Son 4 il ərzində Azərbaycanda, xüsusilə də, Bakı şəhərində radikal müxalifətin keçirdiyi icazəsiz aksiyaların təhlili nəticəsində ortaya çox maraqlı faktlar çıxıb. Bir daha Azərbaycan cəmiyyəti görür ki, anti-azərbaycançı şəbəkələr ölkədə siyasi sabitliyin və sosial-iqtisadi tarazlığın pozulması məqsədilə milyonlarla dollar xərcləyirlər. Azərbaycanın əleyhinə hazırlanan çirkin planların reallaşdırılması üçün daxildəki radikal müxalifət hərəkətə gətirilir və ölkədə aqressiv hərəkətləri ehtiva edən dağıdıcı fəaliyyət reallaşdırılır.
Qərbin tükənməyən "demokratiya aləti"
Əlbəttə ki, bu cür fəaliyyətlərin əsas bəhanəsi kimi demokratiya və buna bənzər "nəsə kratiyalar" uydurulur. Bu da səbəbsiz deyildir. Çünki artıq bir əsrə yaxın müddətdir ki, Qərb dünyası demokratiya anlayışından siyasi məqsədlər üçün istifadə edir və bününla da ayrı-ayrı dövlətlərə təzyiq göstərir. Demokratiya ixracı ilə məşğul olan Qərb dünyası bü günə qədər bir çox dövlətlərdə qanlı çevrilişlər və dağıntılar törədiblər. Bunların barix nümunəsi kimi isə müasir dörümüzdə baş verən hadisələri göstərə bilərik. 2001-ci ildə Əfqanıstanda, 2003-cü ildə İraqda, Gürcüstanda, 2004-cü ildə Ukraynada, Moldaviyada, 2005-ci ildə Qırğızıstanda, 2011-ci ildə Tunisdə, Liviyada, Misirdə demokratiya adı altında sonu görünməyən döyüşlərə və böhranlara start vermiş olublar. Məhz adları çəkilən dövlətlərdə yaşayan xalqlar hələ də vurulmuş o yaraların acılarını çəkir və heç cürə sabitliyi təmin edə bilmirlər. Çünki anti-milli planların reallaşdırılması nəticəsində cəiyyətdə süstlük və passivlik hökm sürməyə başlayır ki, bu da həmin ölkələrin inkişafdan kənarda qalmasına səbəb olur.
"Troya atları"nın əsas missiyası
Çox maraqlıdır ki, inqilabları və çevrilişləri həyata keçirən Qərb dövlətləri daha çox beynəlxalq miqyasda fəaliyyət göstərən QHT-lərin maskası altında gizlənirlər. Siyasi lügətdə bunlara "Troya atları" adı verilib. Çünki həmin maraqlı qüvvələr müxtəlif adlar altında işləyən təşkilatlar vasitəsilə çirkin planların əsas hədəfi olan cəmiyyətlərin dərinliyinə qədər işləyə və mənafeyini təmin etməyi bacarır. Məhz həmin təşkilatlar vasitəsilə hakimiyyətdən narazı olan qüvvələr bir mərkəzdə birləşdirilir, müxalifət mətbuatı anti-milli təbliğatın gücləndirilməsi istiqamətində maliyyələşdirilir və əlbəttə ki, saxta məlumatlar əsasında hesabatlar hazırlanaraq, yeni "Troya atları" vasitəsilə bütün dünyanın diqqətinə təqdim edilir. Məsələn, "Human Rights Watch", "Amnesty İnternational" və digər bu kimi təşkilatlar dəfələrlə obyektiv reallığı əks etdirməyən məlumatlar əsasında hesabatlarla Azərbaycanın imicinə zərbə vurmağa cəhdlər göstərib. Lakin hər dəfə də onların fakt kimi təqdim etməyə çalışdıqları məlumatlar elə ictimaiyyət tərəfindən təkzib edilib və "Human Rights Watch", "Amnesty İnternational" və digərləri ifşa olunub. Bu "Troya atları"nın əsas fəaliyyətinin məqsədi ondan ibarətdir ki, siyasi və iqtisadi maraqlarının təmin edilmədiyi dövlətlərin daxilində dağıdıcı fəaliyyətə rəvac vermək üçün beynəlxalq ictimai rəyi formalaşdırmaq və daxili qərəzli qüvvələri səfərbər etməkdir. Ayrı-ayrı ölkələrin daxilində sabitliyi pozmağa cəhd göstərən təşkilatlar isə müxtəlif Qərb dövlətlərinin xüsusi xidmət orqanları kanalları ilə maliyyələşirlər. Hətta məlumatlar var ki, həmin təşkilatların büdcəsi milyonlarla dollarla ölçülür. Məhz belə təşkilatlardan biri də ABŞ-ın Milli Demokratiya İnstitutudur (NDİ).
NDİ-in qaranlıq fəaliyyəti
Milli Demokratiya İnstitutu əsasən, postsovet məkanında siyasi kataklizmlərin baş verməsinin əsas səbəbkarı kimi, böhranların yaranması və Qərb dünaynsının maraqlarının təmin edilməsi üçün milyonlarla dollar xərcləyir. Bu təşkilatın dayağının tanınımış dünya siyasətçilərinin və MKİ işçilərinin olması onun fəaliyyətinin daha təsirdi və effektiv olmasını şərtləndirir. Bu təşkilat keçmiş SSRİ-nin parçalanmasından sonra postsovet məkanında "rəngli inqilablar"ın ssenarisinin hazırlanması və həyata keçirilməsi istiqamətində işləyir. Əvvəlki planlarının Rusiyada çevrilişin edilməsi olan təşkilat sonradan bu ölkə ətrafında "sanitar kordon" yaratmaqla məşğul olub. Bu işdə isə NDİ-nin təcrübəli əməkdaşı Aleks Qriqorevs fəal işləyir.
Aleks Qriqorevs kimdir: gey, yoxsa siyasi texnoloq?
59 yaşlı Aleks Qriqorevs Latviyada anadan olub. Latviya Dövlət Universitetini bitirən Aleks 1984-cü ildə filologiya elmləri üzrə dissertasiya müdafiə edib. Onun bir neçə dili mükəmməl bilməsi, həmçinin, Latviyada mətbuat işi ilə məşğul olması sonda onun parlamentə seçilməsini təmin edib. Keçmiş SSRİ-nin parçalanmasından sonra bu məkanda aktiv fəaliyyət göstərməyə başlayan Aleks Qriqorevs Milli Demokratiya İnstitutu xəttilə Rusiyada inqilab ssenarisi hazırlamağa başlayıb. Lakin o zamanki hakimiyyətin güclü olduğunu nəzərə alaraq, Gürcüstana keçib və məlum 2003-cü il "qızılgül inqilabı"nı həyata keçirənlərdən biri olub. Onu 2004-cü ildə Ukraynada baş verən proseslər zamanı görüblər. Lakin onun Moldavadakı planları baş tutmayıb və o, həmin ölkədən deportasiya edilib.
Göründüyü kimi, Aleks Qriqorevs bir neçə ölkədə "rəngli inqilab" strategiyasını həyata keçirmiş bir siyasi texnoloq kimi təsir bağıışlayır. Amma düşünəndə ki, Latviya parlamentinin üzvünün birdən fərqli istiqamətdə fəaliyyət göstərməyə başlaması haqqında düşünərkən, səbəblər axtarışına çıxırıq. Elə bu məqamda aydın olur ki, o, güclü adət-ənənəyə malik latış xalqı tərəfindən homoseksual hərəkətlərinə və təkliflərinə görə latviyalılar tərəfindən rədd edilib. Qeyd edək ki, Aleks Qriqorevs Riqada gey paradın keçirilməsi təklifini dəstəkləyib. Məhz buradan da bir sual meydana çıxır: Aleks Qriqorevs kimdir, qey, yoxsa, siyasi texnoloq?
Aleks Qriqorevsi Azərbaycanla bağlayan nədir?
Aleks Qriqorevs Azərbaycana da təxminən Gürcüstanda və Ukraynada olduğu zaman gəlib. Hətta məlumatlar var ki, o, 2005-ci ildə parlament seçkiləri öncəsi bir sıra qrupların anti-dövlət çıxışlarını təşkil etməyə cəhdlər göstərib. Lakin Aleks Qriqorevs davamlı fəaliyyətinə 2009-cu ildən başlayıb. Amma onun anti-Azərbaycan fəaliyyətinin bir sıra faktorları üzə çıxdığından, ölkədə Milli Demokratiya İnstitutunun fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Məhz M.Olbraytın xahişindən sonra yenidən fəaliyyətə başlayan təşkilat konkret olaraq anti-milli fəaliyyətlə məşğul olmağa başladı.
Nağd pullar hara və nəyə xərclənir?
Məlumdur ki, Aleks Qriqorevs Azərbaycanda olduğu 3 il ərzində 2 milyon dollara qədər vəsait xərcləyib. O, 2010-cu ildə 600 min, 2011-ci ildə 750 min, 2012-ci ildə isə 630 min dollara yaxın vəsaiti bankdan çıxarıb. Lakin bu pulların hansı məqsədlə xərcləndiyini təşkilat heç bir halda izah etməyib. Ümumiyyətlə, fəaliyyətində şəffaflıqdan əsər-əlamət olmayan Milli Demokratiya İnstitutu 10-15 min dollardan artıq qrant layihələri elan etmədiyindən, müəyyən şübhələr meydana çıxmağa başlayır. Nəzərə almaq lazımdır ki, Milli Demokratiya İnstitutunun Azərbaycan ofisinin rəhbəri yalnız radikal müxalifətin aksiyalar və mitinqlər keçirdiyi və xüsusilə də, "Eurovision" mahnı müsabiqəsi ərəfəsində qara piar kampaniyasının aparıldığı zaman bankdan pul çıxarıb. Hətta məlumatlar da var ki, radikal müxalifətin və digər ictimai-siyasi təşkilatların, xüsusilə də, "Nida"nın gəncləri Milli Demokratiya İnstitutunun ofisindən çıxmır, onun maliyyələşdirdiyi layihələrdə iştirak edirlər.
MDİ "Nida"nın silahlı təxribatını da maliyyələşdirib
Faktlardan da bəlli olur ki, MDİ "Nida"nın silahlı təxribatını da maliyyələşdirib. Xəbər verildiyi kimi, martın 8-də axşam Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğu "Nida" Vətəndaş Hərəkatının 3 üzvünün həbsi barədə birgə məlumat yayıb. Hüquq-mühafizə orqanlarına martın 10-da keçiriləməsi nəzərdə tutulan razılaşdırılmamış aksiyada insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcək 3 şəxs barəsində daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarları əsasında araşdırılıb. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda, 1995-ci il təvəllüdlü, "Odlar Yurdu" Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd "Molotov kokteyli", 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin, 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində "təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan" sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulublar.
İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə "Nida" Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak ediblər. Onların yaşadıqları mənzillərdən aşkarlanmış "Molotov kokteyli" adlanan tez alışan maye onlar tərəfindən hazırlanıb. Bundan başqa, bu il yanvarın 26-da keçirilmiş qanunsuz aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki yazışmalarında dinc aksiyaların fayda vermədiyini, insanlar arasında vahimə yaratmaq effekti verən "Molotov kokteyli"ndən istifadə edilməsinin lazım olduğunu bildirib, aksiyanın digər iştirakçısı B.Quliyev "Facebook" sosial şəbəkəsində Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi və əhalinin aqressiv addımlar atması üçün "Molotov kokteyli", səs və tüstü şaşkalarından istifadə edilməsinin zəruri olduğunu müzakirə edib və sonuncu artıq 10 ədəd "Molotov kokteyli" hazırladığını qeyd edib.
Ş.Novruzlu bu il fevralın 23-də "facebook"dakı profilində "Molotov kokteyli", səs və tüstü şaşkalarının kustar üsulla hazırlanmasını öyrədən videomateriallar yerləşdirib.
Martın 10-da saat 16.00-da paytaxtın Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyası zamanı Ş.Novruzlu "facebook"da martın 1-də yaratdığı səhifədə "Molotov kokteyli"nin istifadə edilməsinin lazım olduğunu bildirib, həmin gün çoxlu sayda "Ven Detta" maskası alaraq sonradan digər şəxslərlə paylaşıb. Bundan başqa, Ş.Novruzlu "facebook"da naməlum şəxslə yazışmalarında tüstü şaşkasının hazırlanmasında istifadə olunan kalium duzunun əldə edilməsi ilə bağlı müzakirələr də aparıb.
Hazırda aşkar edilmiş "Molotov kokteyl"lərinin harada və kimlər tərəfindən hazırlanması, narkotik vasitələrin hansı mənbədən əldə edilməsi və gənclər tərəfindən istifadə edilməsi, o cümlədən, Ş.Novruzlunun mənzilində aşkar edilmiş 94 min manatın hansı mənbədən əldə edilməsi və gələcəkdə nə məqsədlə istifadə olunması istintaq yolu ilə araşdırılır.
Xalq MDİ-nin Azərbaycandan deportasiya olunmasını tələb edir
Bir sözlə, Milli Demokratiya İnstitutu Azərbaycanla bağlı nəzərdə tutduğu "Gürcüstan" və ya "Ukrayna" planlarının işə yaramadığı açıq şəkildə görünür. Ona görə də, MDİ artıq Azərbaycan daxilində silahlı təxribatlara yol vermək niyyətindədir. Amma düşünürük ki, bu planlar da səmərəsiz olacaq. Çünki xalq-iqtidar birliyi MDİ-nin 2 milyon dollarından daha da qiymətlidir və dövlətçiliyi əsas götürən vətəndaşlar bu cür təşkilatların və onların rəhbərlərinin Azərbaycandan deportasiya olunmasını tələb edirlər.
"Səs" Analitik Qrupu