Rufiz Qonaqov: "Prezident İlham Əliyevə heç bir rəqib görmürəm"
Asif Əsgərov: "Bu 10 ildə Cənab İlham Əliyev bir Prezident olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib"
Ölkəmizdə cəmiyyətimizin bütün təbəqələri bu il keçiriləcək prezident seçkilərində Cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və seçkilərdə hər kəs ölkə Lideri İlham Əliyevə səs verəcək. Çünki xalqımız öz Prezidentinə qəlbən inanır və Cənab İlham Əliyevə sədaqətlərini daim nümayiş etdirirlər. Bu gün cəmiyyətimizin bütün təbəqələrinin seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləmələri göz önündədir.
Ölkəmizdə cəmiyyətimizin bütün təbəqələri bu il keçiriləcək prezident seçkilərində Cənab Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsinə münasibət bildirən müsahiblərimiz "Ümumilikdə cəmiyyətin bütün təbəqələrinin Prezident İlham Əliyevə inamı, onun namizədliyini dəstəkləmələri ilə bağlı verdikləri bəyanatlar onu deməyə əsas verirmi ki, prezident seçkilərinin mütləq qalibi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyev olacaq" sualını belə cavablandırdılar.
QHT Əməkdaşlıq Alyansının həmsədri
Rufiz Qonaqov:
- İlk öncə, Prezident İlham Əliyevi yenidən YAP Sədri seçilməsi münasibətilə təbrik edirəm. Eyni zamanda, yenidən prezidentliyə namizəd olması münasibəti ilə Cənab Prezidentə qarşıdakı seçkidə uğurlar arzu edirəm. Mənim müşahidələrimə görə düşünürəm ki, hazırda Prezident İlham Əliyevin əhali arasında reytinqi çox yüksəkdir. Ona heç bir rəqib görmürəm. Ciddi rəqib o vaxt olardı ki, həmin namizəd cəmiyyət tərəfindən ,əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənsin və gündəmi dəyişə bilsin. Prezident İlham Əliyev isə cəmiyyətin müxtəlif təbəqələri, ictimai -siyasi qurumlar ,əhali tərəfindən tam olaraq birmənalı şəkildə dəstəklənir. Biz bunu sadə insanların dilindən də eşidirik. Həmçinin, ölkədə görülən işlərin miqyası baxımından, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun daha da güclənməsini nəzərə alaraq, deyə bilərəm ki, İlham Əliyev növbəti prezident seçkisində də qələbə qazanacaq.
Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri
Asif Əsgərov :
- Ümumiyyətlə seçkilərdə favorit namizəd deyilən bir məsələ var ki, yenə də seçkilərədə bu şəxs məhz bugünki Prezident, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevdir. Niyə məhz bu gün əksər siyasi qüvvələr ictimai zümrə qurumları, digər aparıcı təşkilatlar Cənab İlham Əliyevin namizədliyini dəstəkləmək haqqında bəyanat və qərarlar verirlər? Ona görə ki, bu 10 ildə Cənab İlham Əliyev bir Prezident olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, dövlətin qüdrətini yüksəltmiş, Azərbaycanı beynəlxalq birliyin layiqli üzvü və tərəfdaşına çevirmiş, ölkənin sosial-iqtisadi göstəricilərini inanılmaz dərəcədə artırmış, büdcə vəsaitlərinin çoxalmasına, əhalinin yoxsul təbəqəsinin faizini minimuma endirmiş, paytaxtımızı beynəlxalq siyasi-iqtisadi və mədəni-humanitar toplantı tədbirlərinin arenası kimi təsdiqlətmişdir. Bütün bunlar əsas verir ki, əhalinin mütləq çoxluğu qarşıdan gələn seçkilərdə Cənab İlham Əliyevi dəstəkləyəcək. Bunu Cənab Prezidentin xalq arasında nüfuzu ilə bərabər, gördüyü və görə biləcəyi işlər, beynəlxalq reytinq mərkəzlərinin keçirdiyi sorğular və çoxsaylı ictimai-siyasi qüvvələrin inamı və dəstəyi də təsdiq edir.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təskilatının sədri
Gülsel Səfərova :
Bü gun Yeni Azərbaycan Partiyası namizədini irəli sürdü. Bu gənclərin böyük rəğbətini qazanmış Prezidentimiz İlham Əliyev oldu. Son 10 ildə gənclər və gənclər təşkilatına Prezidentin dəstəyi dövlət proqramları, xüsusən xaricdə təhsil, gənclərin intellektual inkişafı, Azərbaycan Gənclər Fondunun yaradılması, gənclərin dövlət strukturlarında təmsil olunmasının intensivləşməsi və s. kimi faktorlar bizi Cənab İlham Əliyevin namizədliyini dəstəkləməyimiz üçün əsas səbəbdir. Vətəndaş cəmiyyəti və ölkədəki demokratik ab-hava onu sübut edir ki, seçkilərin qalibi Cənab İlham Əliyev olacaqdır. Biz gənclər olaraq siyasi və iqtisadi stabillik və inkişaf tərəfdarıyıq. Bu tələbə isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz İlham Əliyev cavab verir. Ona görə də şüurlu şəkildə gənclər ordusu və cəmiyyətin bütün təbəqələri Cənab İlham Əliyevə səs verəcəkdir.
Cahid Süleymanov