PDF Oxu

Araşdırma

  • 2 102

Şaxələndirilmiş iqtisadi-siyasət və insan kapitalı

Prezident İlham Əliyev: "Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarının, Cənubi Qafqazın böyük potensialı vardır"

Şaxələndirilmiş iqtisadi-siyasət və insan kapitalı

Məlum olduğu kimi, aprelin 7-8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçirildi. Məhz Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab özünün açılış nitqində Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsini, qürur mənbəyi olaraq qiymətləndirdi. Təsadüfi deyil ki, Şvab Azərbaycanın çox böyük imkanlara malik olan ölkə olduğunu ifadə edərək son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəricilərinin qeydə alındığını bildirdi. Əlbəttə ki, bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur.Ümumiyyətlə Klaus Şvabın bu və digər ifadələri bir daha Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrini göstərməkdədir. Məhz bu kontekstdə Cənab Prezident İlham Əliyevin ifadələri də son dərəcə analitik aktuallıq kəsb edir: " Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarının, Cənubi Qafqazın böyük potensialı vardır. Ola bilsin, bu gün həmin potensialın yalnız bir hissəsini təqdim edə bildik. Lakin əminəm ki, gələn illər ərzində biz bu müzakirələrə daha çox diqqət ayıracağıq və onlar, eyni zamanda, ideyaları formalaşdırır, rəyləri və gözləntiləri, o cümlədən, narahatlıq doğuran, bəzən məyus edən məsələləri söyləmək üçün mühit yaradır. Lakin regionda müşahidə olunan əsas meyil inteqrasiya və əməkdaşlıqdır."İlkin olaraq onu ifadə etməyiləm ki, həqiqətən iqtisadiyyatda olduğu kimi, bütün sahələrdə də sabitliyə əsaslanan şaxələndirmə, hər zaman inkişafa səbəb olmaqdadır. Nəticədə, sabit prinsiplər və qaydalar çərçivəsində şaxələndirilmiş iqtisadi siyasət hər zaman aktuallıq kəsb edir. Bu mənada, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-siyasi islahatlar, məhz dayanıqlı dinamik olaraq çoxşaxəli mahiyyət daşıyır.

Uğurlu siyasi kurs

Məlum olduğu kimi, 20 ilə yaxındır ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionları və Avropanın da enerji xəritəsini dəyişmişdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və liderliyi nəticəsində hal-hazırda Azərbaycan, daha geniş enerji dəhlizinin yaradılmasına çalışır. Məhz iqtisadiyyat sahəsində şaxələndirmə siyasətini həyata keçirmə, istehsalçı ölkə kimi Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Cənab Preziden öz nitqində bu mövzuya toxunaraq məsələni belə qiymətləndirir: "Biz regional əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıyıq. Çünki regional əməkdaşlıq olmadan, biz heç bir uğur əldə edə bilmərik. Ölkəmizin açıq dənizə çıxışı yoxdur, lakin nəhəng karbohidrogen ehtiyatları vardır. Əgər boru kəmərləri olmasaydı, bu ehtiyatlar bir əsr də suyun altında qalardı. Regional əməkdaşlıq, qonşularımızın dəstəyi və bizim onlara göstərdiyimiz dəstək olmadan heç bir uğur qazanıla bilməzdi. Eyni sözləri daşıma sahəsinə də aid etmək olar".Cənab Prezident İlham Əliyevin yuxarıda qeyd olunan fikirləri və 7-8 aprel tarixlərində keçirilən Davos Forumu kontekstində onu deyə bilərik ki, iqtisadi siyasət, eyni zamanda, regional və təhlükəsizlik problemlərini də ehtiva edir. Bu baxımdan Azərbaycan zəngin enerji ehtiyatlarına malik olaraq, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak edir və bu sahədə böyük nailiyyətlər qazanır. Həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin, beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyi də hər kəsə bəllidir. Digər tərəfdən coğrafi mövqe baxımından Azərbaycanın İpək yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşməsi bu forumun Azərbaycanda keçirilməsini daha da aktual hala gətirmişdir.Forum çərçivəsində çox ciddi mövzular müzakirə olundu. Belə ki, bu müzakirələrdə region ölkələrinin heç birinin öz potensialını təkbaşına reallaşdıra bilməməsi vurğulandı. Məhz uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Yəni, bu uğur yalnız təbii resurslardan asılı deyildir. Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi vardır. Buradakı sağlam mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq, görərik ki, iqtisadi və sosial sahələrdə uğurlar əldə etmək üçün mütləq etibar və uzunmüddətli əməkdaşlıq şəraitində birgə səylər göstərilməlidir. Forumda məqsəd sadəcə olaraq müəyyən görüşlərin keçirilməsi deyildir. Məqsəd uzunmüddətli təşəbbüslərə start verməkdir. Məqsəd regional iqtisadi inteqrasiyaya nail olmaqdır.Məhz Prezident İlham Əliyev də öz nitqində bu amilin Azərbaycanın sürətli inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırdı və bunu konkret rəqəmlərlə izah etdi. Belə ki, Prezident İlham Əliyev, daha əvvəllər öz çıxışlarında vurğuladığı kimi forum çərçivəsində də ölkəmizin enerji zənginliyinin insan kapitalına çevrilmə istiqamətində ciddi addımlar atıldığını ifadə etdi.Nəticədə, Cənab Prezident İlham Əliyevin uğurlu siyasi-iqtisadi fəaliyyətləri şaxələndirmə və enerji resurslarından gələn gəlirlərin insan kapitalına çevirmə prinsipi istiqamətində həyata keçirilir.

Rəşad İlyasov,fəlsəfə doktoru

Digər xəbərlər