PDF Oxu

Araşdırma

  • 7 133

Radikal müxalifət: xəyanətin anatomiyası

Radikal müxalifət: xəyanətin anatomiyası

Radikal müxalifət beynəlxalq aləmdəki müxtəlif erməni mənbələrindən maliyyələşir

Ölkədə 2013-cü prezident seçkiləri yaxınlaşdıqca, dağıdıcı müxalifət nümayəndələri maliyyə və dəstək mənbəyi axtarışına çıxıblar

Siyavuş Novruzov: "Vaxtilə Gürcüstanda Əli Kərimlinin adamlarının ermənilərlə danışqılara getməsi, onlardan pul alması və sair halların şahidi olmuşuq"

Ötən il ərzində baş vermiş proseslərin məntiqi nəticəsi olaraq, radikal müxalifətin tamamilə iflasa uğraması bu düşərgənin nümayəndələrini çıxılmaz vəziyyətə salıb. Nəzərə alsaq ki, "Eurovision-2012" ərəfəsində xarici qüvvələrdən direktivlər alaraq, ölkədə qarşıdurma yaratmağa cəhd göstərən və fəaliyyəti nəticəsiz qalan radikal müxalifət bu gün inamsızlıq atmosferinə düşüb. Artıq Azərbaycanda böhranın yaranmasını arzulayan qüvvələr nə Müsavata, nə də AXCP-yə bel bağlamaq niyyətində deyil. Çünki məlum hadisələr zamanı "etimadı" doğrulda bilməyən radikallar sonradan sifarişçilər tərəfindən böyük tənqidə də məruz qalıblar. Hər bir qüvvə anladı ki, nə İsa Qəmbərin, nə də Əli Kərimlinin Azərbaycanda dəstəyi yoxdur. Onları yalnız qohumlarından ibarət bir dəstə adam dəstəkləyir, o da ki, maddi maraqlara görə. Bu faktı hətta səfəri zamanı jestlərlə ifadə edən Hillari Klinton, Herman van Rompey və digər avropalı diplomatlar Müsavatla AXCP-nin sosial dəstəksiz dərnək olduqlarına işarə ediblər. Bu səbəbdən də, ölkədə 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət nümayəndələri maliyyə və dəstək mənbəyi axtarışına çıxıblar.

Əli Kərimlinin ermənilərlə əməkdaşlığı günün reallığıdır

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Növruzov deyib ki, Azərbaycanda seçkilər yaxınlaşdıqca, bu qruplar ermənilərlə əlbir olaraq dövlətə, ölkədə görülən uğurlu işlərə, isalahatlara, vətənə xidmət edən insanlara qarşı çıxışlar edirlər. Onlar ermənilərlə iş birliyinə hazırdırlar, təki Azərbaycan hakimiyyətində hansısa bir yeri tutsunlar. "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi"nin rəhbərlərindən biri milliyətcə ermənidir. O, uzun müddət Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən işgəncələrdə, terror hadisələrində iştirak edənlərlə birgə olub, onlarla dostluğu ilə öyunüb.

S. Novruzov E.Baqdasaryanın Azərbaycanda istinad etdiyi mənbələri də ittiham edib: "Onun Azərbaycanda istinad etdiyi mənbələr dövlətçiliyimizin əleyhinə olan AXCP sədri Əli Kərimli, "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və digər bu kimi qurumlardır. Hansı ki, bu mənbələr daima Azərbaycan əleyhinə yalan, böhtan, şantaj və digər bu kimi xarakterli məlumatlar yaymaqla məşğuldurlar".

Deputat AXCP sədri Əli Kərimlini Edik Baqdasaryanla əməkdaşlıq etməkdə ittiham edib: "Bu bir daha da onu göstərir ki, Əli Kərimli və onun dəstəsi hakimiyyətdə olmaq üçün hətta şeytanla da əlbir olmağa hazırdır. Azərbaycanlılara qarşı terror həyata keçirmiş erməni ilə belə əlbir olub, fəaliyyət göstərmək artıq onların nə xislətə malik olmalarından xəbər verir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bildiyiniz kimi, vaxtilə Gürcüstanda Əli Kərimlinin adamlarının ermənilərlə danışqılara getməsi, onlardan pul alması və sair halların şahidi olmuşuq. İndi də təkrar olaraq göründü ki, Azərbaycanda seçkilər yaxınlaşdıqca, bu qruplar ermənilərlə əlbir olaraq dövlətə, ölkədə görülən uğurlu işlərə, isalahatlara, vətənə xidmət edən insanlara qarşı çıxışlar edirlər. Onlar ermənilərlə iş birliyinə hazırdırlar, təki Azərbaycan hakimiyyətində hansısa bir yeri tutsunlar".

S.Novruzov AXCP-nin beynəlxalq aləmdəki müxtəlif erməni mənbələrindən maliyyələşdiyini bildirib: "Seçkiqabağı istəyirlər ki, o maliyyə bir az da artsın. Bunun üçün də bu cür saxta sorğular kimi yaramaz əməllərlə məşğul olurlar".

İsa Qəmbər də ermənilərlə iş birliyindədir

Xatırlatmaq yerinə düşər ki, AXCP sədri Əli Kərimlinin nümayəndəsi Ruslan Bəşirli Azərbaycan dövlətinə və xalqına qarşı ermənilərlə sövdələşmə apararkən, məhz Gürcüstanın ərazisində ermənilərlə görüşmüşdü. Həmin vaxt Ruslan Bəşirli ermənilərdən 2000 dollar almaqla, hətta Dağlıq Qarabağın satlıq olduğunu ortaya qoymuşdu. Elə İsa Qəmbər də eyni vəziyyətdədir.

Müsavat başqanı ermənilərlə razılıq əldə etmək üçün Almaniyada müqaviləyə imza atmışdı. Görünür, bu dəfə də İsa Qəmbər ermənilərlə razılığa gəlmək və təxribatlar törətmək niyyətindədir. Ona görə də, Müsavat pariyası öz elçilərini erməni lobbisinin güclü olduğu dövətlərə göndərməklə çalışır ki, müxtəlif anti-Azərbaycan qüvvələrilə razılaşmalar əldə etsinlər.

Radikal müxalifət niyyətinə çatmaq üçün ASALA ilə razılığa gələ bilər

Əlbəttə ki, radikal müxalifətin hər vasitə ilə ermənilərə yaxınlaşdığı halda, ortaya bəzi məntiqi fikirlər də çıxmış olur. Belə ki, Emənistanın dövlət səviyyəsində dəstəklədiyi ASALA terror təşkilatı Azərbaycana qarşı təhdid dolu mesajlar göndərməkdə davam etməsi heç kəsə sirr deyil. Lakin bu terror təşkilatı təkbaşına Azərbaycana girə və təxribatlar törədə bilməz. Çünki Azərbaycanın hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı buna imkan vermir. Bu mənada da onlar Azərbaycanın daxilindəki antimilli qüvvələrlə əməkdaşlığa can ata bilərlər. Bu antimilli qüvvələr qismində isə daim Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətkar sövdələşmələrə getmiş radikal müxalifət çıxış edə bilər.

Əlbəttə ki, Azərbaycan ictimaiyyəti bu günə qədər radikal müxalifətin hər bir çirkin oyununu görüb və ASALA ilə əməkdaşlığını da görə bilər.

Ramil Səfərovu qatil adlanlıran da radikal müxalifət idi

Əlbəttə ki, radikal müxalifətin xəyanətkar fəaliyyətilə bağlı faktlar çoxdur və onların hamısı ictimaiyyətə də bəllidir. Lakin həmin xəyanətin ən pik nöqtələrindən birini də radikal müxalifətin Ramil Səfərovu qatil adlandıraraq, onun yenidən həbsxanaya qaytarılmasını istəməsi təşkil edir. Ötən ilin avqust ayında bütün dünyanın anti-azərbaycançı dairələrinin təzyiqlərini diqqətə almadan beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiyasına nail olan Prezident İlham Əliyevin əməlinin xalq tərəfindən dəstəkləndiyii halda, nədənsə, radikal müxalifət ermənilərin səsinə səs verərək, cəmiyyətin iradəsinə qarşı çıxmağa başladı. Təbii ki, Azərbaycandakı antimilli qüvvələrin səyləri başadüşülən deyil. Onlar sırf erməni mövqeyindən çıxaraq, Ramil Səfərovu qatil adlandırırlar. İstənilən səviyyədə düşünərkən belə radikalların bu cür ifadəsini anlamaq mümkün deyil. Buna yalnız bir ad vermək olar: düşmənçilik, erməniçilik.

Ramil Səfərovun azadlığına qovuşmasına sevinməyən radikal müxalifət Azərbaycan xalqının iradəsinin əksinə olduğunu bir daha nümayiş etdirib. Bu mövqe ilə onlar yenidən ermənilərə olan sevgisini, dəstəyini ifadə edib. Göründüyü kimi, radikal müxalifətin ermənilərlə əməkdaşlığını sübut edən bütün faktların bağlarının iri bir kökü var ki, onu da inkar etmək mümkün deyil...

"Səs" Analitik Qrupu

Digər xəbərlər