PDF Oxu

Araşdırma

  • 1 827

Həll olunmayan münaqişə yoxdur. Bunu istəməyənlər necə?...

Həll olunmayan münaqişə yoxdur. Bunu istəməyənlər necə?...

Yeni əsrin başlanğıcına doğru dünyada baş verən qlobal dəyişikliklər heç də arzuolunan nəticələrlətəsdiqlənmədi. Yaşadığı yer planetini hər cürə təhlükədən kənar görmək istəyi insanları daha düşündürücüsuallarla üzləşdirdi.

Məhz bu dövrdə "konfliktlərin yeni nəsli" (B.Qali – BMT-nin keçmiş Baş katibi) dünyaya gəldi və onların həlli yolunda çətinliklər bəşər övladını yeni-yeni axtarışlara səmtlədi. Təəssüflə qeyd olunmalıdır ki, bu istiqamətdəki tapıntılar zamanın sınağında hələ ki, özünü doğrulda bilmir. Sözümüz hər birimiz üçün ağrılı olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında olacaq. 20 ildən artıq davam edən (həllini tapmayan) bu münaqişə çox müxtəlif müstəvilərdə danışıqların predmetinə çevrilsə də "Nədən başlamalı?" və "Nə etməli?" suallarına hələ ki, cavab tapılmayıb. Dəfələrlə Azərbaycan Prezidentinin dilindən səslənən "...Azərbaycan torpaqlarının bütövlüyü heç vaxt müzakirə predmeti olmayacaq" fikri münaqişənin həllində canıyanar görünməyə çalışan ATƏT-in "Minsk qrupu"na daxil olan üçlüyü (həmsədrləri) bu gün də çantası bağlı qoyub. Elə düşünməyək ki, onların çantaları boş, gəlişləri isə kefdənxoş olur. Artıq bu bir həqiqətdir ki, "Minsk qrupu"nu münaqişə "Necə həll olunmalıdır?" sualından çox "Nə üçün həll olunmalıdır?" sualı düşündürür. Onların zaman-zaman dilə gətirdikləri dolayı çağırışlarda (paket həlli, ümumi dövlət, mərhələli həll və s.) həqiqətən, münaqişənin həllində maraqsız olmadıqlarını izləmək olar. Bu onların öz maraqlarıdır. Nəzəriyyələrdə çoxdan təsdiqini tapan (H.Morqentau) maraq prinsipini pərdələməklə yalnız vaxt itkisinə yönələn hesablamalar, təbii ki, əlacsızlıq davranışı deyildir. Üç tərəfin öz aralarında öz maraqları uğrunda rəqabəti münaqişənin həlli istiqamətində nə vaxtsa hər hansı bir kollektiv qərar veriləcəyini mümkünsüz (bu "K.Errou paradoksu" adlanır) edir. Nəzəri cəhətdən, danışıqlara önəm verməklə "Minsk qrupu" əslində ABŞ, Fransa və Rusiyanın təcavüzkar Ermənistana qarsı hər hansı səkildə təsir etməyəcəyinə işarə (eyham diplomatiyası) edirlər. Ərazi bütövlüyünü təmin etmək yolunda dövlətimizin nümayiş etdirdiyi və yeritdiyi xarici siyasətin təməlində isə bizim maraqlarımız durur və atdığımız hər bir addım bu gün dünya birliyi tərəfindən dəstəklənir. Çünki dövlətimizin nümayiş etdirdiyi davranış BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərindən kənar deyildir.

Bəs onda münaqişənin həllini əngəlləyən nədir?

Uzandıqca-uzanan danışıqlar prosesinə xüsusi önəm verən, yuxarıda qeyd olunduğu kimi, maraqsız olmayan "Minsk qrupu"nun hesablamaları ən azı bu günümüz üçün yararlı olmayan klassik diplomatiyadan kənar deyildir. Yəni danışıqlar aparılır və bu iş davam etdirilməlidir. Hələ 1630-cu ildə A.Rişelyenin ("Siyasi vəsiyyətnamələr") yazdığı kimi "...danışıqların ardıcıl, fasiləsiz və açıq aparılması bir zərurətdir. Əgər qısa bir müddətdə gözlənilən nəticə əldə olunmazsa və hətta yaxın gələcəkdə də buna tam əminlik olmadığı halda da danışıqlar dayandırılmamalıdır." Problemə bu səpkidə yanaşma tərzi ilə tam razılaşmalıyıq. Diplomatiyanın "danışıqlar elmi" (Fransua dö Kalyer) olmasını şübhə altına almaqda israrlı olmasaq belə, "Nə vaxta qədər?" sualına cavab istəyimizdə haqlıyıq. Bu cavabı hər bir yurdsevər soydaşımız həsrətlə gözləyir. Status-kvonun qorunub saxlanmasını mümkünsüz sayan Azərbaycan tərəfinə yetərli bir vəd edə bilməyən, hətta bu istəkdə bulunmayan "Minsk qrupu" da bu axtarışlara rəğmən davamlı səkildə danışıqların alternativi olmadığını car çəkir. Konfliktlərin həllinin elmi-nəzəri aspektləri ilə məşğul olan bir çoxları incəliklə psixoloji baxımdan tez-tez beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq təşkilatların köməyinə üz tutmağın zəiflik əlaməti olduğunu ortaya qoyurlar. Belə düşüncələr daha çox ruslara xasdır. Hər halda düşünməyə dəyər. Güman ki, bizim illərcə ətəyindən asıldığımız "Minsk qrupu" da məhz bu faktorun sınağını keçirmək arzusunda get-gəlinə ara vermir. Onların nazı ilə oynamaq, həqiqətən, bizə çox baha başa gəlir. Danışıqlardan qaçmamağımızın həm Ermənistan, həm də "Minsk qrupu" tərəfindən rəqabətlə qarşılanması yeni bir sual doğurur. "Nəyə görə?" Bir halda ki, Ermənistan tərəfi 20 ildən artıq bir müddətdə işğal etdiyi əraziləri nəinki boşaltmaq, hətta bircə addım da geri çəkilmək istəyindən uzaqdır, bəs onda danışıqlardan nə gözləyirlər. Onları gözlədənlər, güman ki, danışıqlara dair elmi araşdırmalarda özünə yer alan, ancaq kifayət dərəcədə ziddiyyətli bəzi məqamlar durur. Guya diplomatiya tarixində danışıqlar əksər hallarda münaqişələrin (müharibələrin) sonunu, əldə olunan nəticələri leqallaşdırır. Bu isə fransızların güman etdikləridir. Hər şeyin tezi-geci olduğu xülyasından başı gicəllənən Ermənistan tərəfi və onların tərəfdarları unudurlar ki, danışıqlar bəzən əks effekt yaradan bir proses də ola bilir. Bu səbir kasası daşanda baş verir.

Bu tipli mesajlar Azərbaycan rəsmilərinin dilindən dəfələrlə səslənib. Güclü siyasi iradəsi, müqayisəolunmaz iqtisadi potensialı və hərbi imkanları olan Azərbaycan öz torpaqlarını azad etmək və suverenliyini qorumaq iqtidarındadır. Biz hələ ki, səbir edirik, danışıqları dəstəkləyirik. Ana məqsədi sülh və dinclik şəraitində yaşamaq, əməkdaşlıq olan diplomatiya əslində tolerantlıq məktəbidir. Bir halda ki, ortada müharibənin başlamayacağını təsdiqləyən heç nə yoxdur, buna da bel bağlamaq sağlam düşüncədən uzaqdır. Belədə Şarl dö Qollun "Guclünün danışıqlara ehtiyacı yoxdur. Gucsüzə isə bu çox baha başa gəlir" deyimini necə xatırlatmayasan? Mənbələrdə özünə oturaqlıq qazanan bu deyimə rəğmən münaqişə tərəfləri arasında danışıqlar "güc strategiyasının yardımçı elementi" kimi xarakterizə olunur. Bəlkə elə güclü olduğumuzdan bizə, daha doğrusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə, açıq bildirilməyən ziddiyyətli məqamlar yaşanır. Hələ də yeni ideyalar axtarışında olan həmsədrlər isə güclü Azərbaycanın güclüyə xas olan davranış nümayiş etdirəcəyi təqdirdə hadisələrə neçə müdaxilə etmək düşüncəsindən uzaqlaşa bilmirlər.

Bunu hamı bilir və bəyənir. Amma...

Hər dövrdə olduğu kimi, yaşadığımız indiki dövrdə də mənası hər kəsə axıracan bəlli olmayan söz və ifadələr doğma dilimizə ayaq açır və yaşarılıq qazanır. Rəsmilərdən tutmuş adi insanlara qədər hər kəsin qürurlandığı "tolerantlıq" sözü də bu sıradadır. Biz istəməsək belə dillərarası söz mübadiləsi obyektiv və qaçılmaz bir prosesdir. O ki, qaldı "tolerantlıq" məsələsinə, bu bizim ruhumuzdadır. Nədənsə öz dilimizdə adını düzgün seçə bilməmişik. Ulularımız "Düsmən səni daşnan, sən onu aşnan", "Qonşunu iki inəkli istə, biri də səninki olsun" deyiblərsə, biz nə etməliyik. Tədqiqatçılar arasında tolerantlığın "güc" və yaxud "acizlik" əlaməti olması məsələsində fikir ayrılıqları mövcuddur. Yalnız "dini zəmində dozümlülük" kimi şərh olunan tolerantlığın diapazonu əslində xeyli dərəcədə genişdir və yayğındır. İnsani dəyərlər baxımından güclüyə xas olan keyfiyyət, həqiqətən, münaqişə zəminində bəlkə də zəiflikdən soraq verir. Yəqin ki, hədsiz tolerantlığımızdan da sui-istifadə edənlər var. Belə olmasaydı "müddətsiz danışıqlara" son qoymaqla, həmsədrlər münaqişənin həlli istiqamətində ciddi qərar verməkdən yan ötməzdilər. Biz həllinə çalışdığımız münaqişəni "Minsk qrupu" hələ də nizamlamağa (öz maraqlarına münasib formada) meyllənir. Bunlar tamamilə fərqli anlayışlardır. Tolerantlığımız öz yerində. Bizi "daşa tutanlara aş" yedirtməməyimizə görə qoy ulularımızın ruhu bizdən inciməsin. Zaman artıq o zaman deyildir. Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz yeri, öz sözü və imici olan bir dövlətdir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bəşəriyyətin təhlükəsizliyinə öz töhfəsini verən Azərbaycan öz haqq sözünü deməyə də çəkinmir. Biz torpaqlarımızı azad etməliyik. Əgər bunu edə bilməsək, onda həqiqətən sonrakı nəsillərin bizi qeyrətsizlikdə ittiham etməyəcəyinə sübhə yeri qalmır.

Bizim danışıqlarda beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmağımız deyəsən, Minsk qrupu həmsədrlərinin lap ürəyincədir. Bəlkə də bunu zəiflik (cürətsizlik) kimi anladıqlarından danışıqları sonsuzluğa qədər uzatmağa meyllənirlər. Bu istiqamətdə onlara mənəvi qida verənlər də az deyildir. Guya ali məqsədi münaqişə təhlükəsində olan və yaxud münaqişənin ağrı-acısını yaşayan tərəflərin (dövlətlərin) qeyri-hərbi vasitələrlə bir araya gəlməsinə xidmət edən diplomatik danışıqlar tarixən baş verənləri leqallaşdırmağa xidmət edib (Rusiya). Bu yanaşmada danışıqların hərbi (güc) strategiyanın yardımçısı (davamı) olduğu önə çəkilir. Görünür, təcavüzkar Ermənistanı geri çəkilməməyə təhrik edənlər bu kimi uydurma tezislərlə vaxt üstünə vaxt gətirməklə əsl təhlükə olan münaqişənin sonrakı taleyinə məhəl qoymaq istəmirlər.

İnam var ki...

Münaqişənin həllində tətbiq olunan yanaşmaların səmərə vermədiyi göz qabağındadır. Nə vaxtsatəcavüzkar Ermənistanın "öz xoşuna" müqavilə zonasına daxil olacağına ümid etmək də sadəlövhlükdür.Reallıqdan uzaqdır düşüncəsinə qatılmaqla "müddətsiz danışıqlar" sindromunu yaşamalı olarıq. "Minskqrupu"na daxil olan hər üç dövlətin təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarınısəmimiyyətlə dilə gətirirlər. İqtisadi cəhətdən dinamik inkişaf edən, zəngin təbii ehtiyatları olan, demokratikinstitutların tam formalaşdığı bir dövlətlə münasibətləri qarşılıqlı faydalı zəmində davam etdirmək, bumünasibətlərin dayanıqlı olmasını qorumaq bu dövlətlərin geostrateji maraqlarından irəli gəlir. Güman ki,problemin həllini təkcə həmsədr dövlətlərin deyil, həm də digər böyük dövlətlərin Cənubi Qafqazdakıproseslərə yanaşma tərzində axtarmaq lazım gəlir. Həll olunmamış münaqişələr, xüsusilə Dağlıq Qarabağmünaqişəsi bütövlükdə Ümumavropa təhlükəsizliyi arxitekturası üçün də böyük təhlükədir. BMT və digərnüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də münaqişənin davam etməsinin beynəlxalq və regionaltəhlükəsizliyə böyük zərbə vurduğu da danılmır. Deməli, münaqişənin beynəlxalq hüququn norma vəprinsipləri çərçivəsində, danışıqlar yolu ilə həlli fakt olaraq qalır. İndi bir qədər fərqli strategiyanın (sondövrlərdə işləklik qazanan "böyük strategiya" anlayışı yerinə düşür) işlənməsinə ehtiyac duyulur.

Konfliktoloqlar müasir mərhələdə təhlükəsizliyin təmin olunmasında 200-dən artıq qeyri-hərbi vasitəolduğunu qeyd edirlər. Münaqişənin həllində bizim siyasi-diplomatik vasitələrə üstünlük verməyimizbütövlükdə dövlətimizin təhlükəsizliyinə təminat yaratmaq məqsədi daşıyır. Danışıqların davametdirilməsində də əsas meyar prinsip etibarilə həll olunmayan münaqişənin olmaması qənaətidir. Bu onaişarədir ki, münaqişə tərəflərini qənaətləndirən heç olmasa bir ortaq element mövcuddur və onun tapılmasıvacibdir. Bu istiqamətdə münaqişənin ədalətli həllini tamamlamaq, bütövlükdə Cənubi Qafqazı əməkdaşlıqregionuna çevirmək üçün "Minsk qrupu"nun imkanları hələ tükənməmişdir.

BMT Baş Assambleyasının danışıqların aparılması ilə bağlı qəbul etdiyi 503/101 saylı qətnamədədövlətlərarası münaqişələrin dinc vasitələrlə nizamlanması zəruri sayılır Bir şərtlə ki, "Danışıqlar vicdanlıaparılmalıdır". Təəssüf ki, sirli diplomatiya oyununda bu mötəbər sənəddəki "ədalət", "vicdan" anlamlarıxeyli dərəcədə dəyərsizləşıb. Keçən ilin sonunda ABŞ dövləti "Minsk qrupu"nda öz təmsilçisini dəyisməklə növbəti ildə də danışıqların "ölü nöqtəsində" qalacağı mesajını göndərdi. Digər tərəflərin də bir müddət sonra analoji gedişlər edəcəyi də gözləniləndir. Bütövlükdə vaxt itkisinə hesablanmış (bir müddət tanışlıq, məlumatlanmaq və s.) taktika və strategiya ümidverici heç nə vəd etməsə də, inam var ki, müstəqil Azərbaycan dövləti öz prinsipial mövqeyindən dönmədən haqqın zəfər çalacağı günü yaxınlaşdıracaq.

Newtimes.az

Digər xəbərlər