Son günlərdə istər erməni əsilli şəxslər, istərsə də erməni yönlü politoloqlar tərəfindən Qarabağ reallıqları ilə bağlı həqiqəti əks etdirən fikirlər səslənməkdədir. Belə ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyan "France- 24" peyk kanalına müsahibəsində Dağlıq Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılması məsələsinə münasibət bildirərkən: "Müəyyən perspektivlər var, müəyyən ümidlər var. Lakin mən təbliğatla məşğul olmaq istəmirəm, bununla belə hesab edirəm ki, Azərbaycan əvvəlcə milli, dini, irqi ayrı-seçkilik və ermənilərə nifrət siyasətini dəyişməlidir" formasında fikir səsləndirib.
Maraqlıdır ki, bu qəbildən olan fikri, hər zaman ermənipərəst mövqeyi ilə seçilən keçmiş diplomat Vladimir Kazimirov, ötən həftə Moskvada keçirilən "Yaxın və Orta Şərqdə böhran: Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizlik problemləri" mövzusunda təşkil olunmuş konfrans zamanı dilə gətirib. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının səbəbləri barədə danışan Kazimirov, danışıqların yerində saymaması üçün ilk növbədə problemi hərbi kontekstdən çıxarıb, tamamilə siyasi kontektstə yönəltməyin vacib olduğunu bildirib. SİTAT: "Düşünürəm ki, Dağlıq Qarabağ problemini hərbi kontekstdən çıxarıb tamamilə siyasi kontektstə yönəltmək daha düzgün olardı. Bunun isə müxtəlif yolları var. Və bu variantlardan biri, tərəflərin güc tətbiqindən imtina etməsidir ki, buna da ancaq bir tərəf riayət edir. Bunların aradan qaldırılması üçünsə müəyyən addımların atılmasına ehtiyac var. Burada isə söhbət hər iki tərəfin münaqişənin nizamlanması prosesində güc tətbiqindən imtinaya dair razılaşmasından və ya bu qəbildən olan müqavilənin bağlanmasından gedə bilər". Daha sonra o, sözlərinə davam edərək bildirib ki, belə müqavilə kifayət deyil və buna beynəlxalq səviyyəli təminat, məsələn BMT Təhlükəsizlik Şurasının və Minsk Qrupuna həmsədrlik edən ölkələrin qarantiyası lazımdır. "Bu, işğal edilmiş ərazilərin azad edilməsi üçün yeganə real yoldur. Hansı ki, həmin ərazilər açıq-aşkar Azərbaycana məxsusdur".
Qeyd edək ki, Kazimirovun səsləndirmiş olduğu fikrlərə diqqətlə nəzər yetirdikdə o da aydın olur ki, əslində bu şəxsin səsləndirmiş olduğu fikirlərin əsl məğzində Azərbycanın başlaya biləcəyi müharibədən yayındırmaq amilləri dayanır. Təsadüfi deyildir ki, sözügedən konfransda da, əsas məsələ Qarabağ münaqişəsinin yenidən alovlanması və hərbi əməliyyatların başlayacağı halda regional güclərin necə davrana biləcəyinə dair müzakirələr olub.
Maraqlıdır ki, bir çox yerli ekspertlər də məsələyə müxtəlif rakuslardan yanaşaraq, bildirirlər ki, istər Mizrzoyanın, istərsə də Kazimirovun son açıqlamalrında əslində müəyyən spesifik xüsussiyyətlər vardır. Çünki hər iki şəxs, azərbaycanlılara qarşı kifayət qədər aqressivlikləri və də mənfi münasibətləri ilə yadda qalıbdırlar. Bu, onların daha çox səsləndirmiş olduqları bəyantlardan və atmış olduqları addımlardan bəllidir. Misal üçün qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyan hələ 2012-ci ilin dekabr ayında ABŞ Konqresində "Qarabağın müstəqilliyi"ni qeyd edilməsi tədbirində iştirak edərək, konqresin bəzi üzvlərinə medal belə taxıb. Digər tərfədən erməni "nazir" ABŞ-lı konqresmenlərə "Qarabağın müstəqilliyi" üçün etdikləri yardım və dəstəyə görə də onalara xüsusi təşəkkür edib.
Məsləyə şərh gətirən bir çox politoloqlar da hər iki şəxs tərəfindən belə açıqlamanın verilməsinin arxa planında, rəsmi Bakının bu günə qədər aparılan səmərəsiz danışıqlar prosesinə yenidən dönməsinin təmin edilməsinə hesablandığını açıqlamaqdadırlar. Çünki qarşı tərəf 20 ildən artıq bir müddət ərzində aparılan danışıqlardan rəsmi Bakının təngə gəldiyini yaxşı bilirlər. Və onlar onu da yaxşı bilirlər ki, danışıqlar prosesinin bir qədər də yubadılması istənilən effekti verməyəcək. Ona görə də Azərbaycanın son hərbi parad fonunda işğalçı Ermənistana qarşı artan təzyiqləri istər Ermənistanın hakim dairələrini, istərsə də onu himayə edən dövlətləri ciddi şəkildə narahat edib. Və məhz bunun nəticəsidir ki, son günlərdə keçirilən hərbi paraddan sonra Azərbaycana yönəli, bir sıra beynəxlaq təşkilatlar ilə yanaşı, bəzi dövlətlərin hərbi-siyasi dairələri tərəfindən də Qarabağda müharibənin başlaya biləcəyi ilə bağlı addımların yolverilməzliyi fikirlər səsləndirilməkdədir.
Məlumat üçün onu da bildirək ki, son günlərdə istər K.Mirzoyanın, istrsə də Kazimirovun səsləndirmiş olduğu fikirlərə qarşı sərt tənqidlər daha geniş vüsət alıb. Belə ki, Daşnaksütyun Partiyasının parlament fraksiyası Mirzoyanın fikirlərinə izahat tələbi ilə XİN-ə sorğu göndərib. Digər tərəfdən bu partiyanın Qarabağ Komitəsi də xüsusi bəyanat yayaraq, onun bu vəzifədən təcili şəkildə azad olunmasının vacibliyini bildirib. Daşnaksütyun fraksiyasının rəhbəri Armen Sarkisyan isə Mirzoyanı Dağlıq Qarabağla bağlı yanlış mövqe sərgiləməkdə günahlandırıb.
Ərəstun