PDF Oxu

Araşdırma

  • 1 490

Ermənistan faktiki olaraq müstəqilliyini itirib

Ermənistan faktiki olaraq müstəqilliyini itirib

Elşad Mirbəşiroğlu: "Ermənistanın qonşu ölkələrlə dinc yanaşı yaşamaq istəyi yoxdur"

Ermənistanın hakim rejimi davamlı olaraq dünya birliyini çaşdırmaq və daxili auditoriyanın diqqətini özünə cəlb etmək üçün populist bəyanatlarla çıxış etməkdə davam edir. Bir necə gün əvvəl Ermənistanın baş prokuroru Türkiyəyə və Azərbaycana qarşı məhsuliyyətsiz bəyanatla çıxış edərək torpaq iddialarının olması barədə fikirlər səsləndirib. Bu popilist iddiaların arxasında Serj Sarkisyanın dayandığı şübhəsizdir. Çünki erməni elə ermənidir. Onun hansı vəzifəni daşımasının fərqi yoxdur. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, zaman-zaman Ermənistanın qonşu ölkələrə ərazi iddiaları ilə çıxış etməsi ermənilərin bədnam xislətindən irəli gəlir: "İşğalçı ölkə olan Ermənistanın qonşu ölkələrlə dinc yanaşı yaşamaq istəyi yoxdur. Yəni, hər zaman reallığı özündə əks etdirməyən fikirlər səsləndirməklə məşğul olur. Təbii ki, ermənilər tərəfindən səslənən bu fikirlərin heç bir real əsası olmadığını özləri də çox gözəl dərk edirlər. Onlar Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, qəsdən regionda vəziyyəti gərginləşdirir. Ümumiyyətlə, bütövlükdə hakim rejim təmsilçiləri məkrli və qəsbikar xislətə malik olduqlarından, sağlam fikirlərdən uzaqdırlar. Azərbaycanla, Türkiyə ilə yanaşı ermənilərin Gürcüstanın Cavaxetiya ərazisinədə iddia etmələri onların tarixi yaramazlıqlarının dəyişmədiyini göstərir".

"Bu gün Ermənistan zabitləri və əsgərləri işğal altında olan Dağlıq Qarabağda narkoticarətlə məşğul olurlar. Dünya birliyinin bu məsələdə susması nədən irəli gəlir" sualını cavablandıran E.Mirbəşiroğlu bildirdi ki, nəzarətdən kənar qalmış Dağlıq Qarabağ narkotiklərin becərildiyi və daşındığı nəzarətsiz zonaya çevrilib: "Dağlıq Qarabağ ərazisindəki hərbiçilər narkotiklərin əkilməsi, becərilməsi, yetişdirilməsi, toplanması və satışı ilə məşğul olurlar. Bu məsələdə də Ermənistan rəhbərliyinin xüsusi əməyi və rolu var. Təbii ki, dünya birliyinin bu məsələdən xəbəri var. Təəssüf ki, dünya birliyi bu məsələdə susmağa üstünlük verir. Nəzarətdən kənarda qalmış Dağlıq Qarabağa beynəlxalq birliyin lazımı səviyyədə reaksiya verməsini istəyirik. Çünki həmin ərazilər Azərbaycan dövlətinə məxsusdur. Çox istərdik ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. Əks halda, Azərbaycan işğal altında olan torpaqların azad edilməsinə hərbi müstəvidə qərar verməli olacaq. Yaxşı olardı ki, Ermənistanın hakim rejimi münaqişənin dinc əsaslarla tənzimlənməsi məsələsi üzərində düşünməli olsun. Bu, həm də Ermənistanın müstəqilliyinin saxlanılması baxımından bir fürsət olardı".

GÜLYANƏ

Digər xəbərlər