PDF Oxu

Araşdırma

  • 1 203

İşğalçı Ermənistandan növbəti terror təhdidi

ASALA bu dəfə Azərbaycan diplomatlarını hədəfə alıb

İşğalçı Ermənistandan növbəti terror təhdidi

X yazı

Araşdırmalar göstərir ki, terrorçuluq, dövlət terroru işğalçı Ermənistanın mövcudluğunun siyasi mahiyyətini təşkil edir. Söhbət ondan gedir ki, bu dövlət faktiki olaraq, tarixən heç vaxt ermənilərə aid olmayan ərazilərdə - qədim Azərbaycan torpaqlarının bir hissəsinə çar Rusiyası dövründə ermənilərin köçürülməsi nəticəsində yaradılıb və "böyük Ermənistan" xülyasına qapılaraq, qonşu ölkələrin hesabına ərazisini genişləndirməyə səy göstərir. XIX əsrin sonlarından başlayaraq, yaradılan əksər erməni təşkilatlarının terroru əsas mübarizə vasitələrindən biri kimi dəyərləndirməsi bunu əyani şəkildə sübut edir. Başqa sözlə, ASALA məhz 100 ildən artıq davam edən, məqsədli şəkildə gerçəkləşdirilən terrorçuluq ideologiyasının təzahürü kimi meydana çıxıb və çoxsaylı erməni terror təşkilatlarından yalnız biridir. Aşağıda sadalanan faktlar da bunu bilavasitə təsdiqləyir.

Ermənilərin törətdiyi Yeramış və Akçaviran soyqırımı

Şahidlər daha sonra demişlər ki, Yeramış və Akçaviran əhalisinin böyük bir qismi qətl edilmişdi. Hətta yaralı və xəstə əsgərlər belə bu vəhşilikdən qurtula bilməmişdirlər. Beləcə rus ordusu çəkildikdən sonra Osmanlı ordusunun Rizədə qoyduğu bütün yaralılar öldürüldülər. Ruslar tərəfindən yardım görən erməni dəstələri Malazkirt bölgəsində 53 kəndin 200 min nəfərinin böyük bir qismini qətlə yetirdilər.

Bu olayların böyük bir qismi gözlərimizin önündə cərəyan etdi. Dolabaş kəndindən olan Martiros, Xaraba Qasım kəndindən olan Simon, Qala qəsəbəli Mardivadin və Yürəkli Siron tərəfindən Bekran (Malaskirt) kənd bərbərinin, oğlunun və arvadının gözləri önündə yalvarışına baxmayaraq, qızları zorlandı, işgəncə verildi və öldürüldülər. Bidayət məhkəməsi hakimi Hüseyn bəyə və Ağa kəndli Malaskirt idarə məclisi üzvü Şanlı bəyə qadınların hüzurunda işgəncə verildi və əvvəllər onlara xidmətçilik etmiş ermənilər tərəfindən qətl edildilər. Qadınların və kiçicik Səbinənin də namusuna toxunuldu.

Şahidlərin ifadələrinə görə, Muş süqut edərkən erməni quldurları, sanki qana susamış vəhşi heyvanlar kimi, şəhərin ətrafını "intiqamımızı aldıq" deyərək dolaşdılar və rastlaşdıqları hər bir müsəlmanı rəhmsizcəsinə qətl etdilər. Qadınların namusuna toxunub, yaşlıları diri-diri yandırdılar. Muşun tanınmış adamlarından Hacı Murad, Rəid, Yunaylı Hacı Mehmet, Cəfər, Timur, Abdulla, Yusif Mehmet xan və Nadir xanın boğazları kəsildi. Ayaz (Vayto) nahiyəsində Cebranlı tayfasından, Cindi ağanın idarə etdiyi 15 kəndin sakinləri ayaqlarına ağır at nalları vurulub, Hazal gölünə atıldılar.

Anadolu hüdudlarında erməni vəhşilikləri

Bundan əlavə ermənilər Mavkeli yoluyla Anadolunun içərilərinə doğru keçən müsəlmanlara da hücum etdilər. Xəstələr, uşaqlar və yaşlı qadınlar toplaşdıqları Təkkə monastrında diri-diri yandırıldılar. Döşləri kəsilən gənc qızlar, daha sonra öldürüldülər. Beşikdə yaralı bir körpənin ağzına ermənilər tərəfindən kəsilib gətirilən anasının döşü qoyuldu. Şeyx Əbdülqaffar Əfəndi adlı bir din adamı, işgəncələrlə başının dərisi soyularkən öldü. Doktor Mustafa bəy iyirmiyə yaxın erməni quldurunun yüzə yaxın uşağı, onların qarşısında şərqi deyib rəqs edən qadınlarl birlikdə apardıqları və qərb körpüsü ilə Dikli -Taşlı arasında bir çoxunun boğazları kəsilmiş minlərlə kişi, qadın cəsədlərinin gördüyünü qətiyyətlə bəyan etdilər.

Feliks Valua adlı bir müəllif yazır: "Apreldə erməni üsyançıları Van şəhərini ələ keçirdilər. Aram və Vardanın başçılığı ilə bir erməni hakimiyyət orqanı təşkil edib və mayın 6-da Van əyalətini müsəlmanlardan təmizlənmiş şəkildə rus qüvvələrinə təslim etmişlər..."

ABŞ müəllifləri St.C.Şou və E.K.Şou yazırlar: "1915-ci ilin aprelində hələ köçürülmə haqqında əmr verilməzdən əvvəl Rusiya Ermənistanından olan daşnaklar Van şəhərində ermənilərin qiyamını təşkil etdilər: şimaldan olan qızışdırıcı ermənilər müsəlmanları yaşayış yerlərindən qovmaqla rus çarına sədaqətlərini göstərəcəkləri təqdirdə Rusiyanın köməyini vəd etdilər. Qafqazdakı rus ordusu da Van istiqamətində hərəkətə başladı. Köçürmə haqqında əmrdən bircə gün sonra və bu əmrin Şərq vilayətlərinə çatmasına xeyli qalmış mayın 14-də erməni könüllüləri Vana daxil oldular və iki gün ərzində müsəlman əhalisini kütləvi şəkildə qırdılar. Vanda rusların himayəsi altında erməni dövləti yaradıldı. Türkləri Vanın bütün cənub sahilindən qovmaq və rusların Bitlis vilayətinə girməsini hazırlamaq üçün erməni legionu təşkil edildi. İyulun ortalarında Van bölməsində 250 min erməni toplaşdı. Ancaq Osmanlı ordusu rus-erməni ordusunu geriyə sıxışdırdı. Qətllərə görə intiqamdan qorxan minlərlə erməni də Rusiyaya qaçdı.

Ermənilərin kütləvi şəkildə qətlə yetirdiyi türklər...

Və ya hələ də açılmayan 100-dən artıq kütləvi məzarlıq

Erməni dəstələri Trabzonda, Ankarada və başqa bölgələrdə də müsəlman kəndlərində xeyli qoca, qadın və uşaq öldürmüşdülər. Antanta dövlətlərinin İsgəndəruna desant çıxaracağını bilən ermənilər, ingilis, fransız gəmiləri bölgəyə gəlməyə başlayınca Samandağı ətrafındakı 7 kənddə qiyam qaldırmışdılar.

Jandarmlara atəş açan 5000-ə yaxın erməni öz silahları, bombaları, patronları, ərzaq və qoyun sürüləriylə Samandakı qəsəbə yaxınlığında Musa dağına çıxmışdılar: buradan İsgəndərun yaxınlığındakı fransız və ingilis gəmilərinə nümayəndələr göndərərək, birgə hücuma keçməyi təklif edirdilər. Bir müddətdən sonra türk qoşunları tərəfindən mühasirəyə alınan ermənilər gecə vaxtı "Viktor Hüqo", "Henri Kuatre" adlı fransız və ingilis gəmilərinə minib Misirin Port-Səid limanına qaçdılar. Bu gün Ərzurum, Qars, Van, Bitlis, Muş, Sivas, Ankara bölgələrində ermənilər tərəfindən qətl edilmiş türklərin 100-ə yaxın toplu məzarı mövcuddur. Bunların açılan ilk beşində minlərcə insanın skletləri tapılmışdır.

Ermənilər Osmanlı ərazisində 600 min kürdü də qətlə yetirib

İngilislər və fransızlar da Rusiya kimi Çanaqqala əməliyyatına başlayarkən "kiçik müttəfiqləri" olan erməniləri hərəkətə gətirmişdilər. Erməni konqresinin ikinci sədri Xalkonyan 1916-cı il 24 may tarixli "Tayms" qəzetinin rusca hissəsində yazırdı: "Üstümüzə müdhiş bir fəlakət gəlir. Bu da itilaf (Antanta) dövlətlərinə dostluq göstərməyimizdən, erməni millətinin durduğu mövqedən doğur. Fransızlar parlaq və sevimli bir dillə, bizim üçün "kiçik müttəfiqimiz" deyirlər... başdan bəri dostluğumuz tamamən ittifaq dövlətləriylədir. Çünki buunların başında ermənilərin ona bağlılığı tarixən qəbul edilmiş Rusiya dururdu".

Göründüyü kimi, Türkiyənin 4-5 cəbhədə güclü dövlətlərə qarşı ölüm-dirim mübarizəsi apardığı bir vaxtda erməni təbəələri xəyanət edərək, qiyamlar (özü də ən çoxu cəbhə bölgələrində) qaldırırdılar.

Həsən Arfa adlı bir tarixçi yazır: "1914-cü il Sarıqamış məğlubiyyətindən sonra rus orduları Türkiyəni işğal edəndə Qafqşaz və Türkiyə ermənilərindən təşkil olunmuş erməni könüllü dəstələri irəlidə gəlirdilər. Bunlardan birinə qana susamış Andranik adlı birisi komandanlıq edirdi. Bu ermənilər kürdlər tərəfindən öldürülmüş soydaşlarının intiqamını almaq məqsədi ilə 1915-1918-ci illər arasında Türkiyənin şərq vilayətlərində 600.000-dən çox kürdü qətlə yetirdilər".

Osmanlı hökuməti əvvəlcə kiçik miqyasda çıxan erməni qiyamlarına sırf daxili təhlükəsizlik məsələləri kimi baxmış, kiçik tədbirlər görmüşdür. Ancaq belə tədbirlərlə üsyanları yatırmaq olmadı.

Osmanlının zəruri təhlükəsizlik tədbirləri

Və ya tərkisilah edilən ermənilər

1915-ci ilin fevralında Şərqi Anadolunun bütün erməni əhalisi artıq qiyam etmişdi. Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur oldu. Fevralın 25-də Baş qərargah bütün hissələrə "ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə" təlimat göndərdi. Beləliklə, erməniləri tərksilah etdilər, lakin onları köməkçi hərbi hissələrdə həqiqi hərbi xidmətdə saxladılar. "Erməni soyqırımı"nın məddahları məhz bu tədbirlərdə türklərin qara planlarını həyata keçirmək üçün ilk addımı" görürlər: ermənilər tərkisilah edildilər ki, sonra silahsızları öldürmək asan olsun. J.Malevil haqlı sual verir: əgər türklər doğurdan da erməni xalqını istəmirdilərsə, nəyə görə əvvəl silahlandırırdılar, sonra da tərksilah edirdilər? Həm də təlimatın 3-cü maddəsində deyilirdi ki, təcavüz aktı baş verməyən bütün yerlərdə vəziyyətə nəzarət edərək erməni əhalisinə qarşı züla hərəkətlərindən çəkinmək lazımdır. Əhalinin qiyama qızışdırılmasına yol vermək olmaz.

Rafael de Noqales adlı bir nəfər erməni yazırdı: "... məclisdəki Ərzurum nümayəndəsi Karo Pasdərmicyan (Pastırmacıyan) üçüncü ordudakı bütün erməni zabit və əsgərlərlə Rusiyaya keçdi. Qısa müddətdən sonra onlarla geri dönərək, kəndləri yandırmağa, əllərinə keçən bütün məsum müsəlmanları insafsızcasına qılıncdan keçirməyə başladı. Bu qanlı zülmə zəruri cavab tədbiri kimi osmanlı hakimiyyət orqanları qaça bilmədikləri üçün türk ordusunda qalan erməni əsgərləri və jandarmlarını tərksilah edərək, onları yol inşaatında və nəqliyyatda istifadə etmək üçün işçi dəstərinə keçirdi".

Erməni komitə mərkəzlərinin bağlanması barədə göstəriş

1915-ci il aprelin 24-də Daxili İşlər Nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, əmlakının müsadirə edilməsi və komitə başçılarının həbs edilməsi barədə əmr vermişdi. Aprelin 26-da Baş komandanlıq birləşmələrə eyni məzmunda göstəriş verərək, komitə başçılarının hərbi məhkəmələrə verilməsi və təqsirlilərin cəzalandırılmasını tələb etmişdi.

Daxili İşlər Nazirliyindən vilayətlərə və mütəssərrifliklərə hələ 1914-cü il 24 aprel tarixində göndərilən teleqramda deyilirdi: "Hnçak, Daşnak və bənzəri komitələrin el içindəki şöbələrinin dərhal qapadılması, şöbə mərkəzlərində olan əmlak və sənədlərin gizlədilməsinə və məhvinə imkan vermədən müsadirə edilməsi, komitələrin liderləri və öndə gələnləri ilə hökumətə zərərli ermənilərin dərhal tutulması, olduqları yerlərdə qalmalarında ehtiyat olunanların vilayət, sancaq içində uyğun yerlərdə topladılaraq pis hərəkətlər etmələrinə imkan verilməməsi, gərəkli yerlərdə silah axtarılmasına başlayaraq hər cür hadisəyə qarşı xəbərləşmək sürətiylə qüvvətli olması; yürütmənin uyğun şəkildə yerinə yetirilməsiylə ortaya sıxacaq əmlak və sənədlərin təhqiqatı nəticəsində tutulan şəxslərin hərbi məhkəmələrə verilməsi Ordu Baş Kamandanlıq Vəkaləti ilə görüşülərək qərarlaşdırıldıqdan sonra dərhal həyata keçirilməsi və tutulan şəxslərin sayı ilə uyğulama haqqında Heydər bəyə bilgi verilməsi önəmlə tövsiyə olunur".

"Səs" Analitik Qrupu

Digər xəbərlər