PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANI REGİONDA İQTİSADİ GÜC MƏRKƏZİNƏ ÇEVİRƏCƏK
Giriş: 2012-ci ili yüksək nailiyyətlərlə başa vuran Azərbaycan Respublikası yeni dönəmə qədəm qoyur. İnkişafının keyfiyyətcə daha yeni bir mərhələsinə adlayan dövlətimizin bu il ərzində də uğurlar qazanacağı heç kəsdə şübhə doğumur. Xüsusilə də, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrasının ilk ilinin 2013-cü il olduğunu nəzərə alsaq, cəmiyyətimizin sosial-iqtisadi və ictimai-siyasi kontekstdə daha da irəliləyəcəyini əminliklə söyləmək olar. Həmçinin, sosiumun keyfiyyətcə yeni dəyərlər qazanması, hakimiyyətlə vətəndaşlar arasında konstruktiv dialoqun qurulması, insanlarda hakim elitaya münasibətdə möhkəm inamın formalaşması sözügedən uğurların davamlı olacağına da əminlik yaradır. Əlbəttə ki, perspektiv inkişafın konstant apriorunu təşkil edən, sosial-iqtisadi və siyasi təməl rolunu oynayan bu günə qədər əldə olunmuş nailiyyətlər son 10 ilin (2003-2013) uğurlarıdır. Təbii ki, 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırıb, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaradıb. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanıb. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malikdir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim öncül sırada dayanır. Bütün bunlara da son 10 il ərzində nail olunub. Ona görə də, 2003-2013-cü illəri müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırırıq. "Qızıl onillik" çərçivəsində Azərbaycanın iqtisadi qüdrətindən yazırıq...
"Azərbaycan hazırda Avropanın yüksək inkişaf etmiş dövlətləri sırasına daxil olmaqdadır. Beynəlxalq İnvestisiya Mərkəzinin (OECD) yaxınmüddətli dövr üzrə proqnozlarına görə, ölkədə yüksək maliyyə sabitliyi və inkişaf indikatorları sayəsində yüksək artım, insanların gəlirlərinin yüksəlməsi gözlənilir. Azərbaycan son 10 ildə ümumi daxili məhsulun artım tempinə görə, ən sürətlə inkişaf edən postsovet ölkəsidir. ÜDM 2000-ci ildə 650 dollar idisə, hazırda 7000 dollara çatıb. Bu göstərici bir neçə ildən sonra OECD-nin 15000 ABŞ dolları təşkil edən üzv dövləti səviyyəsinə çata bilər". Bu barədə Beynəlxalq İnvestisiya Mərkəzinin prezidenti Daniel Vitt bildirib. Onun sözlərinə görə, Azərbaycan bir çox tədbirlər sayəsində iqtisadi yüksəliş, adambaşına düşən ÜDM, Mərkəzi Bank və Dövlət Neft Fondunun ehtiyatları, neft hasilatı üzrə irəliyişini davam etdirib. Nəticədə, xalqın firavanlığı təmin edilibib. "Bu, həqiqətən də, bu gün bir çox Avropa ölkələri üçün münasib ibrət dərsidir".
Beynəlxalq İnvestisiya Mərkəzinin (OECD) prezidenti Daniel Vitt əldə olunan uğurların təməlində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin praqmatik və çevik siyasi platformasının dayandığını bildirib: "Müstəqilliyin ilk on ili ərzində Prezident Heydər Əliyevin və Onun iqtisadi məsləhətçilər qrupunun rəhbərliyi və islahatlarla bağlı çox qəbul olunmuş qərarları səmərəli nəticə verib, iqtisadiyyatın həcmi müstəqillik dövründə təxminən 8 milyard ABŞ dollarından 48 milyard ABŞ dollarına qədər artıb. Araşdırmalarımız da göstərir ki, bu, bütün MDB ölkələrində baş verməyib. Bəzi ölkələr çətin iqtisadi islahatların və bu islahatlara "sona qədər tab gətirməyə" siyasi cəsarətin və çağırışların "meyvələrini" dadmaqdadırlar. Son 15 il ərzində Azərbaycan güclü makroiqtisadi göstəricilər nümayiş etdirmişdir ki, bu da, onun xalqının firavanlığının təmin olunması deməkdir. Son onillikdə artım orta hesabla ildə 17% təşkil edib və hazırda 4-5 %-lə davam etməkdədir".
Azərbaycanın ötən il ərzində həyata keçirdiyi uğurlu islahatlar MDB regionunda iqtisadi, siyasi və sosial modernləşmə modelinin müəlligi kimi böyük nüfuz qazanmasına səbəb olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin və siyasi varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən təqdirə layiqdir və açıq investisiya siyasəti Azərbaycanı kökündən dəyişdirib, xalqın tərəqqisinə imkan yaradıb". Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi idarəetmədə prinsipial, uyğun və nizamlı yanaşma prinsipinin çox gözəl nəticələr verdiyini söyləyən D.Vitt ölkəmizdə rəqabətli və şəffaf investisiya rejiminin davamlı şəkildə mükəmməlləşdiyini bəyan edib.
1997-ci ildən indiyədək OECD-nin MDB-yə daxil olan ölkələrin maliyyə və investisiyaları tənzimləyən rejimlərinə nəzarət edən və onları müqayisə edən 17 Xüsusi Hesabat dərc etdiyini bu hesabatlara Azərbaycan hər zaman fəxrlə daxil olduğunu deyən D.Vitt bunu mükəmməl siyasi proqramların hazırlanması ilə səciyyələndirib: "İqtisadi islahatlar"a "sona qədər tab gətirməyin" və açıq iqtisadi siyasətlərin mühümlüyünü anlamaq, xüsusən də, belə siyasətlər son dərəcə açıq və rəqabətli siyasi mühitdə daxili siyasi rəqiblər və kütləvi-informasiya vasitələri tərəfindən iddia edildiyi halda, vacibdir. Eləcə də, zahirən Azərbaycanın siyasətləri qlobal iqtisadi böhran ərzində sınaqdan keçirilib. Lakin Prezident İlham Əliyev, müstəqilliyin qazanılmasından sonrakı illərdə eyni şəkildə sınaqdan keçirildiyi zaman da atasının etdiyi kimi, tutduğu yoldan geri dönmədi. MDB ölkələri müstəqillikdə müəyyən dərəcədə eyni problemlərlə üzləşmişlər. İndi onlar nə vəziyyətdədirlər. Onların heç də hamısı eyni qətiyyətlik, sarsılmazlıq göstərməyib və iqtisadi islahat yolunu keçməyiblər".
"Həyata keçirilən siyasət davamlı olmaqla yeni uğur gətirəcək" deyən Beynəlxalq İnvestisiya Mərkəzinin prezidenti cənab İlham Əliyevin modernizasiya doktrinasının iqtisadi fəaliyyət diapazonunun genişləndirilməsinin əsas açarı olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev dövlət başçısı kimi birinci beş ildə nəzərdə tutulmuş islahatlar proqramındakı tədbirlərin, verdiyi vədlərin vaxtından əvvəl həyata keçirilməsinə nail olan siyasi lider kimi xalq qarşısında xidmət etməyin yeganə meyar olduğunu sübut etmiş oldu. Bu, həm də Prezidentin 2003-cü ildə hakimiyyətin məsuliyyətini dərk edərək siyasi-iqtisadi idarəetmə sisteminin bütün komponentlərinə dərindən bələd olmasının təsdiqidir.
Hazırda yeni inkişaf erasına daxil olmuş Azərbaycan idarəetmə sistemini hazırda ən müasir innovasiyalara uyğun qurmaqdadır. Son illər, bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət hakimiyyəti orqanları irimiqyaslı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə keçiblər. Bu prosesin hərəkətverici qüvvəsi dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə tələbatın artmasıdır.
Bu gün Azərbaycanda aparılan islahatların əsas motivi elektron formada dövlət xidmətlərinin göstərilməsinə keçiddir. Əhəmiyyətli investisiyalar və səylər də məhz bu istiqamətdə cəmləşib. Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat və digər sahələrdə artıq bəzi informasiya sistemləri yaradılıb. Ölkə rəhbərliyinin bəyan etdiyi informasiyalaşdırma və dövlət elektron xidmətlərinin tətbiqi kursu saxlanılır, həyata keçirilən bütün obyektlər elektron hökumətin qurulması kimi bir məqsəd üzrə birləşib.
Daniel Vitt deyib ki, hazırda yeni inkişaf erasına daxil olmuş Azərbaycan idarəetmə sistemini hazırda ən müasir innovasiyalara uyğun qurmaqdadır. Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət hakimiyyəti orqanları irimiqyaslı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə keçiblər. Bu prosesin hərəkətverici qüvvəsi dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə tələbatın artmasıdır.
Bu gün Azərbaycanda aparılan islahatların əsas motivi elektron formada dövlət xidmətlərinin göstərilməsinə keçiddir. Əhəmiyyətli investisiyalar və səylər də məhz bu istiqamətdə cəmləşib. Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat və digər sahələrdə artıq bəzi informasiya sistemləri yaradılıb. Ölkə rəhbərliyinin bəyan etdiyi informasiyalaşdırma və dövlət elektron xidmətlərinin tətbiqi kursu saxlanılır, həyata keçirilən bütün obyektlər elektron hökumətin qurulması kimi bir məqsəd üzrə birləşib.
Beynəlxalq İnvestisiya Mərkəzinin prezidenti Daniel Vitt Azərbaycanın işıqlı gələcəyinin müəllifi olan Prezident İlham Əliyevin yeni innovativ iqtisadiyyatın qurulması ilə bağlı müəyyyən etdiyi hədəflərin qeyri-neft sektorunun bir çox sahələrində ugurlu nəticələrin əldə edilməsinə zəmin verdiyini də xatırladıb. Bu siyasət Azərbaycanı regionda iqtisadi güc mərkəzinə çevirəcək, maliiyə qüdrətini artıracaq: "Cəsarətli addımların atılması Bakının Maliyyə Mərkəzinə çevrilməsinin reallaşdırılmasında və ya kənd təsərrüfatı məhsullarınızın emalında, yüksək texnologiya sektorlarının inkişaf etdirilməsində zəruri olacaq. Uğur uğur gətirər. "Azərbaycanda birinci nəsil investisiyaların uğuru müxtəlif sahələrə növbəti nəsil investisiyaların cəlb edilməsi üçün vacibdir" deyən D.Vitt Azərbaycanın iqtisadiyyat, investisiya, siyasət və şəffaflığı təmin edən əlavə islahatlarla bağlı növbəti uğurlu addımları atacağına inadiğını dedi: "İrəlidə - investisiya dünyası Azərbaycanın iqtisadiyyat, investisiya, siyasi və şəffaflığı təmin edən əlavə islahatlarla bağlı növbəti addımlarını atmasını gözləyir. Bunun üçün məqsədlərin yüksək səviyyədə müəyyən edilməsi davam etməlidir. Azərbaycan vergi siyasəti administrasiyası, iqtisadi və ticarət siyasəti islahatları sahəsində regional və qlobal lider olaraq qalmaqda davam etməlidir. Digər ölkələr sizin mütərəqqi, açıq investisiya islahatlarınızı təqib etmiş və edəcəklər. Azərbaycan OECD, IOTA və ITIC kimi beynəlxalq maliyyə təşkilatlarında liderliyini davam etdirəcək".
"Səs" Analitik Qrupu