İmperiyanın nökəri olduqlarını bu gün də satqınlığı ilə təsdiqləyən ermənilər atalarından miras qalmış qaniçənlik və vəhşiliklərini Xocalıda bir daha təkrarladılar
Bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırımlar çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda.... Siyahını artırmaq da olar. Amma onların içərisində Xocalı soyqırımı xarakter etibarı və qəddarlığı ilə fərqlənir. Çünki sovet imperiyasının dağıdılması üçün həlqə kimi seçilən millətlərarası ziddiyyətlərin gündəmə gətirilməsi ideyası yarananda ilk növbədə ermənilərin başqa millətlərlə daha sıx yaşadığı, təmasda olduğu bölgələr nəzərdə tutulurdu. Çünki tarixən imperiyanın nökəri olduğunu bu gün də satqınlığı ilə təsdiqləyən ermənilər azacıq payla bütün iyrənc planların muzdlu nökərləri rolunu oynaması dəfələrlə sübut olnmuş həqiqətdir. Erməni ideoloqları Aqanbekyan, Silva Kaputikyan, Zori Balayan kimi daşnak tör-töküntülərinin icraçılar kimi nəzərdə tutulması hadisələri tezləşdirdiyi kimi, ünvanlar da bəlli oldu. Dağlıq Qarabağ münaqişəsi demək olar ki, imperiyanın süqutu üçün ən zəif həlqə kimi müəyyənləşdirildi. Xocalı faciəsinin 21 illiyinin qeyd olunduğu, dünya ictimaiyyətinə baş verənlərin soyqırım kimi tanıdıldığı bir zamanda hadisələrə uzanan tarixə nəzər yetirilməsi, qaynaqların təhlili bir daha erməni məkrinin ifşası baxımından labüddür.
Ötən əsrin əvvəllərində Şaumyanın başçılığı ilə ermənilərin bütün Azərbaycanda apardığı soyqırım qurbanları da deyilənlərə əlavə olunsa qətlə yetirilən soydaşlarımızın sayı bir neçə milyonlarla ölçülür.
...27-28 fevral 1988-ci ildə ermənilərin törətdiyi Sumqayıt hadisələrini ciddi araşıdrmağa ehtiyac yoxdur. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün Kremlin, SSRİ DTK-nın xeyir-duasını alan ermənilərin ssenarisi əsasında Azərbaycanın ikinci sənaye şəhəri olan Sumqayıtda baş verənlərdə azərbaycanlılar günahkar hesab olunsa da əslində hadisələr ermənilərin təxribatlarına, planlarına uyğun həyata keçirildi.
Xocalı faciəsini "Sumqayıt hadisələrinə cavab" kimi təqdim edən ermənilər əslində illərdən bəri hazırladıqları planlarını reallaşdırmaq, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün əsrlərdən bəri bu ssenarilər üzərində çalışır, vəsait ayırırdılar.
Beləliklə tarixdə bir neçə dəfə baş vermiş erməni- müsəlman qarşıdurması ötən əsrin sonlarında bir daha təkrarlandı, münaqişə ocağının ünvanı bəlli oldu. Dağlıq Qarabağda azərbaycanlıların qonaqpərvərliyindən istifadə edərək özlərini o torpaqların sahibi kimi görmək istəyən daşnaklar, illərdən bəri arzusunda olduqları "Dənizdən- dənizə" sərsəm ideyalarının gerçəkləşməsi üçün yaranan fürsətdən ustalıqla istifadə edərək fəallaşdılar. Dağılmaq ərəfəsində olan SSRİ-nin düşdüyü böhranlı vəziyyətindən ustalıqla yararlanan daşnaklar Azərbaycanın gözəl güşələrindən olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası reallaşdırmağa çalışdılar. O vaxt sovetlər birliyinin ilk və sonuncu prezidenti, ermənipərəst M.Qorbaçovun məsələ ilə əlaqədar xeyir-duasını başbilənləri A. Aqanbekyan vasitəsilə alsalar da istəklərini gerçəkləşdirmək üçün stimul, təkan da lazım idi.
Bu mənfur plan 1988-ci ildə Dağlıq Qarabağda başlanan və daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr, Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda, Alaverdidə törədilmiş qanlı aksiyalar 250 mindən artıq soydaşımızın doğma yurdu olan Qərbi Azərbaycanı son nəfərinə qədər tərk etməsi ilə nəticələndi.
20 Yanvar 1990-cı ildə Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya tarixi vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandığı kimi, ermənilər də bu fürsətdən bacarıqla istifadə etdilər. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri bu dəfə Dağlıq Qarabağda qətliamlar törətdilər. Əsrlərdən bəri davam edən soyqırımlar davam etdirildi. Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edildi. Bir milyondan artıq həmyerlimiz evlərindən didərgin, qaçqın düşdü. Hadisələr zamanı minlərlə soydaşımız qətlə yetirildi, 10 minlərlə günahsız azərbaycanlı şikəst oldu, yaralandı. İnsanlara və dövlətə xeyli maddi-mənəvi zərər vuruldu.
Zaman keçdikcə tarixi hadisələr araşdırıldıqca bəlli oldu ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı təkcə Xocalı ilə bitmir. Xocalı da daxil olmaqla əgər söhbət bir xalqın, millətin soyqırımından gedirsə Əsgəranda, Ağdamda, Sumqayıtda...Dağlıq Qarabağ münaqişəsi başlanandan erməni vəhşiliyinin qurbanı olan bütün soydaşlarımızın xatirəsi eyni dərəcədə ehtiramla yad olunmalı, dünya ictimaiyyəti hadisələrə siyasi-hüquqi qiymət verməli, Ermənistanın təcavüzkar siyasəti pislənməlidir.
Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Xocalı soyqımını tanıyan Pakistan, Kolumbiya, Meksika kimi digər ölkələrdə də ictimaiyyətə çatdırılır ki, 26 fevral 1992-ci ildə yer üzündən silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilmiş, 487 nəfər şikəst olunmuş, 1275 nəfər ermənilər tərəfindən əsir götürülmüş, təhqirlərə məruz qalmışdır. Onların 150 nəfərinin taleyi barədə bu günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynini itirmiş, 130 körpə isə bir valideynindən məhrum olmuşdur. Soyqırım qurbanlarından 56 nəfəri amansız vəhşiliklə qətlə yetirilmişlər.
Bu günlərdə Ermənistanda keçirilən seçkilərdə saxta yolla təkrar dövlət başçısı seçilən, " Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyillər. Biz bu stereotipə son qoyduq" söyləyən Serj Sarkisyanın başçılıq etdiyi qatillər soyqırımda iştiraklarını etiraf edirlər.
Dəhşətli söyqırımlara imza atan ermənilər və keçmiş sovetlərin 366-cı alayındakı havadarları Xocalıda qətlə yetirilən azərbaycanlıları soyqırım qurbanı kimi görmək istəmirlər. Amma bir əsr bundan əvvəl satqınlıqlarının və xəyanətlərinin qurbanı olan daşnak tör-töküntülərinin "soyqırım qurbanı" kimi tanınması üçün dəridən qabıqdan çıxırlar. Fransa senatında olduğu kimi digər dövlətlərdə də " erməni soyqırımı"nın tanınması üçün məkrli siyasətlərini davam etdirirlər. Erməni lobbisinin təşəbbüsü ilə bəzi dövlətlərdə 1915-ci ildə Osmanlı dövründə satqınlığı və dövlətçiliyə qarşı göstərdiyi xəyanətləri üzündən öldürülən ermənilərin güya soyqırım qurbanları adlandırmaq cəhdləri baş versə də qəbul olunan qətnamələrin məhz həmin ölkə rəsmiləri, parlamentariləri tərəfindən təəssüflə qarşılanması, dövlətlərin mövqeyini əks etdirməməsi barədə səslənən bəyanatlar ermənilərin məkrli niyyətlərini ifşa edir. Fransa senatında " erməni soyqırımı" ilə bağlı qanunu qəbuledilməz, demokratiya və insan hüquqlarına zidd adlandıran senator və deputatlardan ibarət 167 nəfərin həmin ölkənin Konstitusiya Məhkəməsinə rəsmi qaydada müraciət etməsi də erməni iddialarının heç bir əsası olmadığına nümunədir.
İndi bütün dünya ictimaiyyəti bilir ki, 1992-ci ildə erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalıda görünməmiş dəhşətlər yaşandı. Sovetlərin 366-cı alayının, həmin hərbi hissədə toplanan erməni zabitləri və xarici ölkələrdən gətirilmiş muzdlu dəstələrinin iştirakı ilə törədilən qətliam insanlığa, bütünlükdə bəşəriyyətə qarşı cinayət idi. Xarici jurnalistlərin də etiraf etdiyi kimi, hələ də can verməkdə olan yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atılaraq yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus keyfiyyətlər olmaqla dözülməz və inanılmaz vəhşiliklərdən xəbər verirdi. "Biz yolda azərbaycanlıların meyidləri üzərindən keçirdik. Onların arasında ölməkdə olan yaralılar da var idi" kimi sözlərlə müşahidə etdiyi qətliamı qələmə alan xarici jurnalist erməni tərcüməçinin etinasızlıqla " Bura cəbhədir. Belə şeylərin fərqinə varma" sözlərini də insanlığa yaraşmayan hal kimi nifrətlə xatırlayır.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlılarının ərazimizdə apardığı hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız məhz azərbaycanlı olduğu üçün qətlə yetirilmiş, bir o qədər həmyerlimiz yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi, tarixi abidələr dağıdılmışdır. XX əsrdə 2 milyondan artıq azərbaycanlı Ermənistanın və onun havadarlarının yeritdikləri soyqırım siyasətinin qurbanı olmuşlar. Lakin müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizələrdə həyatlarını qurban versmiş soydaşlarımızın xatirəsi Azərbaycan xalqı üçün həmişə əziz və unudulmazdır.
Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə ( 1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin əhəmiyyəti böyükdür.
Beynəlxalq hüquqa görə beynəlxalq cinayət hesab olunan, sülh və bəşəriyyət əleyhinə yönəldilən soyqırımlar, terror, işğalçılıq Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir. Artıq təsdiqlənmiş faktdır ki, Xocalı soyqırımı da daxil olmaqla erməni millətçilərinin Azərbaycana qarşı yönəltdiyi, 2 əsrdən artıq davam etdirilən işğalçılıq əməllərinin bir adı var: Əsasını etnik təmizləmə, deportasiya , insanlığa qarşı bəşəri cinayət adlandırılan SOYQIRIMI.
Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılara qarşı törədilən qırğınlarda bilavasitə əli və rolu olan, beynəlxalq cinayət və terror hadisələrinin müəllifi, iştirakçısı kimi tanınan Ermənistanın hazırkı və sabiq prezidentləri S. Sarkisyanın, R. Köçəryan soyqırımların müəllifləri olduqları təsdiqlənib. Vandalizm hərəkətlərini pərdələmək üçün hər cür alçaqlığa əl atan, özlərini məzlum, köməksiz millət kimi tanıtmağa çalışan daşnakların səylərinə baxmayaraq dünya birliyi tərəfindən təzyiqlərə məruz qalan Ermənistanın məkrli siyasətinin motivləri bəllidir.
Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.
57 ölkənin gənclər təşkilatlarını birləşdirən İƏT-nin Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən "Xocalıya ədalət" kampaniyasını genişləndirməkdə də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Xocalı soyqırımını ötən əsrin faciəsi adlandıran dövlətlərin sayının artması, 2011-ci ildə 155 dövlətin etimadı ilə BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunan ölkəmizin haqq işinin müdafiəsi o deməkdir ki, münaqişənin həlli üçün balanslaşdırılmış siyasətə üstünlük verən Azərbaycan xalqının, Prezident İlham Əliyevin mövqeyi dünya ictimaiyyəti tərəfindən dəstəklənir.
Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Avropa və Qərb dövlətlərində keçirilən aksiyalarda iştirak edənlərin sayının artması, Xocalı faciəsinin İsveçdə yaradılmış və virtual aləmdə geniş təbliğ olunan "Beynəlxalq Müharibə Qurbanları Memorialı"na daxil olunması da Azərbaycana dəstək kampaniyasının nümunəsidir. Ötən il təkcə İstanbulun Taksim meydanında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş aksiyalarda 1 milyondan artıq insanın iştirakı Azərbaycanla həmrəylik nümunəsi olmaqla insanlığa qarşı törədilən bütün qətliamların pislənilməsi demək idi. Bu il də Avropanın bütün şəhərlərində Xocalı qurbanlarının xatirəsi hörmət və etiramla yad edilir. Ağ Evin rəsmi internet səhifəsinin "Biz xalqıq" bölməsində yerləşdirilən "Xocalı soyqırımının tanınması" və " Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması" ilə bağlı yerləşdirilən petisiyada tələb olunan imzalar toplanmışdır. Azərbaycan xalqı inanır ki, Ağ Evin rəsmiləri tərəfindən tələbimizə ehtiramla yanaşılacaq.
Zamanın çarxı ədalətin diqtəsi ilə dönməyə başlayır. Çox keçməz bütün dünya xalqları Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın soyqırımı qurbanları olduqlarını təsdiqləyəcəklər.
"İki sahil"in analitik qrupu