PDF Oxu

Araşdırma

  • 1 747

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis... HÜSEYN CAVİD

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...

(Əvvəli ötən sayımızda)

Əslində, Əli Kərimovun "Yurd" fəaliyyətindəki anti-Elçibəy xarakterli xəyanətkar addımlarını ilk baxışdan üç fəslə ayırmaq olar. Burada əsas diqqətçəkən məqam isə onun KİV vasitəsi ilə planlarını reallaşdırmaq istəyidir. Ötən saylarımızda bu haqda kifayət qədər arxiv materiallarına istinad etmişdik. Maraqlıdır , qeyd olunan fəsilləri hansı dövrlərə aid etmək mümkün olardı? Elə isə sadalayaq:

I Fəsil: 1993-cü ildən 1997-ci ilə qədər olan dövr - Elçibəyin Kələkidə yaşadığı zamanlar.

II Fəsil: 1997-ci idən 2000-ci ilə qədər olan dövr - Elçibəyin Bakıya dönüşü və dünyasını dəyişməsinə qədər olan zamanlar.

III Fəsil: 2000-ci ildən sonra - Elçibəyin vəfatından sonranı əhatə edən dövr.

"Azadlıq" qəzetinin 6 iyul 1993-cü il sayından: "Həqiqətdir ki, sosial gərginlikdən üzülən xalq hakimiyyətdən narazı olub..."

I fəslə aid olan dövrə diqqət yetirsək görərik ki, "Yurd"un AXC ilə bağlı mətbuatdakı məqsədyönlü fəaliyyəti, xüsusilə, 1992-ci ildə Qənimət Zahidovun (Qənimət Zahidin) "Azadlıq" qəzetinə müvəqqəti redaktor əvəzi təyin edilməsi ilə nəzərə çarpmağa başlamışdır. "Azadlıq" Ə.Kərimovun əlinə keçdikdən sonra qəzet AXC-AXCP-nin fəaliyyətinin işıqlandırmasında fərqli mövqe nümayiş etdirməyə başladı. Nəticədə, qəzetin rəhbərliyi "demokratiya, söz azadlığı, aşkarlıq" bəhanələri ilə məqsədyönlü şəkildə qəzeti əsas hədəfdən yayındırmağa müvəffəq oldular və "Yurd"çuların təbliğat vasitəsinə çevirmiş "Azadlıq" Elçibəyə qarşı yönəldilmiş xəyanətin "ruporuna" çevirmişdir. Təsadüfü deyildir ki, AXC iqtidarını demokratiya pərdəsi altında ən çox tənqid atəşinə tutan bu qəzet, bilavasitə, Elçibəyi hədəfə almışdı. Bu fikrin təsdiqi üçün qəzet rəhbərliyinin Məhəmməd Səlimoğlu imzasıyla (Gündüz Tahirli) "Qəzetimizin mövqeyinə dair" ("Azadlıq", 6 iyul 1993) məqaləsinə diqqət etmək kifayətdir. Məqalədə AXC iqtidarı dövründə qəzetin mövqeyi belə açıqlanır. Sitat: "Biz ölkədə genişlənməkdə olan rüşvətxorluq, korrupsiya və vəzifə həddini aşma hallarına, qanunçuluğun geniş surətdə pozulmasına, vətəndaş hüquqları və demokratik prinsiplərə riayət edilməməsinə prezidentin və geniş ictimai-siyasi dairələrdə nüfuzu olan dövlət xadimlərinin diqqətini dəfələrlə cəlb etmişik. Həqiqətdir ki, sosial gərginlikdən üzülən xalq hakimiyyətdən narazı olub..."

Həmin dövrdən etibarən, "Azadlıq" AXC orqanlığından çıxarılaraq 1993-cü ilin iyulundan "Yurd"un inhisarına keçirilir. Adıçəkilən mətbu orqan sonradan qəti olaraq, Elçibəy əleyhinə çevrilərək təşkilatın parçalanması istiqamətində ciddi fəaliyyətə başladı və qəzetin səhifələri Elçibəyin tərəfdarlarına ünvanlanan "qaragüruh","mühafizəkarlar", "klassiklər" və "islahatçılar"ın ifadələri ilə dolub-daşdı.

Elçibəy Bakıya dönərkən, Əli Kərimov hansı planlarını gizlətdi?

Beləliklə, "Yurd"un birinci fəslə aid xəyanətkar motivləri başa çatdı və artıq ikinci fəsil yetşmişdi. 1998-2000-ci illəri əhatə edən bu dövr ərzində Ə.Kərimov daha kəskin mövqe ortaya qoymağı nəzərdə tutmuşdu. Təbii ki, onun xarici dəstəkçiləri də burada xüsusi rol oynayırdı. Belə bir məqamda AXCP-ni ələ keçirməyinin bir addımlığında olarkən, olanlar oldu və Elçibəy Kələkidən Bakiya geri qayıtdı. Bu dönüş "Yurd" şefini kifayət qədər pəjmürdə etsə də, onun rezerv planları mövcud idi...

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər