Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın artıq bir neçə aydır xarici səfərlərinin ardı-arası kəsilmir. Ermənistanın "Lragir" nəşri qeyd edir ki, XİN başçıları - öz ölkəsinin xarici siyasi əlaqələrini genişləndirmək və onun maraqlarını irəlilətməyə cəhd etsələr də, Nalbandyanla bağlı qəribə tendensiyalar müşahidə olunur. Belə ki, o, nə qədər çox xaricə gedirsə, Ermənistanın müstəqilliyinin səviyyəsi daha aşağı düşür və Qarabağ məsələsi ətrafında qara buludlar yaradırmış.
Ermənistanın xarici siyasət kursunun səviyyəsinin və suverenliyin mütəmadi itirilməsi Dağlıq Qarabağ mövzusunda tez razılaşmayla bağlıdır. Ermənistan Qarabağ problemi ilə bağlı bütün təkliflərə razı olur, Azərbaycanla danışıqlar aparmağa razılaşır, möcüzəli surətdə həssas dözümlülük və sülhsevərlik göstərir. Cavabdehlik daşıyan prezident və XİN başçısı xarici siyasət kursunun komik olan vəziyyəti görmür. Görmür ki, bu komiklik deyil, əslində faciədir.
Bu günlərdə isə qondarma "DQR"-in xarici işlər naziri Karen Mirzoyan "təhlükəsizlik bufer"inin "DQR" ərazisi Konstitusiyada deyilən və Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ehtimalını istisna etməyib. "Lragir" nəşri qeyd edir ki, bu, nə təsadüfi deyil, nə də anlaşılmazlıq deyil, sadəcə, Ermənistanın xarici siyasi xəttinin təzahürüdür.
Ermənistanın belə bir siyasət aparmaqda iki motivi var: birincisi, Qarabağ problemində inhisarı əldən verməmək, ikincisi, Rusiyanın siyasi sifarişini yerinə yetirməkdir. Qarabağ həmişə Rusiya boğazında qalan sümük idi və və "DQR" müstəqil siyasəti və beynəlxalq səviyyədə tanınması cəhdlərinin neytrallaşdırılması Moskvanın prioritetlərindən biri sayılır. Kreml Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına imkan verə bilməz, çünki bunlar Ermənistan hakimiyyətinin əli ilə edilir (İndi də Mirzoyanın dediklərində Rusiya günahkar hesab edilir. Guya rus güclə bu erməni balasının dilindən tutub deyirdi ki, Qarabağı qaytarmaq ehtimalı var).
Ermənistanda, xarici əlaqələr üzrə parlament komissiyasının sabiq sədri, Qarabağ problemi ilə bağlı qanun layihəsinin müəllifi Armen Rustamyan, nə Erməni Milli Konqresi Partiyasından heç kim, heç nə demədi və münasibət bildirmədi.
"Bəs onlar nə deməli idilər?" - deyə "Lragir" nəşri sual verir. Daha sonra ermənisayğı cavab verir. Qarabağ problemi Ermənistanın siyasi sinfi üçün artıq baş ağrısıdır, çünki erməni siyasəti özlərini təmsil edən dövlətçilik ideallarına mane olan dar, mənfəətpərəst maraqlara yad olan siyasi cinayətkarlardan ibarətdir. Ermənistanın hazırkı siyasəti Dağlıq Qarabaq münaqişəsinin statuskvonu saxlamaq fikrindədir. Hətta bu, onun məhvi bahasına başa gəlsə belə.
Xatırladaq ki, K.Mirzoyan Ermənistanın bütün xarici işlər nazirləri ilə işləyib və kifayət qədər yüksək vəzifələrdə... Lakin onu da qeyd edək ki, K.Mirzoyan hələ ki, istefaya getməyib.
ÜLKƏR MUSAZADƏ