PDF Oxu

Araşdırma

  • 1 275

"İctimai Palata" haqqında da bu cür deyirdilər

"İctimai Palata" haqqında da bu cür deyirdilər

Aydın Hüseynov: "Milli Şura"nın da həmin aqibəti vaxtından əvvəl yaşayacağı öz sübutunu tapmaqdadır"

"Milli Şura" ideyasının iflasa uğraması və orada cəmləşməyə cəhd edən müxalifət təmsilçilərinin bu fonda hələ də populist xarakterli çıxışlar etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Fiaskonun mövcudluğuna baxmayaraq, Rüstəm İbrahimbəyovun Moskavadan göndərdiyi məktub, Eldar Namazovun bu və ya digər formadakı qeyri-ciddi iddiaları, AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı İsa Qəmbərin guya "Milli Şura"nın xalqı qələbəyə aparacağı ilə bağlı gülünc bəyanatları bütövlükdə adıçəkilən qurumun nə qədər cılız və gülünc təsir bağışladığını özündə kifayət qədər ehtiva edir.

Bu kimi fikirlərlə bağlı qəzetimizə münasibət bildirən YAP Qaradağ rayon təşkilatının sədri, Partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov qeyd etdi ki, əslində, "Milli Şura" adlı qondarma ideya ətrafındakı fikirlər özünü sağlam ruhlu, sağlam düşüncəli hesab edən istənilən şəxs tərəfindən ciddi qəbul olunmur: "Mən öncəki açıqlamalarımda da demişdim ki, "Milli Şura" ideyası təsirsiz və heç bir xüsusi əhəmiyyətə malik olmayan qurum kimi yaranmamış öləcək. Nə oldu? Novxanıda toplaşanlar, eləcə də müxalifəti dəstəkləyən tərəflər bunun şahidinə çevrilmədilər. Nəticəsi isə yenə də şəxsi ambisiyalar, fərdi mənfəətlər üzrənidə qurulmuş "siyasətin" qurbanı kimi yadda qaldı. Müsavat başqanı iddiasını ortaya qoydu və onun iddiası ümumi rəydə qəbul olunmamış qaldı".

A.Hüseynov xarici siyasi dairələr tərəfindən yaradılan qurumlar son anda həmin dairələrin nökərlərinə çevrilməklə yanaşı, onlardan asılı vəziyyətdə qalırlar. Sifarişlərini həyata keçirmədikləri zaman, onlardan imtina olnunur: "Biz dəfələrlə bu halın şahidi olmuşuq. 2000-ci və 2005- ci ilin parlament seçkilərində, 2003-2008-ci ilin prezident seçkilərində müxalifət Qərbin Azərbaycanda reallaşdırmağa çalışdığı sifarişlərini həyata keçirməyə cəhd göstərsə də, nəticədə həm Qərbin, həm də müxalifətin arzuları puç olub. İndi fikirləşin, bir halda ki, müxalifət liderləri öz güclərinə arxayın deyilsə, onların maraqları yalnız maddiyyat üzərində qurulubsa, onlar qələbə qazana bilərlərmi? Əlbəttə ki, yox! Onlar hər dəfə olduğu kimi, bu dəfə də rüsvayçı məğlubiyyətdən yaxa qurtara bilməyəcəklər".

YAP Siyasi Şurasının üzvü vurğuladı ki, bu gün stabil və inkişaf edən Azərbaycanda hər hansı bir xarici qüvvənin demokratik və milli maraqlara zidd siyasət yürütməsi mümkün deyil: "Çünki Azərbaycanda mövcud olan və möhkəm təməllərə sahib xalq-dövlət vəhdəti sarsılmazdır. Bu vəhdəti pozmağa yönəldilmiş xəyanətlər törətmək istəyənlər isə qarşılarında məhz xalq ordusunu, xalq kütləsini görəcəklər. Bax, onda hər şey açığa çıxmış olacaq. Müxalifət sadəcə son anda xalqı qoyub qaçmağa öyrənmiş xəyanətkarlar qruplaşmasıdır və belə qruplaşmaların sonunun nə ilə bitəcəyini hər kəs yaxşı xatırlayır."

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər