PDF Oxu

Araşdırma

  • 1 200

ABŞ Türkiyənin Suriya ilə sərhəddə “Petriot” raketləri yerləşdirmək barədə müraciətini dəstəkləyib

ABŞ Türkiyənin Suriya ilə sərhəddə “Petriot” raketləri yerləşdirmək barədə müraciətini dəstəkləyib

ABŞ Türkiyənin NATO-ya ünvanladığı Suriya ilə sərhəddə "Petriot" zenit-raket komplekslərini yerləşdirmək barədə müraciətini dəstəkləyir.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin rəsmisi Mark Toner bildirib."Biz NATO üzrə müttəfiqimiz olan Türkiyənin təhlükəsizliyinin təmin olunması məsələsinə çox ciddi yanaşırıq və Ankaranın müraciətini dəstəkləyirik", - deyə Toner vurğulayıb.Toner Qəzzə böhranı ilə əlaqədar Ankara və Təl-Əvivin münasibətlərinin gərginləşməsinin Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcəyi barədə suala birbaşa cavab verməkdən yayınıb."Türkiyə bizim müttəfiqimiz və yaxın tərəfdaşımızdır. Biz təbii ki, onun bölgədə tez-tez etdiyi kimi konstruktiv rol oynayacağını gözləyirik. Biz sadəcə deyirik ki, bəzi liderlərin ayrı-ayrı şərhləri qeyri-konstruktivdirlər", - deyə Toner əlavə edib.O xatırladıb ki, NATO baş katibi Anders Foq Rasmussen Ankaranın Suriya ilə sərhəddə "Petriot" raketləri yerləşdirmək barədə müracətini aldığını təsdiqləyib.Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankara Türkiyəyə "Petriot" raketləri verəcək ölkələrlə razılığa gəlib.Niderland Müdafiə Nazirliyi lazım olduqda Niderland və Almaniyanın Türkiyəyə Suriya ilə sərhədi qorumaq üçün "Petriot" raketləri verə biləcəyini bəyan edib."Hələlik Türkiyədən müraciət gəlməyib, lakin Almaniya və Niderland Avropada belə raketlərə sahib olan yeganə dövlətlərdir", - deyə nazirliyin nümayəndəsi bildirib.Almaniya və Niderland müdafiə nazirləri ötən həftə Türkiyədə "Petriot" raketlərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.Xatırladaq ki, Almaniyanın "Süddeutsche Zeitung" qəzeti yaxın vaxtlarda alman hərbçilərinin NATO-nun Türkiyədəki missiyasında iştirak edə biləcəklərini yazıb. Məqaləyə əsasnə, Ankara NATO rəhbərliyinə Suriya ilə sərhəddə "Petriot" zenit raketlərini yerləşdirmək barədə müraciət edib. NATO isə öz növbəsində müraciətə müsbət cavab vermək niyyətindədir.Əməliyyat çərçivsində alman ordusu Türkiyəyə raketlərə qulluq etmək üçün 170 nəfərə yaxın hərbçi göndərəcək.Son aylar Türkiyənin sərhədyanı əraziləri Suriya tərəfdən dəfələrlə atəşə tutulur.

Newtimes.az

Digər xəbərlər