PDF Oxu

Araşdırma

  • 1 173

YENİ VƏ DAVAMLI QƏLƏBƏLƏRƏ DOĞRU

YENİ VƏ DAVAMLI QƏLƏBƏLƏRƏ DOĞRU

Azərbaycanda həyata keçirilən uğurlu siyasət təməlində YAP-ın müstəsna xidmətləri olub

Hər kəsə bəllidir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən davamlı dəyişikliklər məhz Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi mütərəqqi siyasətlə bağlıdır. Bu nöqteyi-nəzərdən tam əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu siyasəti dəstəkləyir, müdafiə edir. Qeyd etmək lazımdır ki, Azərbaycan son onilliklər nəhəng, heç bir dövlətin keçə bilmədiyi inkişaf mərhələsini qət edib. Söz yox ki, bu inkişafın kökündə dayanan əsas məqam Ulu Öndər Heydər Əliyev ideyalarının gerçəkləşməsi ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf, tərəqqi, nailiyyətlər və irəliləyiş əldə olunub.

Həyat dəyişir, hər sahədə inkişaf, tərəqqi geniş vüsət alıb. Bu dəyişikliklər insanların düşüncələrində, hadisələrə yanaşma tərzində də özünü qabarıq şəkildə göstərir. Hər kəs bu gününü dünəni ilə müqayisə edir və özündə bu qənaəti yaradır ki, bu günümüz dünənimizdən daha uğurlu, daha möhtəşəmdir.

YAP öz gücü, monolitliyi və uğurları nəticəsində namizədini müəyyənləşdirərək, Onun qələbəsini təmin edəcək

Əlbəttə ki, ölkədə müəyyənləşdirilmiş uğurlu siyasətin tərkib hissəsində regionun ən böyük və güclü siyasi təşkilatı olan YAP-ın xüsusi yeri və rolu vardır. Əbəs yerə deyil ki, YAP artıq istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə söz deyə bilmək, əhəmiyyətli qərarlar vermək gücünə malikdir. Təbii ki, belə uğurlar ölkədə keçirilən seçkilərdə də özünü kifayət qədər təsdiq edib. Eyni zamanda, bu baxımdan qeyd etmək olar ki, Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı nailiyyətlərin əsasında partiyamızın Səlri, ölkə Prezidenti İlham Əliyev şəxsiyyəti, Onun həyata keçirdiyi praqmatik və uğurlu siyasət dayanır.

Belə bir məqamda YAP-ın qələbələr və zəfərlər partiyası kimi qəbul olunması təbii qarşılanır, eləcə də, alqışlanır. Azərbaycanda keçirilən istər parlament, istər bələdiyyə, istərsə də prezident seçkilərində əldə olunan uğurlar deyilənləri kifayət qədər isbat edir. Ona görə də, belə vurğulamaq mümkündür ki, qarşıdan gələn növbəti prezident seçkilərində də YAP seçki taktikasını qazanılmış uğurlar və bu uğurların təbliği və təşviqi üzərində quracaq.

Cənab İlham Əliyev Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanmaqla, ölkəmizi yeni-yeni uğurlara doğru aparacaq

Daha bir nüansı da vurğulamaq yerinə düşərdi ki, Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsi olan siyasi təşkilatdır. 1993-cü ildən YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Hər seçkidən sonra partiya onun nəticələri ilə bağlı geniş təhlillər aparır və gələcək seçkilərdə taktikasını müəyyən edir. Dünya ölkələrində siyasi partiyaların seçkilərdə iştirakı, seçki kampaniyalarının təşkili istiqamətində də zaman-zaman çox böyük yeniliklər aparıb və aparmaqdadır. Ona görə də, deyə bilərik ki, 2013-cü ilin prezident seçkiləri kampaniyası YAP-ın 20 ildir davam edən uğurlu siyasətinin və seçki strategiyasının yeni bir qələbəli səhifəsi kimi tariximizə düşəcək. Çünki xalq, vətəndaşlar da mövcud inkişafı görür və bu inkişafı dəstəkləyir.

Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizin inkilşaf perspektivləri, uğurlu sosial-iqtisadi siyasət, eyni zamanda, real nəticələr Yeni Azərbaycan Partiyasının qələbələr tarixinə məğlubedilməzlik salnaməsi yazıb. Partiyanın Sədri, ölkə Prezident İlham Əliyev bu tarixi gerçəklikləri həqiqətə çevirərək, xalqı qarşısında verdiyi vədlərini yerinə yetirib. Ona görə də, bu il keçiriləcək Prezident seçkilərində də, məhz Cənab İlham Əliyev Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanmaqla, ölkəmizi yeni-yeni uğurlara doğru aparacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər