Nə üçün Müsavat partiyası özünə dəstəyi Azərbaycan xalqından deyil, məhz ermənilərdən istəyir?
Mətbuatda dəfələrlə Müsavat Partiyası ilə Ermənistan Milli Konqresinin arasında qurulmuş əməkdaşlıq əlaqələri haqqında dəfələrlə yazılıb. Hətta iki tərəf arasında imzalanmış müqavilə barədə də ictimaiyyətə məlumat verilib. Əlbəttə ki, İsa Qəmbər ilk vaxtlarda bunu gizlətməyə çalışsa da, sonradan üstü örtülü şəkildə etiraf etmişdi. Lakin artıq Müsavatın siravi üzvləri belə bu partiya ilə ermənilər arasındakı əməkdaşlığın olduğunu nəinki gizlətmirlər, hətta bununla fəxr edərək, İsa Qəmbərlə Aram Manukyanın şəkillərini də sosial şəbəkələrdə yayımlayırlar.
Müsavatın ermənilərlə maraqları üst-üstə düşür...
Təbii ki, İsa Qəmbərlə Aram Manukyanın şəkillərinin sosial şəbəkədə yayımlanması ictimai müzakirələrə də yol açdı. Həmin şəkillərə şərh yazan siravi vətəndaşlar, tələbələr və digər kateqoriyadan olan insanlar müsavatçılardan izahat istəyirdilər. Hər kəsi də düşündürən sual ondan ibarət idi ki, nə üçün Müsavat partiyası özünə dəstəyi Azərbaycan xalqından deyil, məhz ermənilərdən istəyir?
Bu suala qeyri-dəqiq cavablar verən müsvatçıların sonuncu fikri isə belə oldu ki, Müsavatın ermənilərlə maraqları üst-üstə düşür. Məhz bu fikir bu günə qədər müəyyən mənada yaranmış şübhələrindən üstündən xətt çəkmiş oldu və ictimaiyyət artıq anladı ki, Müsavat partiyası siyasi maraqları üçün ermənilərdən dəstək alır...
Qafqazda demokratiya, yoxsa Qarabağın təkrarən satılması..?
Müsavatın sosial şəbəkədəki nümayəndələri bu məsələyə belə aydınlıq gətirməyə çalışırlar ki, guya İsa Qəmbərlə Aram Manukyanın imzaladığı saziş Qafqaz bölgəsində demokratiyanın və sülhün bərqərar olmasına şərait yaradacaq. Belə olan halda ortaya daha bir sual çıxır: "Əgər sülh prosesindən danışırıqsa, o zaman Dağlıq Qarabağ münaqişəsi necə həll ediləcək?"
Məhz bu məqamda Müsavat partiyasının ermənilərlə olan işbirliyinin əsas konturları üzə çıxmış olur. Yəni Müsavat partiyası onsuz da Azərbaycanın daxilində güclü sosial bazaya malik deyil. Azərbaycan seçicilərinin heç 1 faizinin səsini qazana bilməyən İsa Qəmbər, təbii ki, xaricdən dəstək almağı düşünürdü. Ona isə ən yaxşı halda ermənilər dəstək verə bilərdi. Çünki veriləcək dəstəyin əvəzində kompensasiya kimi zəmanət təqdim edilməlidir. Belə olan halda, ermənilər İsa Qəmbərə siyasi dəstək verir, o da öz növbəsində Dağlıq Qarabağ münaqişəsində Ermənistanın xeyirinə işləyən hərəkətlərə yol verir. Ermənilərin bu tələbi də iki cür ola bilər:
- birincisi, əgər Müsavat hakimiyyətə gələrsə, (bu, mümkün olan şey deyil) Dağlıq Qarabağı Ermənistana güzəştə gedir;
- ikincisi, ermənilərin Müsavata verəcəyi dəstək əvəzində İsa Qəmbər Dağlıq Qarabağ məsələsində Azərbaycan hökumətini şantaj etməli, ən yaxşı halda müxtəlif təxribatlarla problemi ikinci plana keçirməlidir.
Anlaşılan odur ki, Müsavat partiyası ermənilərlə sırf siyasi məqsəd daşıyan razılaşma əldə ediblər və görünür, bundan da şaddırlar.
Sərbəst toplaşma xaos yaratmaq demək deyil
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, müsavatçılar sosial şəbəkədə aktivlik nümayiş etdirməklə, iqtidarı şantaj etmək yoluna da əl atıblar. Əsasən, sərbəst toplaşmaq azadlığı ətrafında əsassız fikirlər səsləndirən müxalifətçilər sox zaman pərt olaraq, sosial şəbəkəni tərk edirlər.
Qeyd edək ki, bu cür müzakirələrin təşkil olunmasında, xüsusilə də, müsavatçılar aktiv rol oanyırlar. Çünki onlar "Eurovision-2012" ərəfəsində iflasa uğramış mitinqlərinin ağır nəticələrini ört-basdır etmək üçün bu cür çirkin kampaniyalardan istifadə edirlər. Onlar iddia edirlər ki, guya hakimiyyət onlara mitinq keçirmək üçün yer ayırmır. Lakin bunun nə qədər ağ yalan olduğunu özləri də bilirlər. Çünki təkcə bu ilin aprel-may ayları ərzində BŞİH-ə edilmiş mitinq müraciətlərinin hamısına müsbət cavab verilib və yer də ayrılıb. Lakin müxalifət həmin yerə heç min nəfər də yığa bilmədi. Ona görə də, bu cür iflası həzm edə bilmədilər və ənənəvi təxribat üsullarına əl atdılar. Onları şəhərin mərkəzində, insanların istirahət etdiyi məkanlarda icazəsiz mitinqlər keçirməyə cəhd göstərdilər, lakin hüquq-mühafizə orqanları bunun qarşısını aldılar. Bu olaylar bir daha göstərir ki, müxalifətçilər sərbəst toplaşmaya xaos yaratmaq kimi baxırlar...
Müxalifət insan hüquqlarından danışdığı halda, icazəsiz mitinqlərdə minlərlə adamın azadlığını pozur
Sosial şəbəkələrdə aparılan müzakirələrdə müxalifətçilərə verilən suallardan biri bundan ibarət olur ki, nə üçün insan azadlıqlarından danışan radikallar icazəsiz miinqlərində istirahət edən minlərlə adamın hüquqlarını pozurlar? Bu sualın qarşısında duruş gətirməyən müxalifətçilər yenidən şantaja ət atırlar.
Ümumiyyətlə, sosial şəbəkədə müxalifətçilərin gətirdikləri istənilən arqument birbaşa olaraq, onların siyasi məqsədlərinə xidmət etmiş olur. Çünki sadə insanların haqlı suallarını cavablandırmayan və əsassız iddialar irəli sürən radikallar, hətta iflas səbəblərini belə aydınlaşdıra bilmirlər. Onlara sual olunur ki, əgər iddia etdiyiniz kimi, sosial şəbəkələrdə 180-200 min tərəfdarınız varsa, nə üçün mitinqlərə 1000 nəfərdən artıq insan çıxara bilmirsiniz?
Əlbəttə ki, bütün bunların səbəbləri hər kəsə gün kimi aydırdır. Müxalifət hər gün demək olar ki, sosial bazasını itirir. Bu gün demək olar ki, Müsavat, AXCP və digərləri dərnək formasında fəaliyyət göstərirlər. Onların ictimai-siyasi və ya sosial proseslərə təsir etmək gücü yoxdur. Bu səbəbdən də, müxalifət çalışır ki, heç olmasa virtual aləmdə mövcudluğunu qoruyub saxlaya bilsin...
"Səs" Analitik Qrupu