası olaraq, daim bu kimi hərəkətləri pisləyib, eyni zamanda, belə hadisələrin baş verməməsi üçün qətiyyətli mövqeyini ortaya qoyub: "Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib. Belə hərəkətlər YAP-ın prinsip və dəyərləri ilə qətiyyən bir araya sığımır. Biz Gülər Əhmədovanın dələdüzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk".

Əli Əhmədovun bəyanatından da aydın görünür ki, fürsətcil, sui-istifadəçi dağıdıcı müxalifət ünsürlərinin "liderləri"nə gəldikdə isə, onların dərhal "hərəkətə keçmək" görüntüləri sadəcə imitasiya xarakteri daşıyır. Bunu yaxın zaman da göstərəcək.

Zakir Qaralov: "Bütün bu araşdırmalar başa çatandan sonra aydın olacaq ki..."

Bu baxımdan, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursa, ölkə qanunvericiliyinə uyğun olaraq, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya dövlət orqanlarında dövlət orqanlarında korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparır, Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən belə hallar ifşa olunur və onları törədənlər məsuliyyətə cəlb edilirlər.

Sözügedən məsələnin destruktiv siyasi qüvvələr tərəfindən siyasiləşdirilməsi cəhdi Azərbaycan Respublikasının Baş Prokurrorluğu tərəfindən də pislənilib. Baş prokuror Zakir Qaralov dağıdıcı müxalifətin sərgilədiyi anlaşılmaz mövqeyinə dair xüsusilə vurğulayıb ki, bu məsələni siyasiləşdirmək absurddur. Eyni zamanda, dövlət başçısı məsələ ilə bağlı başlanan cinayət içini nəzarətə götürüb: "Materiallarla bağlı müxtəlif ekspertizalar təyin olunub. Sentyabrın 30-da əməkdaşlarımız Azərbaycan Beynəlxalq Universitetinin binasında olub və həmin videoçəklişin aparıldığı otağa baxış keçiriblər. Bütün bu araşdırmalar başa çatandan sonra aydın olacaq ki, həmin videoyazı hansı otaqda və hansı məqsədlə aparılıb. Gülər Əhmədova özü istintaqın obyektiv aparılması üçün deputat toxunulmazlığı hüququndan imtina edib. O da hesab edir ki, istintaqa yaxından kömək edəcək".

Yeri gəlmişkən, sözügedən məsələni siyasiləşdirməyə cəhd göstərənlərin məlumatlandırılması üçün qeyd edək ki, Azərbaycanda bu il korrupsiya ilə bağlı 209 nəfər vəzifəli şəxs barəsində 114 cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün məhkəmələrə göndərilib. Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında 94 cinayət işinin istintaqı davam etdirilir. Baş prokurur Z.Qaralov bildirib ki, idarə əməkdaşları tərəfindən keçirilmiş 29 əməliyyat tədbiri nəticəsində korrupsioner məmur cinayət başında yaxalanaraq məsuliyyətə cəlb olunub. Baş prokuror deyib ki, fəaliyyət göstərdiyi müddətdə korrupsiya ilə əlaqədar açılmış "Qaynar xətt"ə 4 minə yaxın müraciət daxil olub. Mindən artıq müraciət sahibinin müraciəti müsbət həll olunaraq hüquqları bərpa olunub.

Məhz rəqəmlərin əks olunduğu bu önəmli açıqlamaya diqqət yerirməli olan dağıdıcı müxalibət düşərgəsinin başbilənləri qeyd olunanlar barədə gözlərini açıb diqqətlə oxumalıdırlar. Onlar həmin rəqəmləri oxuyub anlamalıdırlar ki, sərgilədikləri qərəzli mövqe onların iç üzlərinin ifşasına kifayət qədər şərait yaradır. Məlum olur ki, bütün hallarda onlar tərəfindən mətbuatlarında irəli sürülən "ideyalar", "təxminlər", yaxud da "proqnozlar" özləri kimi yarasız və səmərəsizdir. Həmçinin, unusulmamalıdır ki, vaxtilə Əli İnsanov, Fərhad Əliyev kimilərindən öz məkrli, qərəzli, böhtançı siyasi məqsədləri naminə istifadə edən qaragüruhçular dəstəsi hər bir hadisədən, o cümlədən, məlum videomaterialdan yararlanmağa cəhd göstərir. Ona görə də dünən E.Abdullayevi, G.Əhmədovanı özlərinə məxsus mətbuat səhifələrində tənqid hədəfinə tutan dağıdıcı müxalifət yetkililəri sabah onların müdafiəsinə qalxarlarsa, bundan heç kim təəccüblənməməlidir. Çünki bu xarizmasızlıq müxalifət "liderləri"nin oyuncaq, məzhəkəçi siyasətlərinin tərkib hissəsidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər