PDF Oxu

Araşdırma

  • 1 279

Vətəndaş cəmiyyəti institutları demokrtaik cəmiyyət quruculuğunda fəal iştirak edir

Vətəndaş cəmiyyəti institutları demokrtaik cəmiyyət quruculuğunda fəal iştirak edir

Məlum olduğu kimi, "Qeyri-hökümət təşkilatları haqqında" qanuna edilən əlavə və dəyişikliyə görə, beynəlxalq QHT-lər də Azərbaycanın ictimai həyatında müxtəlif layihələrlə iştirak edə biləcəklər. Bu məqsədlə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına 5 milyon manat vəsait ayrılıb. Söhbət etdiyimiz QHT təmsilçiləri Prezident İlham Əliyevin bu addımını ümumilikdə, vətəndaş cəmiyyəti institutlarına göstərilən diqqət kimi dəyərləndirdilər.

Rufiz Qonaqov-QHT Alyansının həmsədri:

-İlk dəfə olaraq yerli təşkilatlardan əlavə beynəlxalq QHT-lər, Azərbaycanın dünyada yeri və rolunun təbliği, imicinin dəstəklənməsi üçün müsabiqələrdə iştirak edə biləcəklər. Bununla da Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, Azərbaycanda dünyanın heç bir ölkəsində olmadığı qədər vətəndaş cəmiyyətinə qayğı və dəstək mövcuddur. Bu dəstək vətəndaş cəmiyyətinə yardımda daha da böyük dəyişikliklərə və irəliləyişə gətirib çıxaracaq.

Rauf Zeyni- Milli QHT Formunun prezidenti:

-Cənab Prezidentin Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 5 milyon vəsaitin ayırmasını böyük dəstək kimi dəğərləndirirəm. Bu onun göstəricisidir ki, ölkəmizdə hər zaman vətəndaş cəmiyyətinin hüquq və azadlıqları qorunur, QHT-nin inkişafına böyük diqqət və qayğı göstərilir. Ölkə başçısının bu cür sərəncamları vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olmaqdan, ictimai problemlərin həllində Qeyri-Hökümət Təşkilatlarının rolunu artırmaqdan ibarətdir.

İlqar Orucov- Azərbaycan Gənc Alim, Aspirant və Maqistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru:

-Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamını ölkədə vətəndaş cəmiyyətinin inkişafına ölkə başçısının diqqət və qayğısının nümunəsi hesab edirəm. Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qayğısı ilə vətəndaş cəmiyyəti subyektləri ölkədə gedən genişmiqyaslı quruculuq proseslərində aktiv iştirak edirlər. Şura tərəfindən QHT-lərin maliyyələşdirilməsi ilə bağlı elan edilən müsabiqələr nəticəsində ictimai təsisatların sosial-ictimai-mədəni həyatın bütün sahələrində uğurla fəaliyyət göstərmələri üçün münbit şərait yaradıldı. Müsabiqələrdəki şəffaflıq və obyektivliyi xüsusi qeyd etmək yerinə düşərdi. Ölkəmiz Cənab Prezidentin rəhbərliyi altında keçid dövrünü geridə qoyaraq uğurla yeni inkişaf mərhələsinə qədəm qoymuş və bu mərhələdə QHT-nin fəaliyyət spektri isə daha da genişlənmişdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ictimai həyatın bütün sferalarında QHT-nin iştirak aktivliyinin artırılmasına yönəlmiş sonuncu Sərəncamı yüksək qiymətləndirir və təşkilatımız adından dövlət başçımıza minnətdarlığımızı bildiririk.

İntizarə Məmmədova

Digər xəbərlər