Geopolitik xüsusiyyətinə görə Qafqaz regionu çox vacib əhəmiyyət kəsb edən bölgələrdən biridir. Bura Avropa ilə Asiyanı birləşdirən, xristian və müsəlman sivilizasiyalarının kəsişməsində yerləşən mühüm qovşaq rolunu oynayır. Bununla yanaşı, Qafqaz regionu postsovet məkanında hərbi münaqişələrin mövcud olduğu və hər an müharibənin baş verə biləcəyi ən təhlükəli bölgələrdən biridir.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin – Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal olunması, bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və bir milyondan artıq insanın öz ata-baba torpağından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi bu təhlükənin əsas mənbəyidir.Bir qayda olaraq, heç nəyi olmayan insanlar və ya xalqlar bunu özgələrindən əldə etməyə çalışırlar. Tarixi faktlara nəzər salsaq görərik ki, ermənilərin nə tarixi vətəni olub, nə də çox geniş maddi-mənəvi zənginliyi. Buna görə də ermənilər həyatda ancaq yalan, yaltaqlıq, uydurma və ya terror nəticəsində qorunmağa və strateji planlarını həyata keçirməyə çalışmışlar.Erməni strateji planının bir neçə məqsədi vardır:
• dünyada yaşayan erməniləri bir araya gətirmək və erməni "identikliyi"nin, qorunması;
• dünya dövlətlərinin parlamentləri, federal məclisləri və yerli inzibati orqanları tərəfindən erməni "soyqırımı"nın tanınması və Türkiyənin ittiham edilməsi;
• Ermənistanın işğal etdiyi Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması.
Ermənistanda və dünyada yaşayan ermənilər 1915-ci il yerdəyişmə hökmünü "soyqırımı" kimi qələmə verirlər. Türkiyə ilə Ermənistan arasında artıq 19 ildir ki, sərhədlər bağlıdır və embarqo hələ də aradan qaldırılmayıb. Həqiqətdə isə, ermənilər 2015-ci ilədək sərhədlər məsələsinin həll olunmamış qalmasını istəyirlər. Çünki bu onlara beynəlxalq ictimaiyyət vasitəsilə Türkiyəyə təzyiq etmək imkanı yaradır.Ermənilər 1915-ci il hadisələrinə görə qisas almağı planlı şəkildə həyata keçirmişlər. Belə ki, ermənilər Tələt Paşa, Camal Paşa, sonra isə onlarla ziyalı, dövlət adamı və vəzifəli şəxsləri qətlə yetirmişlər. 1970-1980-ci illərdə ermənilər öz ərazi iddialarını səsləndirməklə yanaşı, "ASALA" terror təşkilatı eyni zamanda xaricdəki türk diplomatlarına qarşı müharibə elan etmişdi. Bu günə qədər bu təşkilat öz mövqeyini heç dəyişməmişdir. Belə ki, "ASALA" tərəfindən 2012-ci il sentyabr ayında və daha əvvəllər Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatlarına qarşı yönəlmiş təhdid məktublarının göndərilməsi bunun bariz nümunəsidir.Bu gün Ermənistanın xarici siyasətində dörd istiqamət mövcuddur:
• Rusiya ilə münasibətlərin ön planda saxlanılması;
• ABŞ-la münasibətlərin pozulamaması;
• Avropa İttifaqı ilə əlaqələrin inkişafı;
• Çinlə etimadın yaradılması;
Hazırkı şəraitdə Rusiya Ermənistan üçün Sarqsyan iqtidarının mövcudluğunun, İran isə iqtisadi-maliyyə ehtiyaclarının, enerji daşıyıcılarının təminatçısıdır. Məhz bu səbəbdən Ermənistan xaricdən asılılıq siyasətinin qurbanıdır: İrəvan demək olar ki, bütün addımlarını Moskva və Tehranın istəkləri və maraqları ilə hesablaşaraq atmalıdır.Lakin ermənilər dərk etdirməlidirlər ki, Ermənistandan fərqli olaraq Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır və çoxşaxəli siyasət aparır. Bakı Ermənistan kimi Rusiya, Qərb və İranın maraqlarını nə bir-birinə qarışdırır, nə də ki, müəyyən mənada Moskva asılılığından azad olmaq üçün Qərb və ya Çin ilə münasibətlərdən istifadə edir.Ermənistanda gündəmdən düşməyən miqrasiya problemlərinin, ölkədəki sosial narazılıqların, siyasi elita arasındakı çəkişmələrin, xarici siyasətdəki qeyri-müəyyənliyin, ölkə iqtisadiyyatının ürək açmayan vəziyyətinin fonunda Ermənistan hakimiyyəti əldə nə var sat getsin, lakin hakimiyyəti saxla prinsipini davam etdirməkdədir.Bu yaxınlarda Ermənistan hakimiyyətinin ölkənin Xarici İşlər Nazirliyinin binasını satması bunu göstərir ki, Ermənistanda hər şeyi satmaq və almaq mümkündür. Bu addım Ermənistanın Xarici İşlər Nazirliyinə dövlət institutu, ölkənin xarici siyasətinin, dövlətçiliyinin bir növ rəmzi kimi deyil, yalnız kommersiya məqsədi ilə yanaşdığını göstərir.Dövlətçilik mədəniyyəti olan ölkədə Xarici İşlər Nazirliyinin binasını qazanc əldə etmək məqsədi ilə mehmanxanaya çevirməzlər. Bu hadisənin baş verməsi ölkədəki vəziyyətin necə acınacaqlı olduğunu və respublika rəhbərliyinin səviyyəsini göstərir. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Sarqsyan hakimiyyətinin apardığı xarici siyasəti dəyərləndirərək bele deyib: "Ermənistanın xarici siyasəti ideoloji bazadan məhrum olmuş diplomatik şouya çevrilmişdir".
Newtimes.az