PDF Oxu

Araşdırma

  • 1 494

Ermənistanda seçkiərəfəsi vəziyyət

İşğalçı ödkədə heç bir yenilik gözlənilmir

Ermənistanda seçkiərəfəsi vəziyyət

Dünyada işğalçı dövlət kimi tanınan Ermənistanda prezident seçkiləri ərəfəsində siyasi qüvvələrin susqunluğu prosesi yenidən başlayıb. Ermənistanın idarəçilik üzrə eksperti Arutyun Mesropyan bildirib ki, prezident seçkiləri ərəfəsində siyasi qüvvələrin susqunluğu siyasi partiyaların işlətdiyi üsuldur, bu yolla onlar öz qiymətlərini artırırlar ki, sonra daha baha qiymətə satılsınlar: "Ermənistanda seçkiqabağı qeyri-müəyyənlik siyasi müstəvi və klassik anlamda siyasi partiyaların mövcud olmaması ilə bağlıdır. Partiya siyasi fəaliyyətlə assosiasiya olunmalıdır, Ermənistanda isə onlar ən yaxşı halda bir şəxsiyyət ətrafında formalaşıb, ən pis halda da - əgər hansısa "nüfuzlu" şəxsiyyət yoxdusa - maliyyə, iqtisadi və ya şəxsi maraqlar üzərində təşəkkül tapıblar. Ermənistanda hər 5 ildən bir seçki yox, olimpiya oyunları keçirilir, bu zaman elə bil ki, hər kəs çempion titulu uğrunda mübarizə aparır. Həmin siyasi qüvvələrin hansınınsa prezident olmasından asılı olmayaraq, 2013-ün ilin martı yeni məyusluğa və ölkədən miqrasiya axınının güclənməsinə gətirəcək".

Seçkilərdəki potensial namizədlərə gəlincə, ekspert vurğulayıb ki, prezident postu uğrunda indiki prezident Serj Sarkisyan və "İrs"in lideri Raffi Ovannisyan mübarizə aparacaq. "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyana gəlincə, o, ən böyük ictimai reytinqə malikdir və bu üzdən onun öz namizədliyinin irəli sürməməsi məntiqsizlik olardı".

Erməni ekspertinə görə, sabiq prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresi və "Daşnaksütyun" isə daha çox konkret ideya və proqramın ətrafında birləşməyin tərəfdarıdır. Lakin o, son anda bu qüvvələrin Tsarukyana dəstək verəcəyini ehtimal edib.

Növbəti seçkilərin nəticələri əvvəlki seçkilərdən fərqlənməyəcək

Ermənistanda gələn il keçiriləcək prezident seçkilərinin nəticələrini və gedişatını aydınlaşdırmaq üçün 4 il əvvəlki seçkiləri xatırlamaq lazımdır. 2008-ci ildə Ermənistan Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan müxalifətin vahid namizədi kimi seçkilərə qatıldı. Lakin o, "konsensus minus Serj Sarkisyan" formatına nail ola bilmədi. Doğrudur, Ter-Petrosyanı çoxsaylı siyasi qüvvələr və ictimai xadimlər dəstəkləsələr də bu ictimaiyyətin geniş kütlələrinin EMK liderinin tərəfində olması demək deyildi. Ona görə də, bugünkü rejimin 5 il əvvəlki rüsvayçılıqların bir daha təkrarlanmaması və seçkilərin legitimliyini təmin eləmək üçün hansı taktika seçəcəyi çox qəribə görünür. Doğrudur, Ter-Petrosyan xalqın geniş etiraz kütləsini yarada bildi, insanları küçələrə çıxarır, lakin bu, Yerevandakı qəddar və hiyləgər iqtidara qalib gəlmək üçün yetərli deyil. İqtidarın əlində güc strukturları, inzibati, informasiya, kriminal və maliyyə resurslarının olması müsbət nətəcəyə nail olmağa imkan vermir. Lakin 2013-cü ildə keçiriləcək prezident seçkilərində hər şey fərqli olacaq. Çünki bu gün hakimiyyətin monoliti çox ciddi çatlar verib. Robert Köçəryanın "cib təşkilatı" olan "Çiçəklənən Ermənistan" partiyasının hakimiyyət koalisiyasına daxil olmaqdan boyun qaçırması Sarkisyana ağır zərbədir. Qeyd etmək lazımdır ki, çatlar iqtidardakı Ermənistan Respublika Partiyasında, habelə, hakimiyyətin müxtəlif düşərgələrində də var.

Göründüyü kimi, indi "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və Erməni İnqilabi Federasiyası-Daşnaksütyun əməkdaşlığa, bir olmağa məhkumdur. Serj Sarkisyanı təbdən çıxaran da elə budur. İndi ən maraqlı məsələ isə seçkiərəfəsi hakimyyət ilə müxalifətin satqın və xəyanətkar qismi arasındakı əlaqələrin güclənərək hansı səviyyəyə çatmasıdır.

A.Səmədova

Digər xəbərlər