PDF Oxu

Araşdırma

  • 2 421

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

XƏYANƏT HAQQINDA ƏLİ KƏRİMOV "EPOPEYASI"

İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis...

HÜSEYN CAVİD

Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə, lənət və nifrinlər "epopeyası"ndan başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq elə də çətinlik yaratmır. Təkcə AXCP sədri Əli Kərimlinin (Əli Kərimovun) "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...

(Əvvəli ötən sayımızda)

"Yurd" şefi Əli Kərimov Elçibəy vəfat etdikdən sonra da ona xəyanətlər edib

Elçibəy vəfat etdikdən sonra ona qarşı aparılan oyunlara son qoyulmadı. Həmin oyunların baş rolunda "Yurd" şefi Əli Kərimov idi. Belə ki, Ə.Kərimov Elçibəyin ölümündən öncə yaratdığı təşkilatlara paralel təşkilatlar yaratmaqla xəyanətini davam etidrməkdə idi. Elçibəyə qarşı yazıların həm "Azadlıq" qəzetində, həm də digər müxalifət mətbuat orqanlarında çap olunmasında, yazarların dəstəklənməsində fəallığını daha da artıran "Yurd" şefi xaricdən əldə etdiyi müəyyən maddi vəsaitlərlə Elçibəyin vəfatı və digər məsələlərlə bağlı müxtəlif şayiələrin, böhtanların yaranmasına rəvac verirdi.

"Azadlıq" qəzeti 26.06.02 sayında yazırdı : "Elçibəy yolu", "Elçibəyin siyasi platforması" kimi ifadələr siyasi populizmdən başqa bir şey deyil"

"Azadlıq" qəzeti Ə.Kərimovun həm "siyasət şöbəsi", həm də "informasiya şöbəsi" imzası altındakı yazılarında "Siyasi olimplərin zirvələri məsumların yeri deyil", "Əbülfəz bəy siyasət adamı deyildi", "Elçibəy, çox güman ki, nəfsini boğa bilmədi" başlıqlı yazıları verilirdi. Eyni zamanda, digər "Yurd" yazarlarının "Elçibəy yolu", "Elçibəyin siyasi platforması" kimi ifadələr siyasi populizmdən başqa bir şey deyil" kimi ifadələri artmaqda davam edirdi. Məsələn, "Azadlıq" qəzetinin daha bir sayında yazılırdı: "Yarımçıq qalmış "Segah" siyasətlə əxlaqın əməli sintezindən dərs vermək istəyənlər də olacaq. Təəssüf ki, siyasətlə əxlaqın üzvi sintezinə cəhd edənlərin təcrübəsinin sonu, bir qayda olaraq, həmişə üzvi sintez yox, əcaib bir hibridlə nəticələnib. Qoşalaşdığı siyasətin ərkinə, sadist şıltaqlığına dözən, nəinki dözən, siyasəti buna təhrik edən mazoxist bir fahişəyə çevrilib...Əbülfəz bəyin siyasətə qoşulması uşağına çörək almaq üçün bazara gedən adamın puldan istifadə etmək məcburiyyətində qalması kimi bir şeydir. Onun isə nə puldan xoşu gəlirdi, nə də onu qazanmaqdan...Mütərəqqi Şərq əxlaqının cövhərini öz ruhuna hopdurmuş Əbülfəz bəyin xarakteri müasir rasionalçılığa yovuşmurdu..."Elçibəy yolu", "Elçibəyin siyasi platforması" kimi ifadələr siyasi populizmdən başqa bir şey deyil..."

Daha bir təhqir: "Onun insan kimi ən böyük səhvi də..."

...Ona görə də Əbülfəz bəyin taleyinin siyasət müstəvisinə zorən keçmiş son 15 ilini araşdırmaq fikrinə düşən tədqiqatçılar onun fəaliyyətində siyasi uğurlar və ya uğursuzluqlar, dövlət idarəçiliyində nailiyyətlər və ya səhvlər axtaranda səhv yola düşmüş olacaqlar. Çünki Əbülfəz bəy siyasət adamı deyildi. Onun insan kimi ən böyük səhvi də AXC-də çox sərt şəkildə qoyulmuş prezidentliyə namizədliyinin irəli sürülməsinə, könülsüz də olsa, verdiyi razılıq oldu. Yadıma gəlir ki, o vaxt buna AMİP sədri E.Məmmədov etiraz etmişdi. Mahiyyətcə Elçibəyin nəyə qadir olduğunu duyan Etibar bəy prezidentlik kürsüsünün Elçibəyi şəxsiyyətcə kiçildəcəyini desə də, bu etirazda nəzəri cəhətdən haqlı olduğunu tam açıqlaya bilmədi. Və Elçibəy - dünya malında, şan-şöhrətdə gözü olmayan, elə prezidentlik dövrünü də demək olar ki, prezidentlikdən əvvəl aldığı bir dəst kostyumla keçirən Elçibəy, çox güman ki, nəfsini boğa bilmədi..."

Növbəti fakt və dəlillər isə bunlardır. "Millətin səsi" qəzetinin 19-25 avqust 2001-ci il sayında Aydın Canıyev adlı yazar Ə.Kərimovun sifarişinə uyğun olaraq "Fahişə cəsarəti" başlıqlı məqalə çap etdirmişdi. Məqalədə Azərbaycan xalqını, qadınını və Elçibəyi yazılması mümkün olmayan sözlərlə təhqir edən Aydın Canıyev qəzet bağlandıqda "Azadlıq" qəzetinə işləməyə dəvət olunur.

Elçibəyi təhqir edən digər "Yurd" yazarı Rafiq Tağının ("Vətəndaş həmrəyliyi" təşkilatı) müdafiə kampaniyası başlayır. Əlbəttə, həmişəki kimi: demokratiya, aşkarlıq, söz azadlığı pərdəsi altında.

Elçibəyin mətbuat xidmətinin rəhbəri Ədalət Tahirzadənin "Yeni Müsavat"a müsahibəsindən: "Əks-təbliğatı məhz "Yurd"a məxsus KİV şəbəkəsi aparır"

"...Elçibəyin mətbuat katibi olarkən, özüm gördüm ki, liderimizə qarşı ən mütəşəkkil əks-təbliğatı məhz "Yurd"a məxsus KİV şəbəkəsi aparır və bu şəbəkəyə təlimatı özünü bu gün "millət vəkili" adlandırmaqdan çəkinməyən müxalifətdən olan bəzi siyasi kommersantlar elə partiya qərargahındaca verir. Təsadüfü deyil ki, "Yurda" məxsus qəzetlər hansı səbəbdənsə çıxmadıqda onların müxbirlərini gətirib redaksiyası AXCP ilə bir binada yerləşən qəzetlərdə işə düzəldirdilər". "Yeni Musavat, 27.07.00.

(Ardı var)

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər