Deyirlər: " Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür". Hər zaman cəmiyyətimizin avanqard simaları olan gənclərimiz hər yerdə layiqli yer tutublar. Təbii ki, bütün bunların əsasında dövlətimizin gənclərə yaratdığı imkanlar və diqqət dayanır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Hər zaman gənclər qarşısında çıxış edərkən Ulu Öndərimiz deyirdi: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki, bizim bugünki gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm"! Bu gün bu missiya və ənənə özünü qoruyub saxlayır. Azərbaycan gənci nəyinki ölkəmizdə həmçinin ölkə hüdudlarından kənarda da aktiv iştirak edərək Azərbaycana qələbə bəxş edirlər. Əslində bugün gənclər siyasətinin bir sıra istiqamətlərini göstərmək olar:
1. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
2. İstedadlı gənclərə dövlət qayğısı;
3. Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
4. Gənclərin məşğulluğunun təmin edilməsi;
5. Gənc ailələrə dövlət yardımı;
6. Gənclər təşkilatlarına dövlət yardımı.
Göstərilən bütün bu istiqamətlər məhz gənclərimizin cəmiyyətimizdə mühüm yer tutmalarına böyük bir dəstəkdir. Eyni zamanda Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modenləşmənin operativ bir modelini göstərir. Azərbaycan gənci olaraq gənclər siyasətində 5 ildir ki, fəaliyyət göstərirəm. Keçən hər il ərzində nə qədər inkişafın və dövlətimizin gənclərimiz üçün yaratdığı imkanların şahidi oluram. Sadə bir misal göstərə bilərəm. Məsələn: Cənab Prezidentimiz İlham Əliyevin imzaladığı "Azərbaycan Gəncliyi 2011-2015 –ci illərdə Dövlət Proqramı" biz gənclərə olan inam və qayğının təzahürü idi. Eyni zamanda Gənclər Fondunun, Gənclər Evinin yaradılması bütün bunların əyani sübutudur. Ən böyük addmlardan biridə Cənab Prezidentimizin bu yaxınlarda imzaladığı " Gənclər üçün Prezident Mükafatı " göstərmək olar.
Bütün bunlar Ali baş kamandanın gənclərin yaxın dostu və onlara olan inamın, qayğının nəticəsidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Son illərdə gənclərimizin ölkəmizə bəxş etdikləri qələbələr buna misal ola bilər. Bəzəndə belə bir deyim var o gənclər xoşbəxdirlər ki, dövlət onlara inanır və güvənir".
" Hər bir ölkənin, hər bir dövlətin bu günü və gələcəyi onun intellektual potensialından asılıdır. Azərbaycan bu yolu seçib. Əminəm ki, bu günkü Azərbaycan gəncləri doğma Vətənimizin dəyərli vətəndaşları olacaq, öz professionallığını nümayiş edə biləcək və ölkənin inkişafında öz sözlərini deyəcəklər."
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bəli, əslində biz gənclərə bu qədər inamın olması bizi ruhlandırmaqla yanaşı həm də düşündürməlidir. Axı, Azərbaycanlı adlanmaq deyil, Azərbaycanlı olmaq gərəkdir. Əslində Azərbaycanlı olmağı bacarmaq gərəkdir. Bu yolda çalışmalı, vətənimizə daim layiqli gənc olmalıyıq. Bütün bunların kökündə isə bizim əməllərimiz və uğurlarımız dayanır.
Qəlbi hər an Azərbaycanla döyünən gəncliyimiz hamımız fəxrlə qürür duyduğumuz Vətənimiz naminə birləşək. Məncə hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir. Ən əsası da Mən vətənim üçün nə edə bilərəm? Sualına cavab tapmalı, heç bir təmənna gözləmədən vətəni üçün çalışmalıdır. Ulu Öndərimizin fikiri ilə desək "Bizim hamımızın bir Vətəni var. Bu Azərbaycan dövlətidir. Davamlı inkişafın əsas meyarı olan gənclərimiz bu amalla birləşməli və bu yolda həmrəy olmalıdırlar.
Leyla Kərimova
YAP GB-nin layihələr üzrə koordinatoru
yap.org.az