PDF Oxu

Araşdırma

  • 1 842

Ermənistanın xəstə iddiaları özünə qarşı çevrilir

Ermənistanın xəstə iddiaları özünə qarşı çevrilir

Bu dəfə işğalçı ölkənin baş prokuroru sərsəm bəyanatlarla çıxış edib

Bir neçə gün bundan əvvəl Ermənistanın baş prokuroru Ağvan Ovsepyan erməni millətinə xas olan qudurğanlığ çərçivəsində Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdi. Qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Yerevanda təşkil edilən konfransda çıxış edən A.Ovsepyan bildirib ki, Türkiyə Ermənistana aid kilsələri və "işğal etdiyi" əraziləri tezliklə qaytarmalıdır.

Ermənistanın "Aravot" qəzeti sözügedən bəyanatı şərh edərkən bunu rəsmi Yerevanın xarici siyasət kursunun dəyişməsi ilə izah edib. Yazı müəllifinin düşüncəsinə görə, "Ermənistan Respublikası onun tərəfindən itirilmiş torpaqları almalıdır",- bəyanatını yalnız sensasiyalı bəyanat adlandırılmasını düzgün hesab etmir: "Bəyanat həm də rəsmi Yerevanın xarici siyasət kursunun dəyişməsi ilə bağlıdır. Çünki rəsmi Yerevan belə xarici siyasət prioritetinə malik deyil. Əvvəllər soyqırıma görə kompensasiyanın ödənilməsi tələbləri səsləndirilsə də, Ermənistanın yüksək vəzifəli şəxslərinin dodaqlarından "itirilmiş torpaqların qaytarılması" ifadəsi çıxmamışdı. Ermənistanın üç prezidentindən heç biri ərazilərin Türkiyədən geri alınmasının vacibliyini dilinə gətirməyib. O halda, anlamağa çalışaq ki, Ermənistan hakimiyyəti tərəfindən belə bir bəyanat niyə səsləndirildi. Ovsepyan belə bir bəyanatı Serj Sarkisyandan xəbərsiz verə bilərdimi? İnandırıcı görünmür".

Yazıda bildirilir ki, "futbol diplomatiyası" uğursuzluğundan başqa Ermənistan iqtidarı heç bir nailiyyəti ilə fəxr edə bilmir, məsələn, "erməni soyqırımı"nın tanınması istiqamətində nəzərəçarpacaq irəliləyiş yoxdur: "Beləliklə, rəsmi Yerevan qətiləşdirdi ki, Ermənistanın Türkiyə və Azərbaycanla ərazi mübahisəliləri var. Baş prokuror Yerevan səviyyəsində bəyan etdi ki, ərazi mübahisələrinin hüquqi həlli üçün iddia paketini hazırlamaq və BMT-nin əsas orqanına, Beynəlxalq Məhkəməyə təqdim etmək lazımdır. Ehtimal ki, Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla bağlı mövqeyini amansızlaşdırmağa qərar verib". Yazı müəllifi maraqlanır ki, "bu bəyanatla Ermənistan udacaqmı, bu yeni tələblər iflasa uğramış "futbol diplomatiyasına" gecikmiş cavab deyilmi", "bu beynəlxalq cəmiyyəti Türkiyəyə təzyiq göstərməyə məcbur etmək üçün edilən cəhddirmi",- kimi sualları hələ də açıq qalır.

"Ermənistan başından böyük işlərə girişməsin"

"Bu aralar regionda havalar çox isti keçir. Belə görünür ki, Ermənistanın baş prokurorunun başına hava gəlib. Ağıllı adam belə söz deməz"- fikrini söyləyən Türkiyə Böyük Millət Məclisinə İğdırdan seçilmiş millət vəkili Sinan Oğan açıqlamasında Ermənistanın baş prokuroru Ağvan Ovsepyanın Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiası irəli sürməsinə münasibət bildirərkən deyib. S.Oğan vurğulayıb ki, Ermənistanın başında duranlar əvvəlcə gedib Ermənistanın öz işləri ilə məşğul olsunlar: "Bölgənin iki böyük ölkəsinə- Türkiyə və Azərbaycana qarşı hansısa iddia ilə çıxış etməyə çalışmasınlar. Onlar yaxşı bilirlər ki, hansı bir ölkə Türkiyəyə və Azərbaycana bu formada ləkə atmışdırsa, o tarixdə də qalıb və bu gün də belədir. Buna görə də, Ermənistanın başında duranlar başlarından böyük işlərə girişməsinlər. Düşünürlər ki, 2015-ci ildə Ermənistanın bütün xəyalları gerçəkləşəcək. Bu, onların heç xəyyalları da olmaycaq. Ermənistan 100 illik xəyal arxasınca qaçır. 1998-ci ildən bu xəyalın reallaşmasına çalışırlar. Amma bu dünyanın gerçəkliyi ilə uyğun gəlmir. Onlar düşünürlər ki, olmayan, qondarma "soyqırımı"na bütün dünyanı inandıracaq, bütün dünya Ermənistana dəstək olacaq, dünya ictimaiyyəti Türkiyəyə və Azərbaycandan üz çevirəcək və Ermənistana torpaq veriləcək. Daha sonra təzminat olaraq pul veriləcək və bununla da Ermənistan iqtisadiyyatı uzun sürən çöküşdən qurtulacaq. Ermənistanın vəziyyətini "ac toyuq, özünü buğda anbarında görür" kimidir. Ermənilər də özlərini buğda anbarında görmək istəyirlər. Bu da baş tutan deyil. Nəinki 2015-ci ildə, nəinki 2025-ci ildə , nə də başqa vaxt olmayan soyqırımı nə qəbul ediləcək, nə dünya buna inanacaq, nə də Ermənistana torpaq veriləcək. Ağıllarını başlarına toplasınlar, bunu yaxş-yaxşı düşünsünlər. İki böyük qonşu ilə normal iqtisadi münasibətlər qurmaq özlərinə xeyirdir".

Qeyd edək ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərin hədəfi yalnız Azərbaycan və Türkiyə əraziləri ilə sona çatmır. Belə ki, ermənilərin daha bir iddiaları Gürcüstanın Cavaxetiya bölgəsidir. "Dənizdən-dənizə böyük Ermənistan" yaratmaq kimi mənasız xülyalara qapılmış ermənilər yeni ərazi iddiasındadırlar. Onlar artıq bunu gizlətməyərək, Cavaxetiya regionunun tarixən ermənilərə məxsus olduğunu açıq şəkildə bildirirlər. Cavaxetiya hətta ermənilər tərəfindən "Kiçik Ermənistan" adlandırılmaqdadır. Parisdə nəşr olunan "Ermənistan xəbərləri" qəzetinin "Biz Cavaxetiyalıyıq" yazısı bunu əyani şəkildə sübut edir. Məqalə aşağıdakı cümlə ilə başlayır: "Cavaxetiya Qarabağ kimi ermənilərin tarixi vətəni olmuş, sonralar bu ərazi Gürcüstana verilmişdir". Burada iki məqam qeyd edilməlidir. Birincisi, ermənilər bilərəkdən Dağlıq Qarabağ deyil, Qarabağ terminini işlətmişlər. Kimsə elə düşünməsin ki, məqalədə Dağlıq Qarabağ əvəzinə Qarabağ getməsi mətbəənin xətasıdır. Tarixi saxtalaşdırmaqda ad çıxamış ermənilər düşünülmüş şəkildə Qarabağ sözünü işlədiblər. Bununla onlar Cənubi Qafqaz bölgəsinin tarixi və xəritəsi barədə demək olar ki, heç bir məlumatı olmayan dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa iddialarını indi daha böyük ərazini əhatə edən Qarabağla əvəz etməklə, öz çirkin niyyətlərini bir daha büruzə veriblər. Çoxlarına məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi Qarabağda yerləşir. Qarabağ bölgəsində Dağlıq Qarabağdan əlavə ona bitişik onlarla Azərbaycan rayonları da vardır. İkinci məqam, ermənilərin Cavaxetiyaya qarşı iddiaları Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə bağlı səsləndirdikləri sərsəm fikirlərlə eyni ssenari təşkil etməsidir. Qonşu dövlətlərin torpaqları hesabına öz ərazilərini genişləndirmək kimi çirkin xülyalara qapılmış ermənilər Dağlıq Qarabağın da tarixən onların ərazisi olması və sovet hakimiyyətinin ilk illərində onun guya zorla Ermənistandan qoparılaraq Azərbaycana birləşdirilməsi kimi sərsəm fikirlər səsləndirmiş və hətta bu gün də bu iddiadan əl çəkmirlər. Göründüyü kimi, Dağlıq Qarabağın və Cavaxetiyanın tarixi erməni torpağı olması barədə eyni ssenaridən çıxış edən ermənilər Azərbaycan kimi Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edirlər. Emənilərin bu iddialarının qarşısı vaxtında alınmasa, Gürcüstanda ikinci Dağlıq Qarabağ münaqişəsinin baş verməsi qaçılmaz olacaq.

Ermənilərin ərazi iddialarında olmalarını "əsaslandıran" məqalədə qeyd olunur ki, əgər belə davam etsə, tezliklə Cavaxetiya da vaxtilə ermənilərin olmuş Naxçıvan kimi Ermənistan xəritəsindən silinəcək." Bu sərsəm iddiada da ermənilərin tarixi saxtakarlıqları özünü bir daha göstərir. Bu yaxınlarda 5 min illiyini qeyd etməyə hazırlaşan və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana dair ermənilərin iddiaları ilk dəfə deyil ki, səslənir. Məsələnin düşündürən tərəfi ermənilərin bəri başdan Cavaxetiyanı "özünküləşdirmələridir". Görəsən, Cavaxetiya nə vaxt ermənilərin olub ki, onlar bu ərazi "tezliklə Ermənistan xəritəsindən silinəcəkdir" deyə belə səs-küy qaldırıblar?

Bütün bunlar isə bir daha sübut edir ki, ermənilər bütün mənalarda başqa torpaqlara göz dikən ən rəzil xalqlardan biri kimi tarixə düşüşblər. Belə xalqlar isə, ümumiyyətlə, heş zaman öz milli mövqelərini qoruyub-saxlaya bilməyiblər. Daha dəqiq desək, ermənilər bütün mənalarda bu kimi qondarma aruzları ilə daim məğlubiyyət acısını yaşamağa məhkum olublar.

A.SƏMƏDOVA

Digər xəbərlər