PDF Oxu

Araşdırma

  • 1 266

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis... HÜSEYN CAVİD

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...

(Əvvəli ötən sayımızda)

"Yurd" tərəfindən mətbuat vasitəsilə Elçibyə qarşı aparılan kampaniya davam etdiyindən, AXCP sədrinin "Azadlıq" qəzeti ilə bağlı qərara gəlməsi gözlənilən idi.

Belə ki, Elçibəy tamamilə mövqelərini itirmiş bu qəzetdən qurtarmağın yolunu "qəzet müstəqil olmalıdır" fikri ilə qəzetin üzərindən AXCP-nin adını götürməkdə gördü. "Yurd" isə Ə.Kərimli vasitəsilə AXCP-yə və Elçibəyə qarşı təbliğatını təkcə "Azadlıq"da aparmaqla kifayətlənməyərək, muzdlu yazarlar dəstəsi formalaşdırmışdırmaqla davam etdirməkdə israrlı idi. Bunu artıq "Yurd"çu Mahir Səmədovun redaktoru olduğu "Ulus" qəzeti də yazırdı. Bu muzdlu yazarlar "müxalifət" və "müstəqil" kimi adlanan qəzetlərdə fəaliyyət göstəriblər.

Elçibəy tərəfindən yaradılmış məlum araşdırma komissiyası da artıq bir çox faktları üzə çıxarıb. Özünü müxalifət və ya müstəqil hesab edən, ya tamam "Yurd"un təsiri altında olan və ya "Yurd"un muzdlu yazarlarının işlədiyi qəzetlərin bir qismi ("Azadlıq", "Bu gün", "Üç nöqtə", "Bizim əsr", "Məkan") üzərində aparılan araşdırmadan da bəlli olmuşdur ki, "Azadlıq" başda olmaqla bu qəzetlərin yazıları əsas hədəfdə AXCP-ni və Elçibəyi saxlayıb. Bu qəzetlərin əldə edilmiş saylarında çap edilmiş 500-ə yaxın məqalənin əksər hissəsi AXCP-nin sədri Elçibəyin əleyhinə yönələn yazılardır.

Komissiyanın apardığı araşdırmadan: "Kərimov Əli tərif, Elçibəy isə təhqir olunub"

Komissiya öz araşdırmalarında daha sonra yazırdı ki, eyni nömrədə "Yurd"un funksionerlərinə, Kərimov Əli başda olmaqla tərif, Elçibəyə qarşı isə tənqid, təhqirlər və böhtanlar çap olunur və bu məqsədlə qəzetçiliyin bütün imkanlarından istifadə edilmişdir: "Azadlığ"ın Elçibəy və Əli Kərimovla bağlı yazılarının, şəkillərin əksəriyyətində bu tendensiya müşahidə olunur. Çoxsaylı nümunələrdən birini göstərək: Amerikaya uğurlu səfərindən (ABŞ-ın dövlət orqanlarındakı və qeyri-hökumət təşkilatlarındakı yüksək səviyyəli görüşlər, Nyu-Yorkda keçirilən Türk Yürüşündəki iştirak və s.) yenicə qayıtmış (gecə saat 05-də Binə areoprtuna enmiş) Bəyin 28 May, Novxanı tədbirlərindəki iştirakı və səfərə həsr edilmiş mətbuat konfransı ilə əlaqədar ironik tərzdə yazılmış 3 yazı, Elçibəyin tənqidinə həsr edilmiş Bahəddin Həziyevin "İstiqlal mübahisəsi", Qənimət Zahidovun Tahir Kərimli ilə söhbəti, şəkillər (1-ci və 4-cü səhifədə eyni şəkil). (bax: "Azadlıq", 30.0500.). 1994-2000-ci illərdə "Azadlığ"ın redaksiyasında fəaliyyət göstərmək məcburiyyəti bizləri AXCP-nin rəhbərliyndəki "Yurd"çuların muzdlu yazarlarla necə işlədiklərini gündəlik müşahidə etmək məcburiyyətində qoymuşdur. Lakin biz gündəlik müşahidələrimizi yox, "Yurd"çuların özlərinin yazdıqlarının bir qismini nəzərinizə çatdıraq: "PS" qəzeti 18.0200 tarixli sayında bu cür yazıların çapının mexanizmilərindən birini göstərmişdir: "Elçibəy haqqında sifarişli yazı" adlanan bu məqalə aşağıdakı yarımbaşlıqla verilmişdir. Sitat: "Bunu cəbhəçilər təşkil edir.Yazını AXCP rəhbərliyindən bir neçə şəxs hazırlayıb (adını hələ çəkmirik) və bir "Yurd"çu redaksiyaya gətirərək, çap edilməsini, yazını başqa qəzetlərdə (təzə açılan 4 qəzetdə) davam etdirəcəyini bildirib..." ("PS" qəzeti, 18.02.2000) - Təzə açılan 4 qəzet dedikdə isə çox güman ki, "Məkan", və daha bir neçə qəzetlər nəzərdə tutulurdu. Yeri gəlmişkən, bu qəzetlərin bəzisi "Azadlığ"ın redaksiyasında fəaliyyət göstərirdi. Keçmiş "Yurd"çular "Ulus" qəzetində "Yurd"un təbliğat şəbəkəsi" başlıqlı yazıda (5 fevral 2000) "Yurd"un təbliğat şəbəkəsinin bir hissəsini vermiş və onu da əlavə etmişlər ki, "...jurnalistlər "mətbəx xəbərlərini" əsasən Əli Kərimov və Fuad Mustafayevdən alırlar. Bütövlükdə isə "Yurd"un təbliğat bürosunun "icraçı direktoru" Əlməmməd Nuriyev sayılır"".

Komissiya onu da əlavə etmişdir ki, yazıların əhəmiyyətli hissəsinin müəllifləri gizlədilmişdir. Yazılar "Siyasət şöbəsi", "İnformasiya şöbəsi", qəzetin adı ("Azadlıq"), müəllifin gizli imzalarıyla və ya imzasız təqdim edilmişdir.

Əli Kərimovun Elçibəy haqqında gizli imzası ilə yazılmış məqaləsindən: "Bəy yataq adamına çevrildi ki?"

Belə bir məqamda daha bir arxiv sənədi maraq doğurmaya bilməz. Gizli imza ilə hələ o zamanlardan məşğul olan "Yurd" şefi Əli Kərimov muzdla çalışdırdığı mətbuatda belə bir məqalənin müəllifi olmuşdu: "Vallah, Bəy gözə gəlib. Bu qədər xəstələnmək olar? AXCP sədrinin sağ günü olmur axı? Bu ikimininci (2000 -ci il) il ona düşmədi. Yanvardan marta kimi xəstə, martdan-aprelə kimi xəstə... Bəy yataq adamına çevrildi ki?

Onda deyirdilər bəyə soyuq dəyib. İndi də deyirlər soyuğun fəsadlarını çəkir. Bu ölkənin havası niyə Bəyə düşmür? Partiyada ki, isti mühit var?"

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər