"Demokratiya" və "insan hüquqları" kimi dəyərlərə istinad edən xarici qüvvələr geosiyasi mənfəətlərini güdməklə məşğuldurlar
Azərbaycanın uğur reallığının dünya miqyasında getdikcə daha mötəbər yer tutması hər zaman bəzi xarici və yerli mənfəətpərəst siyasi qüvvələrin maraqları ilə ziddilik təşkil etmişdir. Çünki əldə edilən davamlı uğurların nəticəsi olaraq, burada inkişaf edən, güclənən və qüdrətlənən məhz Azərbaycan tərəfidir. Belə bir məqamda sözügedən qüvvələrin daha da azğınlaşması təbiidir. Yəni mənfəət götürən onlar deyil, dövlətimiz və xalqımızdır. Ancaq məsələ yalnız həmin qüvvələrin ölkəmzidə davamlı şəkil almış inkişaf və tərəqqini gözügötürməzlikləri ilə bitmir. Onlar hər vəchlə, əllərinə düşən hər kiçik məqamda belə, qaranlıq maraqlarını gerçəkləşdirməyə cəhdlər göstərirlər. Əksər hallarda bu amil özünü müxtəlif cəhətlərdən nümayiş etdirməkdədir. "Demokratiya", "insan haqlarının müdafiəsi" kimi sivil dəyərlərə "istinad" edən bu qüvvələr, əslində, bu kimi vasitələrlə daha çox özlərinin maraqlarını reallaşdırmağa səy göstərirlər. Onların köklü məqsədləri isə budur: nəyin bahasına olursa-olsun, Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, nəticədə, ölkənin beynəlxalq imicinə zərbə vurmaq.
Beş-on nəfər reneqatın fikri, ümiumiyyətlə, Azərbaycan ziyalısının baxışı kimi təqdim olunmamalıdır
Buna misal kimi həmin qüvvələrin ölkə daxilində və xaricdə özləri və yaxın olduqları erməni lobbisi tərəfindən yaradılmış təşkilatları göstərmək mümkündür. Təbii ki, bu kimi işlərdə onlara canfəşanlıqla kömək göstərənlər də məhz sapı özümüzdən olan baltalar olurlar. Ölkədə "ənənəvi müxalifət" kimi cəmiyyətə sırınan siyasi partiyalar və onların "liderləri" belə qüvvələrlə yaxından təmaslar ququr, bununla da, ölkənin beybnəlxalq imicinə zərbə vurmağa çalışırlar. Buna misal kimi "Ziyalılar Forumu" adı altında yaradılmış reneqatlar toplumunu göstərmək mümkündür. Əslində, Eldar Namazovun, Rüstəm İbrahimbəyovun, Rafiq Əliyevin, Cəmil Həsənlinin digər bir neçə nəfərin dəstəsi kimi tanınan qondarma qurumun üzvləri həmin fəaliyyətləri ilə həqiqətən də ziyalı olmadıqlarını sərgiləyirlər. Daha dəqiq desək, reneqatlar yığıncağının özlərini ölkə ziyalılarının "qaymağı" kimi təqdim etmələri onların nə qədər dar düşüncəyə malik olduqlarını kifayət qədər biruzə verir. Çünki məqsədlərinin, əslində, nədən ibarət olduğunu özləri də anlamayan qurum təmsilçiləri zaman-zaman bir-birləri ilə də ciddi qarşıdurmalara gedirlər. Bunun səbəbi isə xarici ağaları tərəfindən xərclənən kirli pulların bölüşdürülə bilinməməsi, eləcə də, özlərini onları qəbul etməyən cəmiyyətə bir-birindən daha "ağıllı" təqdim etmələridir. Ancaq "forum" üzvləri unudurlar ki, onların heç biri, heç vaxt cəmiyyət arasında ciddi qəbul olunmayıblar. Yəni onların xalqın dəstəklədiyi hakimiyyətə qarşı çıxmalarının arxasında şəxsi məqsədlərinin reallaşmaması kimi faktorlar dayanıb. Bir neçəsi millət vəkili seçilmədiyinə görə, bir neçəsi biznes layihələrini gerçəkləşdirə bilmədiklərinə görə, bir neçəsi isə işinə etinasız yanaşdığı üçün işidən qovulduğuna görə xalqın dəstək verdiyi hakimiyyətə qarşı çxış edirlər. Bu kimi addımları siyasiləşdirərək, xarici qüvvələrin maraqlarını təmin etmək isə ən azından dövlətə və xalqa qarşı mənəviyyatsızlıq kimi dəyərləndirilməlidir. Reneqatlar toplumu dərk etməlidir ki, Azərbaycan ziyalısı beş-on nəfər reneqat deyil, Azərbaycan ziyalılarının sayı yüz minlərlədir və beş-on nəfərin fikri, ümumiyyətlə, Azərbaycan ziyalısının baxışı kimi təqdim olunmamalıdır.
Bu, erməni xisləti və xarici dairələrin ölkəmizə gedən inkişaf və tərəqqiyə qarşı aparılan çirkin oyunun tərkib hissəsidir
Başqa tərəfdən, burada xarici qüvvə amilini Rusiyada yaradılmış və "Milyarderlər İttifaqı" kimi (RATİ) adlandırılan qondarma təşkilatda da görmək mümkündür. Guya həmin təşkilatın hər hansı bir diaspora işi ilə məşğul olduğunu iddia etməsi heç də gerçəkliyi və səmimiıiyi əks etdirmir. Belə ki, qondarma təşkilat rəhbərliyinin Rusiyada fəaliyyət göstərən erməni diasporası ilə daha yaxından ilgilənməsi, düşmən ölkənin iş adamları və oliqarxları ilə müştərək əməkdaşlıq etmələri Azərbaycan ictimaiyyəti tərəfindən qətiyyətlə qəbul olunmur və rədd edilir. Daha çox bazar adamı kimi tanınan Söyün Sadıqovun adıçəkilən təşkilata rəhbərlik etməsi isə, bütövlükdə, onların hansı təfəkkürə malik olmalarını nümayiş etdirir. Eyni zamanda, bu, Rusiyada təməlli olaraq formalaşmış Azərbaycan diasporunun parçalanmasına cəhd kimi də qiymətləndirilir.
Əlbəttə ki, burada erməni lobbisi ilə yaxın təmaslar mövcuddursa, demək, RATİ-nin fəaliyyətində anti-Azərbaycan çalarlarının görünməsi də təbiidir. Çünki erməni lobbisinin əsas məqsədi sözdə adıçəkilən qurumla yaxınlıq göstərməsi deyil, burada əsas məqsəd Azərbaycan lobbisi daxilində parçalanma yaratmaqdır. Daha dəqiq desək, bu, erməni xisləti və xarici dairələrin ölkəmizə gedən inkişaf və tərəqqiyə qarşı aparılan çirkin oyununun tərkib hissəsidir.
Ancaq bəri başdan da proqnozlaşdırmaq mümkündür ki, bu kimi amillər heç vaxt güclü Azərbaycan dövlətinin möhkəm təməlini sarsıda bilməz. Çünki Azərbaycanda möhkəm dayaqlara söykənən dövlət-xalq və xalq dövlət vəhdəti mövcuddur. Bu mövcudluq özünü bir daha - 2013-cü il prezident seçkilərində təsdiq edəcək. Məhz onda sözügedən xəyanətkar qüvvələr qınlarına çəkilərək, acı məğlubiyyətlərinin ağrısını çəkməyə məcbur olacaqlar. Hər halda, buna çox az zaman qalıb.
R.NURƏDDİNOĞLU