MDİ-nin Bakı ofisinin rəhbərinin bir çox qaranlıq tərəfləri üzə çıxdı
Bu gün Azərbaycanda gedən sürətli və hərtərəfli inkişaf prosesi, dövlət rəhbərliyi tərəfindən aparılan sivil, demokratik islahatlar, eləcə də, xalq-dövlət vəhdəti ən yüksək səviyyədə gerçəkləşdirilməkdədir. Söz yox ki, ölkəmizin beynəlxaq aləmdəki imicinin sürətlə artması da sözügedən prosesləri kifayət qədər təsdiq edən vacib və əhəmiyyətli amillərdəndir. Ancaq söz yox ki, müstəqil dövlətimizdə siyasi və iqtisadi maraqlarını təmin etmək istəyən dairələr də mövcuddur ki, onlar əllərinə düşən ən kiçik imkanlardan belə, maksimum yararlanmağa cəhd edirlər. Belə olan halda, onlara qucaq açan tərəflərin məhz dağıdıcı müxaifət düşərgəsi və onların xəyanətkar "liderlərinin" olması da heç kimə sirri deyil.
Bəlli olduğu kimi, bu kimi xarici dairələr müxtəlif ölkələrdə öz ofislərini qurur, gizli və müəmmalı fəaliyyətləri ilə sabitlik və inkişaf olan dövlətlərdə qarmaqarışıqlıqlar törətməyə çalışırlar. Belə qurumlardan biri də ABŞ-ın xüsusi xidmət orqanları ilə yaxından və mütəmadi əməkdaşlıq edən Milli Demokratiya İnstitudur (MDİ). Bu həmin MDİ-dir ki, keçmiş post-sovet ölkələrində - Gürcüstanda, Ukraynada, Moldovada baş vermiş siyasi kataklizmlər və qarşıdurmalarda bənzər ssenarilər hazırlayaraq onları icra etməyə müvəffəq olub.
Daha bir faktı da nəzərə çatdıraq ki, MDİ xüsusi xidmət orqanları ilə əməkdaşlığını məhz təkibində fəaliyyət göstərən fərdlərin sayəsində reallaşdırır. Belə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əksər rəhbərləri "demokratiya" pərdəsi altında ölkələrdə dağıdıcılıq və inqilab proseslərini icra etməklə sübut edirlər ki, onlar bu təşkilatın yaradılmasında yaxından iştirak edən tərəfdirlər.
Son günlər adı mətbuatda hallanan Aleks Qriqorevs də MDİ-nin Gürcüstanda, Ukraynada və Moldovadakı milli nümayəndəliklərinin rəhbəri olmuşdur. Bu şəxs adlarıçəkilən ölkələrdə müxalifəti, siyasiləşmiş QHT-ləri maliyyələşdirmiş, onlara təlimatlar və istiqamətlər vermişdir. Və göründüyü kimi, sabit və möhkəm təməllərə söykənmiş Azərbaycanda da qaranlıq əməllərini gerçəkləşdirməyə çalışan A.Qriqorevs növbəti cəhdində buna nail ola bilməmişdir. Ancaq ortada ictimaiyyətdə maraq doğuracaq başqa faktlar da möcvuddur.
Aleks Qriqorevs həm də bir seksual azlıq nümayəndəsidir!
A.Qriqorevs haqqında üzə çıxan informasiyalarda onun daha bir "səriştəsi" meydana çıxmışdır. Məlumat üçün bildirək ki, o, həm də seksual azlıq nümayəndəsidir. İlginc məsələ isə budur ki, A.Qriqorevsin yaxın əhatəsi kimi tanınan müxalifətyönlü "Nida" təşkilatı onun bu kimi qeyri-normal, azərbaycanlıların milli-mənəvi, əxlaqi dəyərlərinə zidd olan "dünyagörüşünü" müdafiə edirlər, onun təsiri altına düşürlər. Üstəlik, "Nida" ilə yanaşı, dağıdıcı müxalifət "liderləri" də seksual azlıq nümayəndəsini özlərinə "xilsakar" kimi seçirlər. Çünki hansı tərəfdən baxsaq, görərik ki, bu gün dağıdıcı müxalifət düşərgəsi daxilində baş alıb gedən rəzilliklərə, utanc olaylarına artıq onların əlaltılarına çevrilmiş bir qrup gənc də bulaşmaqdadır. "Nida" bu sıralamada ilk yerlərdən birini tutur.
Gəncləri terrora cəlb edən də məhz həmin seksual azlıqdır
Lakin daha bir məsələ də ondan ibarətdir ki, aldadılmış, həyatları "liderləri" tərəfindən zəhərlənmiş gənclərin terrora meyillənmələri də məhz A.Qriqorevsin çirkin əməllərindən biridir. Çünki "Nida"nın üç üzvünün həbs olunarkən, onların mənzillərindən "Molotov kokteylləri", narkotik vasitələri və külli miqdarda pul vəsaitlərinin aşkar olunması sıradan baş verən hal kimi qiymətləndirilməməlidir. Bu gün evlərindən "Molotov kokteylləri" çıxan gənclərin sabah mənzillərindən daha hansı növ silahların çıxacaqlarını isə təsəvvürə gətirmək belə qorxuncdur! Təbii ki, bütün bunların arxasında məhz A.Qriqorevsin dayanması şübhəsizdir. Çünki onun xərclədiyi maliyyəsi sayəsində MDİ Azərbaycanda sosial şəbəkə inqilabı gerçəkləşdirməyə uğursuz səy göstərdi.
Moldovada "Twitter", Azərbaycanda isə "Facebook"?
MDİ-nin seksual azlıq əməkdaşı A.Qroqorevs bir zamanlar Moldovada "Twitter" sosial şəbəkəsi sayəsində planlarını hyata keçirmişdi. Nəticədə, həmin ölkədən qovularaq deportasuya olunmuşdu. Bu gün onun ciddi yanlışlığa yol verərək, "sosial şəbəkə inqilabları" seriyasında Azərbaycanı hədəf kimi seçməsi və bu dəfə öz qaranlıq əməllərini "Facebook"la reallaşdırmaq istəyinın alınmaması A.Qriqorevsin "inqilablar karyerasına" ciddi, sarsıdıcı zərbə oldu. Baxmayaraq ki, bu gün hakimiyyətə qarşı ifrat, aşırı kəskin mövqedə olan əksər qruplar və səhifələr onun təlimatları əsasında yaranır.
Məsələ ondadır ki, son 3 ildə Azərbaycanda olduğu dövrdə A.Qriqorevs öz hesabından, ümumilikdə, 2 milyon dollara yaxın vəsait çıxarmışdır. Lakin banklardan çıxarılan vəsaitlərin hara xərcləndiyi barədə nə hesabat, nə də ki, izahat verilmişdir. Hansı ki, bu hal Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Məlumat üçün bildirək ki, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici təşkilatlar Maliyyə Nazirliyinə müvafiq hesabatlar verməlidirlər. Buradan da göründüyü kimi, hazırda dağıdıcı müxalifət "liderlərinin" tələlərinə düşən bir qrup gənci həm də öz məqsədləri üçün reallaşdırmaq istəyən A.Qriqorevs burada olduğu dövrlərdə qanunvericiliyi pozub. Üstəlik, ölkədə daxili sabitliyə də xələl vurmağa çalışıb.
Son olaraq, daha bir amilə toxunaraq, vurğulamaq mümkündür ki, A.Qroqorevsin və onun kimi digər fərdlərin Azərbaycanda fəaliyyət göstərmələri ölkə qanunlarına cavab vermir. MDİ Azrbaycan hökuməti qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Belə olmayacağı təqdirdə, adıçəkilən təşkilatın ölkəmizdə fəaliyyətinin dayanırılması zərurətə çevrilə bilər. Görünür, həm də seksual azlıq olan A.Qriqorevsin başı "şəxsi işlərinə" o qədər çox qarışıb ki, qanunları oxumaq onun yadından çıxıb. Və əgər qanunlarımıza hörmət bəsləmirsə, bu ölkəni tərk etmək üçün Qroqorevsin yolu açıqdır!
Rövşən RƏSULOV