Qısa müddətdə Bakı şəhəri dünyanın ən inkişaf etmiş və gözəlləşən şəhərinə cevrilib
Prezident İlham Əliyev tərəfindən imzalanmış "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncama əsasən əhəmiyyətli işlər görülmüş və bu işlər son illər daha da sürətlənmişdi. Bu baxımdan bu gün Bakı inkişaf sürətinə və görünüşünə görə dünyanın ən gözəl şəhərləri sırasındadır. Ölkə başcısının Bakıda və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması haqqında verdiyi Sərəncamdan sonra görülən işlər və həyata keçirilən layihələri bir sıra ciddi problemlərin həllinə kömək edib. Şəhərdə misli görünməmiş abadlıq və yenidənqurma işləri aparılıb. İnamla demək olar ki, elə bir küçə, prospekt yoxdur ki, orada abadlıq və yenidənqurma işləri aparılmasın. Bu gün Bakı ərtafı kənd və qəsəbələrdə görülmüş işlər miqyasına görə çox böyükdür. Milli Parkın ərazisinin köhnə müəssisələrin köçürülməsi hesabına genişləndirilməsi, Bayraq Meydanının tikilməsi və bu ərazidən yeni yolun çəkilməsi insanlarımıza rahatlıq, paytaxtımıza isə əlavə gözəllik bəxş edib. Belə yeni və müasir ünvanlar - metro stansiyaları, parklar, yaşıl zolaqlar, otellər, mədəniyyət ocaqları, çox zolaqlı yollar, tıxacların aradan qaldırılması üçün görülən işlər əhəmiyyətlidir.
Avropa ölkələrindən gələn turistlər isə şəhərimizin gözəlliyinə Xəzər dənizinə heyran qaldılar. Bakının tarixi qədimliyi, bir o qədərdə müasirliyin vəhdəti hər bir qonağı özünə heyran qoyur.
Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin infrastrukturunun yenilənməsi, yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli və ardıcıl işlər davam etdirilir. Bütün bunlar paytaxt sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaratmaqdadır. Bir sözlə, Bakı şəhəri o qədər gözəlləşmiş, müasirləşirmişdir ki, bir sıra inkişaf etmiş Avropa şəhərləri ilə müqayisədə daha öndə olduğunu söyləmək olar. 2012-ci ildə Şəhidlər Xiyabanı kompleksinin ərazisində də təmir-yenidənqurma işləri aparıldı. Bir sıra məşhur şəhərlərlə rəqabətə girə biləcək binalar inşa edildi. Elə bu inkişafın nəticəsidir ki, "Eurovision" kimi dünyada tanınan mahnı müsabiqəsinə Azərbaycan may ayında ev sahibliyi etdi. Bunun ardınca ölkəmizə tanınmış Holliwood ulduzlarının gəlişi başlandı. Cenifer Lopez, Rihanna, Şakira kimi, ulduzlar Azərbaycanda möhtəşəm konsert proqramı ilə çıxış etdilər. "Formula 1" yarışmasıda, həmçinin, ölkəmizdə keçirilməsinə qərar verildi və tədbir yüksək səviyyədə kecirildi. 2012-ci il ölkə həyatın bütün sahələrində olduğu kimi, idmanda da əlamətdar və yadda qalan oldu. Ölkəmizdə idmanın daha yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2012-ci il "İdman ili" elan edilmişdir. Həmçinin, dövlət başçısının Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 15 ili, MOK-un yaradılmasının 20 ili bu il tamam oldu. Milli komandamız London yay və paralimpiya oyunlarında böyük uğurlar qazandılar. Əlbəttə, əldə olunan nailiyyətlərdə paytaxt idmançılarının da öz payı var. Deyə bilərəm ki, ölkəmizdə keçirilən hər bir dünya miqyaslı tədbirlər mükkəməl səviyyədə Azərbaycan ev sahibliyi etdi. Elə bunun nəticəsidir ki, 2015-ci ildə Bakı Avropa olipmiya oyunlarına ev sahibliyi edəcək. Çünki bunun üçün ölkəmiz geniş infrastruktura, potensiala və geniş imkanlara malikdir. Bir sözlə, Bakı müasirləşib və getdikcə inkişaf etməkdədir.
Ruqiyyə Cəfərova